FACT-INFO.AZ » AKTUAL » 28 aprel işğalının Azərbaycana gətirdiyi təlatümlər
28-04-2025, 15:30 | AKTUAL
28 aprel işğalının Azərbaycana gətirdiyi təlatümlər
Uzun illər 28 apreli, sosializmi bəlağətli ifadələrlə beynimizə doldurmuşdular. Həqiqət təhrif olunaraq saxta tarixşünaslıq yaradılmışdı. Qənaətimcə, 28 aprel 1920-ci il işğalını və bu təcavüzün acı nəticələrini heç zaman unutmamalıyıq.
Totalitar sovet rejimi dövründə ən böyük zərbəni xalqın intellektual mülkiyyət sahibləri aldı. Həmin dövr ərzində minlərlə Azərbaycan ziyalısı Sibirə, Qazaxıstana və digər yerlərə sürgünə göndərilib. Əslində, Azərbaycan cəmiyyətinin ağıllı, elmli, istedadlı, əməksevər, mənəviyyatlı təbəqəsinin çox böyük hissəsi məhv edildi. Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir.
Həmin totalitar rejim dövründə cəza aparatının üzvlərinin xeyli hissəsi ermənilər idi. Onların hədəfləri Azərbaycanın tanınmış simalarını sıradan çıxarmaq, millətin intellektual mülkiyyətini məhv etmək olub.
1937-ci ilin bədii təsvirinin sözlə rəsmini çəkən tədqiqatçı alim Məcid Katibli yazırdı: “1937-ci il idi. Hər gün ağlasığmaz hadisələr baş verir, dəhşətli xəbərlər yayılırdı. Adamların qəlbində daş kimi nisgil asılmışdı. Onlar bir-biriləri ilə görüşüb danışmaqdan, hətta salamlaşmaqdan çəkinir, gözə görünməməyə çalışırdılar. Elə gün olmazdı ki, kiminsə qohumu, kiminsə dostu “xalq düşməni” elan olunmasın”.
Biz öz növbəmizdə, QHT-media təmsilçisi olaraq repressiya tarixini son bir neçə ildə tədqiqatını aparıb “Sükuta dalmış həqiqətlər: Azərbaycanın intellektual mülkiyyətinə vurulan zərbə” adlı kitabın birinci hissəsini çap etdirmişik. Bu istiqamətdə araşdırmalarımız davam edir.
Bu gün məni düşündürən odur ki, bir millət bu qədər itkilər verəndən sonra yenidən həmin itirilmiş intellektual potensialı bərpa edə bildimi? Bu sualla da birmənalı cavab tapmaq olmur.
Amma, lakin o bəllidir ki, illər keçib, nəsillər dəyişsə də hər bir xalqın, millətin itkilərinin fəsadları hiss olunur. Qeyd edək ki, 30 ildən artıq davam edən repressiya nəticəsində Azərbaycanda öldürülənlərin sayının təxmini olaraq 70-120 min nəfər arasında dəyişdiyi ehtimal olunur. Bu rəqəmlərin artıb azalması mümkündür.
Əkrəm Bəydəmirli
Baxış sayı: 325
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər
Bu gün, 16:00
Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar
Bu gün, 14:30
"Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb
Bu gün, 10:00
Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub
Bu gün, 09:30
Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib
Bu gün, 09:30
Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib
Bu gün, 08:30
Əxlaqın ağırlığı
Dünən, 21:00
Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb
Dünən, 12:00
Zəfərin işığında ucalan ömür
Dünən, 11:30
Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb
Dünən, 11:00
Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün
9-11-2026, 19:30
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub
9-11-2026, 10:30
Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır
9-11-2026, 10:00
Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb
9-11-2026, 10:00
Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib
9-11-2026, 10:00
Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir
8-11-2026, 10:30
Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm
8-11-2026, 10:00
Azərbaycan Zəfər Gününü qeyd edir
8-11-2026, 10:00
"Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik
7-11-2026, 16:00
44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki
7-11-2026, 15:30
Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb
7-11-2026, 11:30
Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub
7-11-2026, 11:30
Müstəqilliyimiz qədər dəyərli olan əmanət
7-11-2026, 11:30
Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq
6-11-2026, 19:30
“Zəfər Salnaməsi” adlı tədbir keçirilib
6-11-2026, 18:00
Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi
6-11-2026, 18:00
Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər
6-11-2026, 14:30
Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır
6-11-2026, 14:00
Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir
6-11-2026, 12:30
Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub
6-11-2026, 12:30
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
