FACT-INFO.AZ » SİYASƏT » Riçardas Lapaytis: Erməni işğalçılarının iyirmi ildən çoxdur pozduğu ədaləti bərpa etmək lazımdır
18-09-2015, 09:20 | SİYASƏT
Riçardas Lapaytis: Erməni işğalçılarının iyirmi ildən çoxdur pozduğu ədaləti bərpa etmək lazımdır

Düşündüm ki, Şuşa işğal olunub, xeyli memarlıq abidəsi, mədəni irs və folklor nümunələri zəbt edilib.  Bu sözləri öz bloqunda litvalı hərbi jurnalist Riçardas Lapaytis yazıb.

Jurnalist təəssüf hissi ilə qeyd edir ki, Azərbaycanın gənc nəsli Dağlıq Qarabağın dilbər guşələri barədə yalnız kitablardan və böyüklərin danışdıqlarından bilir. O, hər il cəbhə zonasına gedir, aylarla orada yaşayır, vəziyyətin daha ağır olduğu Həsənqaya və Qapanlı kəndlərinə baş çəkərək, Füzulidən Əlibəyliyə qədər gözüyumulu gedib-gəlir.

R.Lapaytis yazır ki, regionu çox gəzib-dolaşıb və azərbaycanlı qaçqınlardan soruşub: “Ermənilərin işğalı altında olan doğma yurd-yuvalarından uzaqda özlərini necə hiss edirlər?” Onların cavabı litvalı jurnalisti heyrətləndirib: azərbaycanlı qaçqınlar yalnız yer üzündə sülhün bərqərar olması üçün dua edirlər, doğma ocaqlarına qayıtmağa çalışırlar. Çoxu hesab edir ki, ermənilərin özü yaranmış vəziyyətdən, qeyri-müəyyənlikdən, qorxudan bezib.

Hərbi jurnalist vurğulayır ki, bunun özü elə ən böyük tolerantlıq nümunəsidir. R.Lapaytis yazır: “Bu hadisə Litvada baş versəydi, biz bütün dünyaya car çəkərdik”. Jurnalisti təəccübləndirən budur ki, müharibə yaşayan insanlar təmkinlərini pozmur, bilirlər ki, haqq onların tərəfindədir. R.Lapaytis əmindir: əgər belədirsə, ədalət zəfər çalacaq.

Litvalı jurnalist Qərb diplomatlarını Qarabağ münaqişəsi ilə bağlı qəti tədbirlər görməyə çağırır.

 

O bəyan edir ki, azərbaycanlılarla həmrəydir. BMT-nin qəbul etdiyi dörd qətnaməyə baxmayaraq, işğalçının iyirmi ildən çoxdur pozduğu ədaləti bərpa etmək lazımdır. Jurnalist yazır ki, bir milyon qaçqın qorxunc rəqəmdir. Üstəlik, Ermənistana qarşı hər hansı sanksiya da yoxdur. R.Lapaytis yazısının sonunda Azərbaycan xalqına son dərəcədə mütəşəkkil olmağı arzu edir.




Baxış sayı: 2 111
Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00 "Rəqəmsal Media Ayı" çərçivəsində növbəti təlim proqramına başlanılıb 11-11-2026, 18:00 İrəvandakı tarixi Göy məsciddə müsəlman dini mərasimi ilə bir araya sığmayan tədbirin keçirilməsi vandalizmdir - QMİ 11-11-2026, 16:30 Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər 11-11-2026, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar 11-11-2026, 14:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30