Azərbaycan və Ermənistan hərbi qulluqçuların qarşılıqlı şəkildə dəyişdirilməsi prosesi iki dövlət arasında çərçivə sazişinin yaxın zamanda imzalanması ehtimalını daha da gücləndirir.
Dekabrın 7-də Bakı və İrəvan tərəfindən açıqlanan birgə bəyanatın ikitərəfli danışıqlar nəticəsində ərsəyə gəlməsi sülh prosesində hazırda yaranan dinamikanın məğzində dayanan əsas məqamdır. Hərbi qulluqçuların “hamı-hamıya qarşı” (all for all) prinsipi əsasında realizəsi və Qarabağda vaxtilə mövcud olmuş separatçı xunta rəhbərliyinin bu anlaşmadan kənarda qalması önəmlidir. Əldə edilmiş razılaşma "qarşılıqlılıq" prinsipinin təzahürüdür.
Fact-info.az-ın məlumatına görə, bu sözləri AZƏRTAC-a açıqlamasında hüquqşünas və siyasi analitik Orxan Amaşov söyləyib.
O xatırladıb ki, iki azərbaycanlı hərbi qulluqçu bu ilin aprel ayında məhdud görmə səbəbindən Azərbaycan-Ermənistan sərhədini keçmişdi. Tərəflər arasında Brüssel və digər platformalarda əldə olunan razılıqlara əsasən, bu cür şəxslərin tez bir zamanda təhvil verilməsi nəzərdə tutulurdu. Lakin Ermənistan bu razılığa əməl etmədi.
Orxan Amaşovun sözlərinə görə, eyni hal azad edilən 32 erməniəsilli hərbi qulluqçuya aid edilə bilməz. Onlardan 26-sı 2020-ci ilin dekabrında 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Hadrutda Azərbaycan tərəfindən həyata keçirilən antiterror tədbirləri nəticəsində həbs edilmişdi. 6-sı isə müxtəlif zamanlarda Azərbaycan-Ermənistan şərti sərhədi və "Laçın" dövlət sərhədindən buraxılış məntəqəsində saxlanılan şəxslər idi.
Baxış sayı: 70
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia
Azerbaijan’s historical and cultural heritage presented to American students in Washington
