FACT-INFO.AZ » AKTUAL » Fərəh Mədətli: “Yeniliklərə çox həssaslıqla yanaşırıq”
19-04-2024, 11:00 | AKTUAL
Fərəh Mədətli: “Yeniliklərə çox həssaslıqla yanaşırıq”

Fact-info.az-ın bugünkü qonağı Azərbaycan Tibb Universitetinin Əczaçılıq fakültəsinin dekanı,  Əczaçılıq Texnologiyası və İdarəçiliyi kafedrasının dosenti, Əczaçılıq üzrə fəlsəfə doktoru Fərəh Mədətlidir. Fərəh xanım Azərbaycanda əczaçılıq təhsili və digər məqamlarla bağlı fikirlərini bildirib.

 -Əczaçılıq sahəsinin inkişafı üçün peşəkar tibb təhsili vacib amildir. Ümumiyyətlə, əczaçılıq təhsilinin real durumunu necə dəyərləndirirsiniz?

 -Bildiyiniz kimi Azərbaycanda əczaçılıq təhsilinin bünövrəsi 1938-ci ildə qoyulub. Görkəmli dövlət və elm xadimi, professor Əziz Əliyevin təşkilatçılığı ilə Azərbaycanda yaradılan Əczaçılıq İnstitutu 3 il fəaliyyət göstərdi, ilk ali təhsilli əczaçılar formalaşdırdı. 1941-ci ildə II Dünya müharibəsi başlaması və əməkdaşların əksəriyyətinin cəbhəyə cəlb olunması ilə əlaqədar həmin institut bağlandı. Əczaçılıq Institutu əczaçılıq fakültəsi kimi Azərbaycan Tibb İnstitutunun tərkibinə daxil edildi. Bu dövr ərzində bizim fakültə ali təhsilli əczaçı kadrlar yetişdirdi. Bu gün demək olar ki, hər bir tibb ocağında  ali əczaçılıq təhsili almış əczaçı kadrlarımız çalışır. Ötən əsrin 90-cı illərində bir çox sahələrdə olduğu kimi təhsilimizdə də müəyyən durğunluq dövrü olmuşdur. Sonra bu proses öz istiqamətlərini müəyyən etmişdi. Hazırda bizim əczaçılıq sahəsinin inkişafı, peşəkar tibb təhsil vermək üçün tələbələrin istehsalatda təcrübə keçməsi zəruridir. Ümumiyyətlə, dərman istehsal edən zavodların sayı çox olmalıdır. Bizdə bu sahədə proses surətlə formalaşır. Bu vaxta qədər bitki mənşəli əczaçılıq məhsulları istehsal edən müəssisələr olub.  Dövlət proqramında nəzərdə tutulduğu kimi, bundan sonra müxtəlif növ dərman vasitələrinin istehsalı ilə məşğul olan müəssisələrin açılacağına ümid edirik.  Bu da tələbələrimizin praktik təcrübəsinin artmasına təkan verəcək.

 -Hazırda dünya təhsil sisteminə inteqrasiyadan kənar qalmaq mümkünsüzdür. Sizin rəhbərlik etdiyiniz fakültədə xarici əlaqələrinizi necə qurursunuz?

 -Gerçəkdən bütün sahələrdə belədir ki, dünyada gedən yenilikləri öyrənmədən, öz fəaliyyət  sahəsində tətbiq etmədən inkişaf ola bilməz. Bu baxımdan biz dünyada əczaçılıq sahəsində baş verən yeniliklərə çox həssaslıqla yanaşırıq, öyrənirik. Onu deyim ki, Tibb Universiteti Bolonya sisteminə keçib. Müasir təhsildə bilik və bacarıqların qiymətləndirilməsi həmin sistemlə aparılır. Bu yeniliklərin tətbiqi ciddi dəyişiklərə təkan verib. Bundan əlavə dünyanın xeyli sayda universitetləri ilə əməkdaşlıq memorandumu imzalamışıq. Xüsusulə, Türkiyənin çox tanınmış universitetləri ilə sıx əməkdaşlıq edirik. Həmçinin Çinin, Macarıstanın, Rusiyanın, Fransanın və digər ölkələrin ali təhsil ocaqları ilə əməkdaşlıq memorandumları çərçivəsində təcrübə mübadiləsi aparırıq. Fakültəmizin tələbələri, doktorantları adı çəkilən ölkələrin təhsil ocaqlarında təcrübə keçirlər. Belə əlaqələri genişləndirmək hədəflərimiz sırasındadır. Onu qeyd edim ki, Əczaçılıq fakültəsində müxtəlif dövlətlərdən olan (Türkiyə, İran, İraq, Sudan, Misir, Suriya, Zimbabve, Kamerun və s.) tələbələri təhsil alır, onlar üçün yeni qruplar yaradılmış və dərslər ingilis dilində aparılır.

 -Hansı ölkələrin təcrübəsini, innovativ yeniliklərini tətbiq etməyə önəm verirsiniz?

-Biz hər zaman yeniliklərə, xarici təcrübəni öyrənməyə önəm veririk. Əməkdaşlıq etdiyimiz əczaçılıq təhsil ocaqları ilə təcrübə mübadiləsini, elmi əlaqələrimizi genişləndiririk. Çox innovativ təcrübəni öyrənmək, bölüşmək bizim fəaliyyətimizin effektivliyini artırır. Qeyd etdiyim ölkələrin, xüsusilə, qardaş Türkiyənin təhsil ocaqları ilə əməkdaşlığı genişləndiririk. Hətta Türkiyənin bir sıra  universitetlərinin təcrübəsini platforma kimi qəbul etmişik. Həmin  tibb ocaqları ilə  təcrübə mübadiləsi aparırıq. Əczaçılıq elə bir sahədir ki, hər zaman inkişafda olur. Biz bu, əməkdaşlıq nəticəsində innovativ yeniliklərlə tanış oluruq. Fakültəmizin tələbələri ilə bərabər müəllimlərimiz də xarici təcrübəni öyrənməyə böyük maraq göstəririlər.  

 -Milli əczaçı kadrların yetişməsi üçün təhsil verməklə bərabər elmi tədqiqatların aparılması zərurət təşkil edir. Təhsil və elmi tədqiqatlarla bağlı nə deyə bilərsiniz?

 - Elmi tədqiqatlar olmadan peşəkar təhsil ola bilməz. Mükəmməl əczaçılığın tədrisi müasir elmi-əsaslı işlərin yerinə yetirilməsinə kömək edir. Bu baxımdan bizim kafedralarımızda elmi tədqiqat işlərinin aparılmasına və praktikada tətbiq olunmasına hər zaman diqqət yetirilir. Bizim alimlərimizin elmi tədqiqatları, əsaslandırılmış təklifləri aktuallığına, praktik əhəmiyyətinə görə, dünyada nüfüzlu elmi araşdırma mərkəzlərinin diqqətini cəlb edir. Onu qeyd edim ki,  gənc alimlərimiz, doktorantlarımızın bu sahədə fəaliyyəti xeyli  genişlənib.

 -Azərbaycan məlum məsələdir ki, dünyada çox zəngin coğrafi şəraiti və bitki örtüyü olan ölkələrdən biridir. Ümumiyyətlə, ölkəmizin bu zəngin resurslarından istifadə etməklə  əczaçılıqda əhəmiyyətli dönüş yaratmaq mümkün ola bilərmi?

 -Azərbaycan Respublikası əczaçılıq sənayesinin və əlaqədar sahələrin mövcud vəziyyəti təhlil olunmuş, böhran vəziyyətindən çıxış yolları və inkişafı üçün elmi cəhətdən əsaslandırılmış «Dərman vasitələri haqqında» Qanunun müddəalarına müvafiq təkliflər işlənib hazırlanmışdır. Əczaçılıq sektorunun inkişafı strateji, sosial və iqtisadi əhəmiyyət kəsb edir. Ona görə, dövlətimizin ən mühüm prioritetləridən biri də ölkəmizdə əczaçılıq sektorunun strateji inkişafına aid siyasətini uğurla həll etməkdən ibarətdir.

Müasir dövrümüzdə Azərbaycanın uğurlu inkişafı təmin olunur. Sahənin mütəxəssisləri qarşısında duran bütün əsas vəzifələr uğurla icra edilir. “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında qeyri-neft sektorunun inkişafı əsas prioritet məqsəd kimi qarşıya qoyulub. Bu baxımdan əczaçılıq sektorunun dayanıqlı inkişafına çox ciddi önəm verilməlidir: əczaçılıqda təhsilin, elmin inkişafı, dərmanların satışı və əczaçılıq sənayelərinin yaradılması vahid bir proqram kimi bütün əczaçıların qarşısına dayanıb.

 -Dünyada əczaçılıq sahəsi iqtisadiyyatda yetərincə gəlir gətirən sahələrdən biridir. Bütün inkişaf tendensiyalarını nəzərə alaraq bu mexanizmi Azərbaycanda tətbiq etmək olarmı?

 -Əczaçılıq sektorunun inkişafı strateji, sosial və iqtisadi əhəmiyyət kəsb edir. Ona görə, dövlətimizin ən mühüm prioritetlərindən biri də ölkəmizdə əczaçılıq sektorunun strateji inkişafına nail olmaqdır. Azərbaycan çox zəngin resurslara malik ölkədir. Əlverişli iqlim şəraiti, zəngin bitki örtüyü və digər faktorlar əczaçılığın inkişafını şərtləndirir. Həmçinin əczaçılıq sahəsində peşəkar kadrların yetişdirilməsi, maddi-texniki bazanın yetərli şəkildə təminatı bu sahədə əhəmiyyətli dəyişikliklərə təkan verəcək.

  Fact-info.az




Baxış sayı: 1 170
“Azərbaycançılıq ideologiyası: milli kimlik, dövlətçilik və dövlət-xalq birliyi” Bu gün, 14:30 Bu jurnal Xaqani Şirvaninin 900 illik yubileyinə həsr olunub Bu gün, 09:30 BDYPİ yol hərəkəti iştirakçılarına müraciət edib Bu gün, 09:30 ABŞ-də aralıq seçkilərində Demokratlar Senatda səs çoxluğunu qazanıb Bu gün, 09:30 Con Spenser: Prezident İlham Əliyevin qətiyyətli rəhbərliyi Vətən müharibəsində Qələbəni təmin edən əsas amillərdən biri oldu Bu gün, 09:00 Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib Dünən, 19:30 Azərbaycan üzərindən daşınan Qazaxıstan neftinin həcminin artırılması müzakirə olunub Dünən, 18:00 Azərbaycanın hərbi pilotları təlim-məşq uçuşları icra edib Dünən, 16:30 Sovet repressiyasının əhatə dairəsi Dünən, 14:00 Səbinə Əliyeva yenidən Azərbaycanın ombudsmanı seçilib Dünən, 13:30 Hitotsubaşi Universitetinin professoru: Azərbaycan Yaponiya üçün mühüm tərəfdaşdır Dünən, 12:00 “Onların Mehdisi, bizim Mixaylomuz” sənədli filminin premyerası keçirilib Dünən, 10:30 Macarıstanda kommunist dövrünün xüsusi xidmət sənədləri açıqlanacaq Dünən, 09:30 ABŞ Ukrayna və Rusiya arasında növbəti üçtərəfli görüşə vasitəçilik edəcək Dünən, 09:30 Bu ərazilərdə son aylarda 5 yeni körpü tikilərək istifadəyə verilib Dünən, 09:30 Mənim içimdəki oxunmamış kitab 2-11-2026, 18:30 Media və Yayım Şurasının təşəbbüsü ilə "Rəqəmsal Media Ayı" başlayıb 2-11-2026, 18:00 Britaniyada supermarketlərə kiberhücum təhlükəsi ilə bağlı xəbərdarlıq edilib 2-11-2026, 17:30 Ərdoğan Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik edib 2-11-2026, 16:30 Media and Broadcasting Council urges media to cite official sources in reports on President 2-11-2026, 16:30 İKTA regionlar üzrə internet sürətini açıqlayıb 2-11-2026, 11:00 Milli Müdafiə Universiteti ilə ABŞ-ın hərbi təhsil müəssisələri arasında əməkdaşlıq genişləndirilir 2-11-2026, 10:30 Azərbaycanda "Rəqəmsal Media Ayı" keçiriləcək 2-11-2026, 09:30 “Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri 2-11-2026, 09:00 Əraqçi: İran ABŞ-nin diplomatiyaya üstünlük verəcəyinə ümid edir 2-11-2026, 08:30 Media və Yayım Şurası hadisə yerində jurnalistlərə qarşı zorakılıq hallarını qınayıb 1-11-2026, 15:30 “Füyuzat” jurnalı – 120” adlı kitab sərgisi təqdim olunub 1-11-2026, 13:30 “Mənim Abşeronum: Üstə gəl” sərgisi 31-10-2026, 12:30 Qubadlıda ilk su elektrik stansiyası tikilir 31-10-2026, 12:00 Milli ideya insanları yalnız keçmişlə fəxr etməyə deyil, həm də gələcək üçün çalışmağa ruhlandırır 31-10-2026, 12:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30