FACT-INFO.AZ » MÜSAHİBƏ » Ömür karvanının 70-сi anı
1-02-2018, 16:40 | MÜSAHİBƏ
Ömür karvanının 70-сi anı

Bu, Tanrının yazdığı bir qismət,ömür yoludur. Yola çıxanlardan tələsənlərdə, tələsməyənlərdə var.Tanrı hökmünü verir, beləcə,ömrə yoldaş olan illəri insan yaşayır.

Elə belə bir ərəfə də yəni, ömrün müdriklik cağında, 70 yaş ərəfəsində hörmətli ziyalı, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri, MİU-nin Nəqliyyat Kafedrasının müdiri Tağı Əhmıdovla görüşdük. Əvvəlcə onun həyat yoluna nəzər yetirək.

Tağı Əhmədov 1 fevral 1948-ci ildə Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Yuxarı Remeşin kəndində anadan olmuşdur. 1965-ci ildə Naxçıvan Kənd Təsərrüfatı Texnikumunu, 1976-ci ildə Azərbaycan Politexnik İnstitutunu, 1987-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1965-ci ildən "Badamlı" zavodunda fəhlə, 1970-1994-cü illərdə Bakı Metropoliteninin tunel qurğuları və yol xidmətində tunel fəhləsi, böyük tunel ustası, distansiya rəisi, 1994-1998-ci illərdə isə tunel qurğuları xidmətinin rəisi işləmişdir.1997-ci ildən Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspirantıdır. Texnika elmləri namizədidir. 1998-2014-cü illərdə Bakı Metropoliteninin rəisi vəzifələrində çalışmışdır. "Tunellərin zəlzələyə davamlılığı" mövzusunda tədqiqat işi aparır. “Fəxri Dəmiryolçu”, “Bakı Metropoliteni veteranı” döş nişanları, “Şöhrət ordeni” və “Azərbaycan Resbulikasının Əməkdar mühəndisi” fəxri adı və nişanı ilə təltif edilib. 2005-ci ildən Beynəlxalq Nəqliyyat Akademiyasının həqiqi üzvüdür. Bakı metropoliteninin dünya standartlarına çatdırılması sahəsində xidmətlərə görə “Qızıl Buta” müstəqil milli mükafatına layiq görülüb. 2012-ci ildə ölkənin iqtisadi inkişafında xidmətlərinə və Azərbaycan elminə verdiyi töhfələrə görə akademik Yusif Məmmədəliyev adına medalla təltif olunub. Hazırda Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədridir. Evlidir, 2 övladı var.

-Xoş gördük Tağı müəllim. Sizinlə görüşümüz həyatınızın elə bir çağına təsadüf edir ki, bugünlərdə 70 yaş qapınızı döyəcləyir. Hansı hissləri keçirirsiniz?

-Düşünürəm ki,“Bu yaşıma qədər hansı hissləri keçirmişəmsə, bu yaş dövründə də o hissləri keçirirəm”. Bu həyata gəlmisənsə yaşayaraq, hər gələn yaşı qəbul etməlisən.Vaxt, zaman da öz axarı ilə ötməlidir. Bu adi haldır, başqa cür baxmıram. Gəlib 70 çata bildiyim üçün Allahıma minnətdaram.

- Tağı müəllim, insanları kateqoriyalara ayırırlar. Daha çox xarakter nəzərə alınsa, hansı kateqoriyaya aid olardınız. Ağıla yoxsa hissllərə üstünlük verənlər qrupuna?

- Mən realist adamam. Düzünü desəm, bəlkə də anadan olandan, ağlım kəsəndən, məktəb illərindən hiss etmişəm ki, mən varam, yaşayıram və mütləq ki, cəmiyyətə, vətənimə fayda verməliyəm. Uşaqlıqdan keçən həyat təcrübəsi məni həmişə həyatda atdığın addımı fikirləşməyə vadar edib və kömək olub. Bu yəqin ki, iki faktordan aslıdır: Biri düşdüyün cəmiyyətdən, diğəri isə gendən irəli gəlir. Bu dəqiqdir, ayrı cür deyil.

-Cəmiyyətdə müəyyən mövqeniz olmasına baxmayaraq sizi, xalqımız həm də gözəl nəğmələrin müəllifi kimi də tanıyır. Yeri gəlmişkən, bu yaşa qədər poetik yaradıcılıqdan heç bir nümunəni belə nəşr etdirməyən Tağı Əhmədovun bu günlərdə “Gülüm gözlə sən məni” adlı kitabı işıq üzü görüb. Bununla bağlı nə zaman qərara gəldiniz?

- Bilirsiniz, məncə şeir, nəğmə insanın özündən aslı halda yaranmır. Bir də görürsən ki, elə bir andaca qələm, kağızın üzərindədir və artıq şer yazılıb. Kitabımın nəşrini indiyə qədər heç düşünmürdüm.Yoldaşlar, dostlar, ailə məni təkidlə kitabın nəşrinə həvəsləndirdilər. Məncə bu 70 yaşımın hədiyyəsi olacaq. Nə gizlədim, həvəsləndim və birdən- birə yubileyə qədər 4 kitab nəşr etdirdim.” Bir ömrün işığı” adlı kitab isə sırf şeirlərimdir. İkinci 130 -150 səhifəlik kitabımsa mənim sözlərimə bəstələnən nəğmələrin toplusu olacaq. Ücüncü kitab isə həyatımdan bəhs edəcək. Amma mütləq ki,reallıqdan bəhs edən yazılar daxil olacaq. Yəni tərifsiz.(Gülür) Bilirsiniz,insan yaşadığı ömrü boyu həmişə hamını razı sala bilməz. Həyatda mənfi şeylərdə olur. Ona görə də istəyirəm buna da bir yanaşma olsun. Necə deyərlər, özümə bir də insanların gözü ilə baxım. Azərbaycan mətbuatına bu da bəllidir ki, mənim indiyə qədər Ulu öndər haqqında yazdığım məqalələr çoxdur. O yazıları da “Qürur doğuran illər”adlı kitabda nəşr etdirəcəyəm. Yəni, bunların hər biri məndən sonra qalacaq yadiğarlardır. Bunu özümdə artıq dərk elədim ki, lazımdır.

-Həyatda mövqeyindən, yaşından, vəzifəsindən asılı olmayaraq elə insan yoxdur ki, ömründə bircə dəfədə olsun, özünə hesabat verməsin. Bu, müsbət tərəfə də ola bilər, mənfi tərəfədə.

- Məncə insanı özündən başqa heç kim dərindən tanıya bilməz.Hər kəs özünün mənfisində, müsbətində əla anlayır. Mən emossional adamam. Buna görə də özümə hesabatım da, özümü təhlilim də tez-tez olur. Nəyi, harada doğru və ya yalnış etdim. Bu yaxşı bir əlamətdir. Yeri gələndə nəticə də çıxarıram. -Söhbətimizi bir qədər də ədəbi məqamlara kökləyək. Şeirlərinizi Sadiq imzası ilə yazırsınız. Şeirləriniz də demək olar ki, əzbərdən söyləyirsiniz. Ümumiyyətlə, poetik ruhunuz tez-tez hakim kəsilir?

- Məncə hər bir şairin bilmədiyi amma müəllifi olduğu şeir mütləq var. Axı yaddaşın da müəyyən həddə qədər möhkəmliyi ola bilir. Dediyiniz ilham pərisi o zaman gəlir ki, adam nədənsə təsirlənir. Bax onda şeir yaranır. O şeir düzgün atılan addımdır. Yaxşı xatırlayıram, mən 2004 -cü il idi, Almaniya getmişdim. Elə oldu ki, orada tibbi yoxlanışdan keçməli oldum. Məlum oldu ki, səhhətim də bir qədər narahatlıq var, şəkərin ilkin əlamətləri baş qaldırır. İnanın hər şeydən əvvəl ürəyimdən, beynimdən bu sətirlər keçdi.

Günlər ötür yavaş-yavaş,

Öz gücümü axtarıram.

Yaş üsdünə gəldikcə yaş,
Sevincimi axtarıram.

Baş əyilir torpaq üstə,

Əldə əsa qulaq səsdə.

Gəlib, keçir boyu bəstə, Gəncliyimi axtarıram.

Zor güc gəlsə dizlərimə,

Tor yenərsə dizlərimə.

Dil yanılsa sözlərimdə,

Düşüncəmi axtarıram.

Gün üstünə gəldikcə gün,

Hər gün üçün fəxr et, öyün.

Qəlbim yatma hələ döyün.

Müəyyən vaxt kecəndən sonra, bu şer nəğməyə çevrildi və uzun illərdi ki, Bəyim xanım bu nəğməni gözəl oxuyur. O ki, qaldı Sadıq imzasına , məncə pis səslənmir ( gülür). Şerləri Tağı Əhmədov imzası ilə yazsaydım, tanınardı. Hazırda nəvələrimin birinin adını Sadiq qoymuşam. Balaca oğlan nəvələrimdən birinin də adı Tağıdır. Bəlkə onlar birləşib ,gələcəkdə məni əvəz edə bildilər. Özümü qətiyyən şair hesab etmirəm. O qədər professional söz adamalrı var ki,onların yanında doğru olmaz. Amma onu da etiraf edim ki,şeir insan üçün hər şeydir. Mən hələ Bakını görməmişdim .amma Bakı üçün şeir yazmışdım. Bu 1966cı ildə yazdığım şerdir.Artıq ona mahnıda bəstələnib. Həmin mahnını Nuriyyə Hüseynova oxyur . Amma mahnının sözləri dəyişilib, şerin mətnində bir qədər fərqlidir.


İndi sən daha da gözəl olmusan,

Bütün şəhərlərin gözüsən Bakı.

Gələn qonaqları heyran qoymusan,

Şairlərin şirin sözüsən Bakı.

Səməd tərif etdi güllü yazını,

Ozanalr ucaltdı xoş avazını.

Alaraq əlinə telli sazını,

Dedi: Vətənimizin özüsən Bakı.

Gözəl bir şəhərəsən tərifin yoxdur,

Bol sərvətinin heç misli də yoxdur.

Sadiq deyər düşmənlərə bir oxdur,

Şərq İpək yolunun izisən Bakı.


O zamanlar “şair” imzası ilə yazırdım. Bunun da səbəbi vardı. 65-ci illər idi. Mən də gəncdim. Elə fikirləşirdim ki, şerlərimdən xəbər tutanlar mənə lağ edəcəklər. O vaxtlar nə görürdümsə, həyatımda nələr baş verirdisə , şeirə çevrirdim. Bəzən elə hallar olurdu ki,az qalırdım danışanda da, şeirlə danışım. Qələmadamlarından dostluq etdiklərim çoxolub. Elə indinin özündə dəbudostluq bağlarımız davamedir.Onlardanməsləhətaldığımdaolub, bəhrələndiyimdə. Nəriman Həsənzadə ilə yaxındostluğumuzvar. Fevralın 18 də Nəriman müəllimin 87 yaşı tamam olur.Nəriman müəllim çoxdahi şairdir. Axı necə olar ki, mən də deyim şairəm, Nəriman müəllimdə şairdir. Osman Sarıvəlli söhbətlərində deyirdi ki, vaxt keçəcək, Nizamilər, Füzulilər, Xətailər və sairə deyəndə,o və sairələr sırasında bizdə gedəcəyik.( Gülür) İndi, Nəriman müəllimin yanında, Allah rəhmət eləsin Zəlimxan Yaqubun yanında biz və sairələrin içində gedirik. -Tağı müəllim, görünüşcə çox zəhimli insansınız . Yəqin ki, bunu çox adamdan eşitmisiniz. ( Yarı zarafat, yarı cidii sözümü kəsərək:-“Sizdən bir neçə dəfə eşitmişəm, artıq qulağım alışıb”) Sanki adam çəkinər sizə ikinci dəfə söz deməyə . Amma bayaqdan bəzi şeirlərinizi dinləyirəm, poeziyalarınızda özünüzə məxsus yumorunuz hiss olunur. Özünüzü necə insan hesab edirsiniz?.

- Özümü bütüm insanlar kimi insan hesab edirəm. Zəhimli deyirsiniz, necə deyirsiniz bilmirəm məncə o görünüşümdədir. Allahın bəxş etdiyi görünüşdür. Təbiətcə mən kövrəyəm. Bu kövrəlik heç də yaşla əlaqədar deyil. Görünür belə doğulmuşam . Axı insanın xarakteri süd ilə gəlib, sümüklə çıxar deyirlər. El dili ilə desəm, hələ bir toyiq başı kəsməmişəm. Baxmayaraq, özüm uzun müddət kənd təsərrüfatı işçisi olmuşam. Yəqin xatırlayanlar olar, bizim uşaqlıq illərimizdə indiki kimi elə də çox uşaq oyuncaqları olmazdı. Taxta parçasından nə düzəltdiksə onunla da oynayardıq. Bəzən uç- beş uşaqa bir oyuncaq və ya topumuz olardı. Mənim də özümün uşaqlıqda düzəltdiyim raqatkam vardı. Onunla ağacdan bir quşu vurub yerə saldım. Sonra gedib baxanda məni vahimə bürüdü. Necə vurmuşdumsa, quşun gözünü zədələmişdim. Məktəbli idim və o gündən bəri bir dəfə də olsun ov ovlayıb, quş vurmamışam. Bu mənə ayrı cür təsir edir. Görürsünüz, deyirsiniz ki, zəhimli görünüşüm var. Maraqlı bir fakt danışım. Mən gənclik illərimdə sənədlərimi Tibb universitetinə verdim. Amma, sənədlərimi götürmədilər. Bunun texniki səbəbi var idi. Bir hərf yalnışlıqı ucbatından sənədim də hərf səhvi getmişdi.

Və heç cürdə bunu isbat edə bilmədim. Deməli, pasportumda yazılıb Məhəmməd oğlu, texnikom diplomumda yazılıb Məmməd oğlu, hərbi biletimdə isə Mamed oğlu. Mən çox təəssuflər olsun ki, beləcə sənəd qəbul edən adamı heç cürə başa sala bilmədim və mənim tibb təhsili almaq arzum reallaşmadı. Bu da ilahinin qismətidir. Bəlkə də elə yaxşı olub ki, sənədlərimi götürməyib çünki qəti həkim ola bilməzdim . Həyatdı həmişə haqlının tərəfində olmuşam . Haqqı nahaqa verməmişəm. İndiyə qədərdə təsəvvürümə gətirə bilmirəmki haqqı nahaqa verim. Allahın bizə buyurduğu övladın, valideyn üzünə ağ olmamasıdır. Siz bayaq özümə verdiyim hesabatdan xəbər aldınız, bəlkə də ən böyük xoşbəxtliyim valideynimin sözünü yerə salmamağım olub, onların üzünə ağ olmamışam. Hər nə deyiblərsə mən etmişəm və o söz qanun olub . Ümumiyyətlə, valideynin də, müəllimin də dediyi söz gərək qulaq da qala. Söz vaxtına çəkər. 1963-cü ildə mən texnikomda oxuyurdum. Sovet vaxtı Xuruşovun rəhbərlik etdiyi dövrlər idi. Dolanışıq bir o qədər də yaxşı deyildi. İndiki kimi xatırlayıram qışın sərt soyuq olan bir vaxtı idi. Yataqxanada qalırdım. Məcbur olurdum ki, yataqxanadan bizə verilən ədyallara bürünüb gedib otrurub maqazinin qabaqındakı nə vaxt növbə mənə çatacaq, suyu sıxılmış çörək alıb, yeyıb dərsə gedəcəyəm. Allah qəni -qəni rəhmət eləsin. Rauf Bektaşı adlı bir müəllimim vardı. Özüdə müharibədə olmuşdu, sağ qoluda yox idi. Bir gün belə cörəyi alıb yeyib getdim dərsə. Soyuqdan çox donmuş vəziyyətdəyəm . (təsəvvür edin 13-15 yaşlarında gənc dərsə gəlib.) Evdən-eşikdən uzaq yerdəyəm. girdim sinfə keçib yerimdə əyləşdim və bir kağız parçasına şer yazdım. Uzun bir şer idi amma cəmi iki bəndi yadımda qalıb. Aldığımız qara çörək, hər gün bizə vurur külək

Lap olmuşuq hacıleylək, sağ ol səni kommunizm

Biz dedik ki, addım ataq irəli dəmədik ki, sən yüz ilə gələli

Dəysin qoy başına quran əlləri, gəlmə, istəmirik səni kommunizm.

Sən demə Rauf müəllim dərs danışa –danışa sıralardan keçib, baxır mənə yazdığımı da oxuyur. Mən isə bunu hiss etmirəm. Zəng vuruldu, uşaqlar sinifdən çıxdı müəllim məni saxlayıb dedi ki,- Oğul, nəsilliklə sizi elə sürgün edərlərki heç izin- tozunda tapılmaz. Get o şeiri cır, at. Dediyim kimi, həmişə nəsiyyətə qulaq asan olmuşam. Bunların hamısı yaşadığım həyatdır. - Ziyalı cəmiyyətin mənəvi və intellektual axınına qoşulub getməlidir. Bu mənada böyük filosoflar həyata müxtəlif fikirlərlə yanaşıblar. Beləcə həyat fəlsəfəsi yaranıb. Amma heç şübhəsiz ki, hər insanın həyatda yaxşı mənada dərsi var və bu da onun həyatdan öyrəndikləridir. Həyat sizin üçün nədən, nələrdən ibarətdir?

-Bayaq dediyim kimi hər bir insanın həyatının enişidə, yoxuşuda olub. Amma həyat yanımdan ötdü deməmişəm və heç vaxtda deməyəcəyəm də. Mən zamanın dəyərini bilən adamam. Vaxtı boş öldürmək olmaz. Allahın verdiyi qismətdir. Və mən ömrüm boyu Ulu Öndərə duaçı olacağam. O şəxsiyyət mənim idealımdır. 1998 –ci ildə Ulu Öndər məni metroya rəis təyin edəndə, mən bu insanın dahi olduğunu gördüm. Zəhmi, intellekti, bütün sahələri əhatə edən bilikləri məni heyran etdi və elə deyərdim ki, o andanca mən idealımı tapdım. Heydər Əliyev mənə bir sıra tapşırıqlar verdi və tövsiyələrini bildirdi. Heydər Əliyevin nəqliyyat sahəsində gördüyü işlər o qədər yüksək səviyyədərdi ki, onlar haqqında danışmaqla bitməz. Bunu həttda Nikolay Seminoy da təstiqləyib. O,peşəkar bir nəqliyyatçı idi. Amma Heydər Əliyevin nəqliyyata dair gördüyü işlərdən sonra o özü etifar etdi ki,-: mən nəqliyyat sahəsində hələ heç nə etməmişəm.

Doğurdanda 70 il tariximizi necə də saxtalaşdırmışdılar. Kirovun heykəlin gətrib qoymuşdular şəhərin mərkəzi parkında və oranı Kirov parkı adlandırmışdılar. Amma baxmayaraq ki, orda 1918-ci ildə Çənbərəkənd qəbirstanlıqında bizim əsl ölülərimizi, İsmaliyyə binasında olan insanları yandırıb dəfn eləmişdilər. Bu tariximizi silmək idi. Bizədə deyirdilər ki, üstündə gəzin. Dünyada xalqlar çoxdur. Bunların içində müstəqil olmayanlar da var. Onlar öz sözünü deyə bilmir. Biz 300 il əsarətdə olmuşuq. Onun 70 -ilini SSRİ əsarətində qalmışıq. Amma indi 27 ildi müstəqilik və bu Ulu Öndərin xidmətidir. Bu müstəqillik bizə hər şey verir. Bunun lideri Heydər Əliyev olub. 93-cü ildə Heydər Əliyev hakimiyyətə gəlməsəydi bəlkə də Azərbaycan xalqı silinə bilərdi. 1920-ci il hadisələri təkrar başımıza gələ bilərdi. Heydər Əliyevin nüfuzu, şöhrəti uzaqgörən siyasəti nəticəsində Azərbaycan bü gün bu zirvəyə gəlib çıxdı. Heydər Əliyev 2003-cü il 2 oktyabrda xalqa müraciət etdi -“Əgər siz, İlham Əliyevi prezident seçsəniz o mənim bütün strategiyalarımı yerinə yetirəcək və hər bir Azərbaycanlının prezidenti olacaq”. Doğurdanda artıq 15-ci ilə qədəm qoyuruq ki, İlham Əliyev prezidentdir. Lukaşenka deyir ki, mən bütün prezidentlərin idarəçiliyini bəyənirəm. Amma İlham Əliyev onlardan üstündür. Siyasi gedişinə, intelektual səviyyəsinə eləcə də diplomatik bilgisinə görə İlham Əliyev əsl prezidentdir. Bu bizim xoşbəxtliyimizdir. İlham Əliyev artıq bügün Azərbaycanı yüksək zirvələrə gətirib çıxardı.

-Keçmişdə qalan xatirələrimiz, gəlcəklə bağlı olan ümidlərimiz, arzularımız var. Belə olanda deyirlər ki, insan keçmişilə gələcəyin arasında yaşayır. Və ümmansız arzuların əsiri də ola bilir, reallığın da önünüdə dayanır. Siz bu haqda nə düşünürsünüz?

- Hər kəsin köksündə vuran ürəkdir. Düşünürəm ki, millət, xalq olaraq qəlbimiz də, ruhumuzda Qarabağın işğaldan azad olacağı gün üçün vurur. Arzulardan sual verdiniz,çox istərdim ki, Qarabağın işğaldan azad olduğu vaxt mən də o yerlərin abadlaşmasında, bir kəndinin, Qarabağ elindən məcburi köçkünlər üçün tikiləcək evlərin inşaasında yaxından iştirak edim. Bu mənim ən böyük və müqəddəs arzumdur.

Çox vaxt hər birimiz həyatda rastlaşdığımız, qarşılaşdığımız insanlar haqqında ilkin rəy formalaşdırırıq. Əvvəlcə onun xariçi görkəmi tanışlığımıza bir körpü atırsa, daha sonra daxili aləmi öz sözünü söyləyir. Deyəsən biz də müsahibə zamanı Tağı Əhmədovu yaradıcı ab-havaya kökləyə bilmişdik. Bilmirəm suallarım Tağı müəllimi nə qədər qane elədi. Bəlkə başqa suallara daha çox ehtiyac vardı. Bəlkə onun şerlərinin mahiyyətinə vara biləcək suallara daha çox üstünlük verməliydim? Amma söylədikləri, dedikləri dərin mətləblər üstəydi. Təki sağlıq olsun, Tağı müəllim.Neçə-neçə onilliklər diləyilə, 70 yaşınıza mübarək deyirik.

Sitarə

Fact-info.az




Baxış sayı: 3 090
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930