FACT-INFO.AZ » AKTUAL » Əsgərlərimizlə görüşlərimiz davam edəcək
29-03-2015, 10:50 | AKTUAL
Əsgərlərimizlə görüşlərimiz davam edəcək

Bu görüşlərdə Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin İcraçı direktoru “Ana Harayı” qəzetinin baş redaktoru Şamil Sabiroğlu Fact-info.az saytına həmin görüşlərlə bağlı müsahibə verib. -Şamil müəllim, siz mütəmadi olaraq cəbhə bölgələrində olursunuz. Bu yaxınlarda növbəti belə görüşdən qayıtməsınız. Bu barədə oxucularımıza məlumat verərdiniz? - Azərbaycan Silahlı Qüvvələri xalqımızın ümid yerdir.2015-ci il martın 3-də növbəti dəfə ön cəbhədə, zabit, gizir və əsgərlərlə görüş zamanı hissə və taborlarda maddi-texniki təminatın çox yüksək səviyyədə olduğunu gördüm,qürur duydum. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi, Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur. Bu da Milli Ordumuzun həqiqətən güclü, təminatlı olmasına şərtləndirir. Oradakı görüşlərimizdə 1992-1993-cü illərdə Tərtər-Ağdərə istiqamətində çox ağır döyüşlər aparıldığı zaman bu hərbi hissənin yaradıldığını nəzərə çatdırıldı. Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi 1 dəq.sükutla yad edildi. Əsgərlərimizlə çox çoşqulu görüşlərimiz davam etdi. - Hansı QHT təmsilçiləri görüşlərdə iştirak edirdilər? -Onu qeyd edim ki, bu görüşlərdə “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov bu hərbi hissənin keçdiyi şərəfli döyüş yolundan danışdı. “Qürur” Şəhid Ailələri Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycanın Milli Qəhrəmanı,şəhid soydaşımız Səfiyar Behbudovun bacısı Naibə Behbudova 1991-92-ci illərdə qardaşının da könüllü olaraq Tərtər-Ağdərə-Ağdam bölgələrində erməni terrorçularına qarşı savaşda iştirak etdiyini diqqətə çatdırdı.”Sosial Rifah və Tədqiqatlar”ictimai birliyinin sədri, fact-info.az saytının rəhbəri Əkrəm Bəydəmirli, Xocalı şəhər 2 saylı məcburi köçkün tam orta məktəbinin direktoru, Şəhid Milli Qəhrəmanımız Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, ömrünün 27 ilini sərhədçi peşəsinə sərf etmiş Mustafa Qaramanlı, “Qafqazpress.az”İnformasiya Agentliyinin baş direktoru, “Azərbaycan uğrunda” qəzetinin baş redaktoru, şair-publisist Xatirə Rəhimli, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin şöbə müdiri, şair Dilbər Sultanova, “Baku news.Tv” İnternet Televiziyasının redaktoru Vüsalə Nəciyeva hərbi hissənin ad gününü zabit və əsgərlərlə keçirməkdən hədsiz məmnun olduqlarını qeyd etdilər. Həmçinin əsgərlərimizlə görüşlərdə şairə Xatirə Rəhimli və Dilbər Sultan qələmə aldıqları poeziya nümunələrini söylədilər. Tərtər rayon Uşaq Musiqi məktəbinin kollektivi və aşıq Azər Göyçəli (Mustafayev) maraqlı ədəbi-bədii kompozisiya ilə hərbi hissənin şəxsi heyəti qarşısında çıxış etdilər. -Həmçinin bu səfər çərçivəsində şəhid Milli Qəhrəmanın məzarı ziyarət olunub. Bu barədə, həmin Milli Qəhrəmanımız haqqında nə deyə bilərsiniz? - Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmov çox şərəfli döyüş yolu keçib. Xocalı şəhidi, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Füzuli Salah oğlu Rüstəmovun məzarını ziyarət etdik. Milli Qəhrəmanımızın məzarı önündə İxlas,fatihə surələri oxundu. Orada tanınmış QHT rəhbərləri ilə bərbər N saylı hərbi hissənin zabiti Vüqar Əhmədov və başqları Vətənimizin azadlığı,ərazi bütövlüyünün bərpası naminə əziz canlarından keçən oğulları unutmağa, kimsənin haqqının olmadığını qeyd etdilər. Füzuli Rüstəmovun bacısı, Xocalı şəhər 2 saylı məcburi köçkün tam orta məktəbinin direktoru Fiqurə xanım Rüstəmova yeganə qardaşının xatirəsini əziz tutan hər bir kəsə təşəkkürünü bildirdi. Şəhid Milli Qəhrəman F.Rüstəmovun məzarı önünə tər gül dəstələri düzüldü. Füzuli qorxu bilməz dəliqanlı bir gənc idi. 1992-ci il fevralın 26-da məlum Xocalı soyqırımı zamanı 300-dək dinc sakini xilas edərək qəhrəmancasına həlak olub. Bu cür qeyrətli oğulları unutmağa haqqımız yoxdur! Növbəti söhbət etdiyimiz insanlardan biri 20 Yanvar Cəmiyyətinin sədr müavini, ehtiyatda olan zabit Mustafa Qaramanlı oldu. O. Fikirlərini belə açıqladı: - Heç şübhəsiz ki, əsgərlərimizlə keçirilən belə görüşlərin əhəmiyyəti çox böyükdür. Belə təmaslar əsgərlərimizə mənəvi dəstəkdir. Mən özüm uzun müddət Azərbaycanın Milli Ordusunda xidmət etmişəm.Ordu quruculuğu işində yaxından iştirak etmişəm. O əsgərlərə öz övladım kimi baxmışam. Bu gün çox şad oldum ki, Azərbaycan Milli Ordusu belə güclənib, əsgərlərimizdə yüksək ruh yüksəkliyi var, peşəkarlıq artıb. Bütün bunlar ehtiyatda olan zabit kimi məni çox sevindirir. Mənim qənaətim belədir ki, ictimaiyyət nümayəndələrinin hərbi hissələrdə görüşləri hər zaman davam etməlidir. Bu günlərdə bir qrup QHT və media təmsilçisi ön cəbhədə hərbi hissədə olub. Bu görüşlərdə Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin İcraçı direktoru “Ana Harayı” qəzetinin baş redaktoru Şamil Sabiroğlu Fact-info.az saytına həmin görüşlərlə bağlı müsahibə verib.

-Şamil müəllim, siz mütəmadi olaraq cəbhə bölgələrində olursunuz. Bu yaxınlarda növbəti belə görüşdən qayıtməsınız. Bu barədə oxucularımıza məlumat verərdiniz? - Azərbaycan Silahlı Qüvvələri xalqımızın ümid yerdir.2015-ci il martın 3-də növbəti dəfə ön cəbhədə, zabit, gizir və əsgərlərlə görüş zamanı hissə və taborlarda maddi-texniki təminatın çox yüksək səviyyədə olduğunu gördüm,qürur duydum. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi, Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur. Bu da Milli Ordumuzun həqiqətən güclü, təminatlı olmasına şərtləndirir. Oradakı görüşlərimizdə 1992-1993-cü illərdə Tərtər-Ağdərə istiqamətində çox ağır döyüşlər aparıldığı zaman bu hərbi hissənin yaradıldığını nəzərə çatdırıldı. Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi 1 dəq.sükutla yad edildi. Əsgərlərimizlə çox çoşqulu görüşlərimiz davam etdi.

- Hansı QHT təmsilçiləri görüşlərdə iştirak edirdilər? -Onu qeyd edim ki, bu görüşlərdə “Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov bu hərbi hissənin keçdiyi şərəfli döyüş yolundan danışdı. “Qürur” Şəhid Ailələri Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycanın Milli Qəhrəmanı,şəhid soydaşımız Səfiyar Behbudovun bacısı Naibə Behbudova 1991-92-ci illərdə qardaşının da könüllü olaraq Tərtər-Ağdərə-Ağdam bölgələrində erməni terrorçularına qarşı savaşda iştirak etdiyini diqqətə çatdırdı.”Sosial Rifah və Tədqiqatlar”ictimai birliyinin sədri, fact-info.az saytının rəhbəri Əkrəm Bəydəmirli, Xocalı şəhər 2 saylı məcburi köçkün tam orta məktəbinin direktoru, Şəhid Milli Qəhrəmanımız Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, ömrünün 27 ilini sərhədçi peşəsinə sərf etmiş Mustafa Qaramanlı, “Qafqazpress.az”İnformasiya Agentliyinin baş direktoru, “Azərbaycan uğrunda” qəzetinin baş redaktoru, şair-publisist Xatirə Rəhimli, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin şöbə müdiri, şair Dilbər Sultanova, “Baku news.Tv” İnternet Televiziyasının redaktoru Vüsalə Nəciyeva hərbi hissənin ad gününü zabit və əsgərlərlə keçirməkdən hədsiz məmnun olduqlarını qeyd etdilər. Həmçinin əsgərlərimizlə görüşlərdə şairə Xatirə Rəhimli və Dilbər Sultan qələmə aldıqları poeziya nümunələrini söylədilər. Tərtər rayon Uşaq Musiqi məktəbinin kollektivi və aşıq Azər Göyçəli (Mustafayev) maraqlı ədəbi-bədii kompozisiya ilə hərbi hissənin şəxsi heyəti qarşısında çıxış etdilər. -Həmçinin bu səfər çərçivəsində şəhid Milli Qəhrəmanın məzarı ziyarət olunub. Bu barədə, həmin Milli Qəhrəmanımız haqqında nə deyə bilərsiniz?

- Azərbaycanın Milli Qəhrəmanı Füzuli Salah oğlu Rüstəmov çox şərəfli döyüş yolu keçib. Xocalı şəhidi, ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən Füzuli Salah oğlu Rüstəmovun məzarını ziyarət etdik. Milli Qəhrəmanımızın məzarı önündə İxlas,fatihə surələri oxundu. Orada tanınmış QHT rəhbərləri ilə bərbər N saylı hərbi hissənin zabiti Vüqar Əhmədov və başqları Vətənimizin azadlığı,ərazi bütövlüyünün bərpası naminə əziz canlarından keçən oğulları unutmağa, kimsənin haqqının olmadığını qeyd etdilər. Füzuli Rüstəmovun bacısı, Xocalı şəhər 2 saylı məcburi köçkün tam orta məktəbinin direktoru Fiqurə xanım Rüstəmova yeganə qardaşının xatirəsini əziz tutan hər bir kəsə təşəkkürünü bildirdi. Şəhid Milli Qəhrəman F.Rüstəmovun məzarı önünə tər gül dəstələri düzüldü. Füzuli qorxu bilməz dəliqanlı bir gənc idi. 1992-ci il fevralın 26-da məlum Xocalı soyqırımı zamanı 300-dək dinc sakini xilas edərək qəhrəmancasına həlak olub. Bu cür qeyrətli oğulları unutmağa haqqımız yoxdur!




Baxış sayı: 4 407
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30