1-6-2025 3:47
FACT-INFO.AZ » SİYASƏT » Dağlıq Qarabağla bağlı hesabat hazırlanacaq
30-09-2015, 09:05 | SİYASƏT
Dağlıq Qarabağla bağlı hesabat hazırlanacaq

APA-nın Avropa müxbirinin məlumatına görə, toplantıda ingiltərəli deputat Robert Valterin Dağlıq Qarabağla bağlı şifahi hesabatı dinlənilib.
Qərara alınıb ki, məruzəçi R. Valter Dağlıq Qarabağla bağlı hesabat hazırlasın. 
 Qeyd edək ki, R. Valter AŞPA-nın Demokratiya və siyasi məsələlər üzrə komitəsi adından Dağlıq Qarabağa dair məruzə hazırlamaq üçün Azərbaycana səfər etsə də, Ermənistan hökuməti ona icazə vermədiyi üçün Ermənistan və Dağlıq Qarabağa səfərlər edə bilməmişdi. Erməni tərəfi məruzəçinin Dağlıq Qarabağla bağlı hesabat hazırlamasını istəmir.    
 Komitənin iclasında iştirak etmiş Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Dağlıq Qarabağla bağlı hesabatın yazılacağını bildirib.
 “Robert Valter Dağlıq Qarabağla bağlı məruzəsi ilə çıxış etdi və komitə Assambleyanın məruzəçisini ölkəyə buraxmamağı biabırçı bir addım kimi qiymətləndirdi. Erməni tərəfi müxtəlif bəhanələr gətirərək öz yalanlarını gizlətmək istəyirdi. Hansısa formada çalışırdılar ki, bu məsələni ört-basdır etsinlər, amma alınmadı. Nəinki alınmadı, erməni nümayəndə heyətinin üzvü Naqdalyanı ikinci dəfə komitədən qovdular. 
Mən də öz növbəmdə çıxış edərək bildirdim ki, burada söhbət Robert Valterdən getmir. Dağlıq Qarabağ üzrə alt komitə var idi, siz onu niyə ləğv etdiniz? AŞPA-nın sabiq sədri Jan-Klod Minyon mənimlə və Ermənistan nümayəndə heyətinin rəhbəri ilə azı 10 dəfə görüşmüşdü, niyə bunu rədd etdiniz? 
Deməli, məsələ Robert Valterdə deyil, Ermənistan sadəcə nələrisə gizlədir. Dedim ki, siz onu buraxmalıydınız, şərait yaratmalıydınız ki, o gizlədilən məsələlər üzə çıxsın. Yəni Dağlıq Qarabağla bağlı hesabat mütləq yazılacaq, Ermənistan məruzəçini ölkəyə buraxmasa belə. Robert Valterin mandatı bitənə qədər hesabat yazılacaq”.

 

 

 




Baxış sayı: 2 871
XİN: Ermənistanın Azərbaycana qarşı mina terroru nəticəsində 397 nəfər həlak olub və yaralanıb Dünən, 15:30 Bakıdan Laçının Bəylik kəndinə yola salınan köç çatıb Dünən, 13:00 Türkiyəli din xadimi: Şuşa mənim ata yurdumdur Dünən, 12:00 Bank kartı məlumatlarının paylaşılması nəticəsində vətəndaşlar zərər çəkiblər – DİN xəbərdarlıq edir Dünən, 10:30 Victim: I was injured in Armenian armed forces’ “Smerch” missile attack 30-05-2025, 21:00 Gəncənin bombalanmasının Ermənistanın siyasi-hərbi rəhbərliyinin bilavasitə nəzarəti və tapşırığı əsasında həyata keçirildiyi məhkəmədə elan edilib 30-05-2025, 19:30 Ermənistan silahlı qüvvələrinin “Smerç” raketini atması nəticəsində yaralandım - Zərərçəkmiş şəxs 30-05-2025, 18:30 Türkiyə mediası Laçında üç qardaş ölkənin liderlərinin Zirvə görüşünə geniş yer ayırıb 30-05-2025, 18:00 Lavrovla Fidan müzakirə apardı 30-05-2025, 16:30 Horadiz-Ağbənd dəmir yolu xəttində isə tikinti-quraşdırma işlərinin 66 faizi tamamlanıb 30-05-2025, 15:30 Bu gün bədii və ictimai fikir tariximizdə yeni ədəbi məktəbin banisi olan şairin doğum günüdür 30-05-2025, 10:30 Səmərqənddə “İslam dünyasının mədəniyyət paytaxtı – 2025” ilinin açılışı olub 30-05-2025, 09:00 Yeni texnologiya zehni iş yükünü obyektiv izləyə bilir 30-05-2025, 08:30 Ceyhun Bayramov Stiv Deyns ilə Azərbaycan-Ermənistan normallaşma prosesinin müzakirə edib 30-05-2025, 08:30 Bu gün Şəhid Mübariz Kamilovun doğum günüdür 29-05-2025, 20:30 Court evaluates crimes committed by Armenian Armed Forces against civilians in Azerbaijan in April 2016 and July 2020 29-05-2025, 20:30 Laçında üç ölkənin liderləri çox mühüm mesajlar verdi 29-05-2025, 19:00 Ermənistan silahlı qüvvələrinin 2016-cı ilin aprelində və 2020-ci ilin iyulunda Azərbaycan ərazilərində mülki şəxslərə qarşı törətdiyi cinayətlərlə bağlı sənədlər tədqiq edilib 29-05-2025, 19:00 Исследованы документы, связанные с преступлениями, совершенными вооруженными силами Армении против мирного населения на территориях Азербайджана в апреле 2016 года и июле 2020 года 29-05-2025, 18:30 Rəcəb Tayyib Ərdoğan Laçın Beynəlxalq Hava Limanının açılışı ilə bağlı paylaşım edib 29-05-2025, 10:30 Qazaxıstanda Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirilib 29-05-2025, 10:00 Vaşinqton meri Azərbaycanın Müstəqillik Günü ilə bağlı bəyannamə imzalayıb 29-05-2025, 09:00 Almaniya Ukrayna üçün uzaqmənzilli dronların istehsalını maliyyələşdirəcək 29-05-2025, 09:00 Laçın rayonunun Bəylik kəndinə növbəti köç karvanı yola salınıb 29-05-2025, 08:00 Azərbaycan Prezidenti: Əminəm ki, azad edilmiş Laçından bu gün üç ölkənin dünyaya verdiyi mesajlar lazımi ünvana çatacaq 28-05-2025, 18:00 Əməkdar jurnalist Bahəddin Həzi oxuculara hesabat verdi 28-05-2025, 11:30 Prezident İlham Əliyev Müstəqillik Günü münasibətilə paylaşım edib 28-05-2025, 09:30 Parisdə 28 May – Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib 28-05-2025, 09:30 ABŞ dövlət katibi Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib 28-05-2025, 09:30 Şahbaz Şərif: Laçında əziz qardaşım İlham Əliyevlə görüşməkdən şərəf duydum 27-05-2025, 20:30
Köşə yazarları
Təqvim
«    İyun 2025    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30