FACT-INFO.AZ » XƏBƏR » ”Ermənistan məğlub olmağa məhkumdur” - rusiyalı hərbi şərhçi
6-04-2016, 09:45 | XƏBƏR
”Ermənistan məğlub olmağa məhkumdur” - rusiyalı hərbi şərhçi

Azərbaycan ordusu texnoloji cəhətdən müharibəyə daha yaxşı hazırlaşıb. Ordunun sərəncamında təkcə Rusiyadan alınan yox, həm də İsraildən alınan müasir texnikalar var. İsraildən alınan pilotsuz uçuş aparatları ilə Azərbaycan Ermənistan ordusunun içinə belə daxil ola bilir və dəqiq zərbə ilə istədiyi hədəfi məhv edir. Bunu son 3 gündə münaqişə zonasında baş verənlər bir daha sübut etdi. Ona görə də, hazırki vəziyyətdə Ermənistan üçün hücum müharibəsi qəbul edilməzidr. Bu müharibədə Ermənistan məğlub olmağa məhkumdur. Texnoloji qeyri-bərabərlik bunun əsas səbəblərindən biridir". Modern.az saytı xəbər verir ki, bunu APA-nın Moskva müxbirinə müsahibəsində rusiyalı tanınmış jurnalist, "Novoya qazeta" nın hərbi şərhçisi Pavel Felgenqauer bildirib.

Onun sözlərinə görə, Ermənistan müharibəyə hazır deyil: “Ya da ki, Yerevan Rusiyadan pilotsuz uçuş aparatları almalıdır, ordusunu daha müasir texnika ilə təmin etməlidir. Hazırki şərtlərlə Ermənistan müharibəyə davam etsə, yəni, münaqişənin eskalasiyası daha da güclənsə, bu Ermənistanın tam məğlubiyyəti ilə nəticələnəcək”.  

P. Felgenqauer Rusiyanın Dağlıq Qarabağdakı hərbi qarşıdurmanı necə dəyərləndirdiyini də şərh edib. Onun fikrincə, rəsmi Moskva hələlik bu barədə nə edəcəyini bilmir: “ Rusiya hələ münaqişə zonasında vəziyyətin nə dərəcədə ağırlaşmasını dəqiqləşdirməyib. Moskva məsələyə yalnız siyasi anlamda qarışa bilər. Tərəfləri münaqişəni dayandırmağa, danışqlar masasına əyləşməyə məcbur edə bilər. İndiki vəziyyətdə Ermənistana hərbi dəstək verməyi Rusiya istəməz. Çünki bu, Rusiyanın strateji maraqlarına uyğun deyil. Rusiyanın strateji maraqları Cənubi Qafqazda bütün ölkələrlə yaxşı münasibət qurmaqdır. Azərbaycanla münasibətləri korlamaq Moskvanın strateji maraqlarına cavab vermir. Ona görə də Moskva çalışacaq ki, atəşkəs əldə olunsun”.  

Hərbi jurnalist bildirib ki, Azərbaycanın Ermənistandan hərbi üstünlüyü göz qabağındadır.  

Hərbi şərhçi münaqişənin danışıqlar yolu ilə həllinə inanmadığını da söyləyib: "Dağlıq Qarabağdan başqa digər 7 rayon da işğal altındadır. Uzun illərdir ki, həmin rayonların ilkin mərhələdə geri qaytarılması ilə bağlı danışıqlar gedir. Lakin bu danışıqların heç bir nəticəsi olmayıb. Ona görə də, bundan sonra da danışqlarda bu məqamın öz həllini tapacağı inandırıcı deyil".

P. Felgenqauer Dağlıq Qarabağdakı hərbi qarşıdurmanın Rusiya KİV-lərində birtərəfli işıqlandırıması məsələsinə də toxunub.

 

O, bunu erməni lobbisinin Rusiyada güclü olması ilə əlaqələndirib: "Həqiqətən də Rusiya KİV-ləri ermənipərəst mövqe sərgiləyir. Ona görə ki, ölkə mediasının rəhbərliyində çoxlu sayda ermənilər təmsil olunurlar. Rusiyada Azərbaycan lobbisi də mövcuddur, lakin erməni lobbisi ilə müqayisədə zəifdir".




Baxış sayı: 1 681
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30