FACT-INFO.AZ » CƏMİYYƏT » “Qafqaz Albaniyasını öyrənirik”
18-10-2016, 08:35 | CƏMİYYƏT
“Qafqaz Albaniyasını öyrənirik”

Azərbaycan tarixinin qədim və erkən dövrlərini əhatə edən Qafqaz Albaniyası ölkə ictimaiyyətinin diqqət mərkəzindədir. 
Politeist və monoteist konfessiyaları yaşayan Qafqaz Albaniyası Azərbaycan tarixçiləri və arxeoloqları tərəfindən diqqətlə öyrənilir, tariximizin açılmamış səhifələri araşdırılır. 
Alim-tədqiqatçıların əldə etdikləri elmi nəticələri tələbələrin və ölkə ictimaiyyətinin diqqətinə çatdırmaq məqsədi ilə 14-16 oktyabr 2016-cı il tarixlərində Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı əsasında respublikanın bir qrup alim və tələbələrinin iştirakı ilə “Qafqaz Albaniyasını öyrənirik” layihəsi çərçivəsində Şəmkir və Ağstafa rayonlarına səfər təşkil ediblər.

Oktyabrın 14-də səfər iştirakçıları Gəncədə Nizami məqbərəsini və Cavadxanın məzarını ziyarət edib, Azərbaycan tarixinin alman səhisəfələrinin izlərindən olan, Şəmkir şəhərində yerləşən Kirxaya gedib, daha sonra rayonun Heydər Əliyev Mərkəzində “Azərbaycan multikulturalizmi” proqramı çərçivəsində dəyirmi masa təşkil olunub, Multikulturalizm Mərkəzinin analitika şöbəsinin müdiri, fəlsəfə doktoru Rəşad İlyasov Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının və 2016-cı il 1 saylı “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı ilə bağlı çıxış edib. Tədbirdə Şəmkir Rayon İcra Hakimiyyəti başçısının müavini Məleykə Əlizadə qonaqları salamlayaraq, onları rayonda olan Alban abidələri ilə bağlı məlumatlandırıb. Bilik Fondunun sektor müdiri Hacı Abdullanın moderatorluğu ilə keçirilən “dəyirmi masa”da AMEA-nın alimləri Mübariz Xəlilov, İmaş Hacıyev və Ülviyyə Hacıyeva Azərbaycan multikulturalizminin qədim laylarından olan alban abidələri haqda apardıqları araşdırmalar barədə məlumat veriblər. Dəyirmi masada AMEA-nın alimləri – arxeoloqları, sənətşünasları, tarixçiləri Azərbaycan multikulturalizminin qədim laylarından olan alban abidələri haqda apardıqları araşdırmalar əsasında tədbir iştirakçılarına maraqlı məlumatlar verib, tarix elmləri doktoru Tarix Dostiyev qədim Şəmkir şəhəri haqqında məruzə ilə çıxış edib.

Səfərin ikinci günündə səfər iştirakçıları yerli ictimaiyyət nümayəndələri ilə birgə Azərbaycan Respublikası Şəmkir rayonunun Muxtariyyə kəndinin şimalında Şəmkirçayın sol sahilində yerləşən, Qafqaz Albaniyasının qədim şəhərlərindən olan Şəmkir şəhərinin xarabalıqlarını ziyarət ediblər. Səyahət zamanı bələdçi tarix elmləri doktoru Tarix Dostiyev tur iştirakçılarının diqqətinə çatdırıb ki, Şəmkir orta əsrlərdə Arran memarlıq məktəbinin mühüm mərkəzlərindən biri olub, Ərəb yürüşləri dövründə, yəni VII əsrin ortalarında özünün yüksəliş dövrünü yaşayıb, IX əsrin ikinci yarısı – X əsrdə bu şəhər mühüm sənətkarlıq və ticarət mərkəzinə çevrilib, XI-XII əsrlərdə çiçəklənmə çağını yaşayıb. Şəmkir şəhərinin inkişaf ahəngini monqol işğalı pozub, 1236-ci ildə şəhəri ələ keçirən müdaxiləçilər onu xarabazara çeviriblər.

Şəmkir şəhərinin xarabalıqlarının ziyarətindən sonra tur iştirakçıları Ağstafa rayonuna yollanıb, Ağstafa şəhərindəki Yazıçılar Evində R.İlyasovun moderatorluğu ilə keçirilən “dəyirmi masa”da Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə dövlət müşaviri Kamal Abdullayevin təşəbbüsü və redaktorluğu ilə nəşr olunan “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabının və 2016-cı il 1 saylı “Multikulturalizm” ədəbi-bədii, elmi-publisistik jurnalının təqdimatı olub. Tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin məsul işçisi Əziz Məsmalıyev qonaqları salamlayaraq, onları rayonda olan alban abidələri ilə bağlı məlumatlandırıb. Dəyirmi masada "Keşikçidağ" mağara-məbədlər kompleksi haqqında sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev, tarix üzrə fəlsəfə doktoru Anar Ağalar-zadə maraqlı məruzələrlə ilə çıxış ediblər. AMEA-nın alimi Mübariz Xəlilov isə alban abidələri haqda apardıqları araşdırmalar barədə məlumat verib.

Səfərin üçüncü günündə elmi turun iştirakçıları Azərbaycanın maddi-mədəni irsi - Qafqaz Albaniyasının abidələrinin qiymətli nümunələrindən olan Ağstafa rayonunun Böyük-Kəsik kəndindən 28 kilometr aralıda yerləşən, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2563 saylı 19 dekabr, 2007-ci il sərəncamı ilə “Keşikçidağ” Dövlət Tarix-Mədəniyyət Qoruğu elan edilən abidəyə yollanıblar. Qoruğa səyahət sənətşünaslıq üzrə fəlsəfə doktoru İmaş Hacıyev, tarix üzrə fəlsəfə doktoru Anar Ağalarzadə, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun direktoru Musa Mursaqulovun bələdçiliyi ilə keçib, Azərbaycan Respublikasınıın ali məktəblərində təhsil alan bir qrup tələbə və professor-müəllim heyəti erkən orta əsrlər dövrünə aid olan alban abidəsi ilə tanış olublar. Qoruğun ərazisində yerləşən70-dək mağara, ilkin orta əsrlərə aid bir qala, bir məbəd və bir inanc yerinin olması səfər iştirakçılarının diqqətinə çatdırıb və qoruğun ərazisində hündür yüksəkliklərdən biri olan ölkə Prezidentinin şərəfinə

adlandırılan "İlham Əliyev adına zirvə" tur iştirakçılarına göstərilib. Bələdçilər Azərbaycan tarixinin həqiqətlərini səfər iştirakçılarının diqqətinə çatdıraraq bildiriblər ki, buradakı təbii mağaraların yaşı 2 min ili keçir və Azərbaycan multikulturalizminin ilkin qatlaırını təşkil edir. Belə ki, bu məkan xalqımızın ulu əcdadlarının xristianlığa qədərki inancları ilə bağlı olub, bütpərəst əhali - aya, günəşə tapınanlar dini baxışlarını hifz etmək üçün bu dağlara çəkilib həyat sürüblər. Daha sonra atəşpərəstlər dini etiqadlarını davam etdirmək üçün qayalarda çapıb düzəltdikləri mağara-sığınacaqlarda yaşayıblar. Eramızın I-II əsrlərindən başlayaraq, Azərbaycan multikulturalizminin ilkin qaynaqlarını mühafizə edən bu məkana Qüdsdən xristian missionerlər gəlib, Qafqaz Albaniyasında xristianlığı təbliğ ediblər. 313-cü ildə çar Urnayr Qafqaz Albaniyasında xristianlığı rəsmi dövlət dini elan etdikdən sonra memarlıq məziyyətləri ilə diqqəti cəlb edən Alban Apostol kilsəsinin məbədlərinin inşasına başlanmışdı. Bələdçilər onu da diqqətə çatdırıblar ki, VII əsrin ortalarından başlayaraq, Qafqaz Albaniyasında İslam dininin yayılması ilə əlaqədar xristianlıqdan imtina etməyən albanlar sıldırım qayalıqlarda yerləşən qala tipli tikilini inşa ediblər.

 Bu elmi səyahət çərçivəsində Qafqaz Albaniyasının sirli dünyasının öyrənilməmiş səhifələrini, respublika alimlərinin apardıqları araşdırmaları ölkə ictimaiyyətinin diqqətinə çatdıran Multikulturalizm Mərkəzi və Bilik Fondu Azərbaycan tarixinin öyrənilməsində ciddi addımlar atıblar. Bu addımların yüksələn xətlə getməsi üçün təhsil və elm ocaqları tariximiz üçün önəmli olan bu işə qoşulmalıdırlar.

Bilik Fondunun mətbuat xidməti




Baxış sayı: 1 935
Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq Dünən, 20:30 Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub Dünən, 18:30 Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib Dünən, 18:00 President Ilham Aliyev's social media accounts shared post on ADEX 2026 exhibition Dünən, 17:30 Abşeron Sağlamlıq Mərkəzi: ”Bir ünvan... Bir hiss... Min xatirə...” Dünən, 12:00 Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur Dünən, 12:00 Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir Dünən, 10:00 “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti Dünən, 10:00 Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb Dünən, 09:30 Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb Dünən, 08:00 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 29-09-2026, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir 29-09-2026, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır 29-09-2026, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See 29-09-2026, 16:30 Vətən və Qərbi Azərbaycan 29-09-2026, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı 29-09-2026, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub 29-09-2026, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər 29-09-2026, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb 29-09-2026, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi 29-09-2026, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30 Polşa öz ərazisində “Patriot” istehsalı zavodunun tikintisini təklif edib 28-09-2026, 09:30 Türkiyə Prezidenti: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq 28-09-2026, 08:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031