BMT-nin Azərbaycan nümayəndəliyindən AZƏRTAC-a bildiriblər ki, BMTİP rezident nümayəndəsi Qulam İshaqzai hökumətlə əməkdaşlığın qarşıdakı beş il ərzində gücləndirilməsində Milli Strategiyanın rolunu vurğulayaraq deyib: “Milli Strategiya bu sahədə islahatların aparılmasına təkan verməklə yanaşı, bioloji müxtəliflik və ətraf mühitin mühafizəsi üzrə proqram fəaliyyətlərində BMTİP ilə hökumət arasında əməkdaşlığın artırılmasına müsbət təsir göstərəcək. BMTİP bioloji müxtəliflik, həmçinin ekosistemin idarə edilməsində Qlobal Ekologiya Fondu, o cümlədən Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığını davam etdirəcək”.
Bioloji müxtəliflik üzrə birinci Milli Strategiya və Fəaliyyət Planı həyata keçirildikdən sonra Azərbaycanda qorunan ərazilərin sahəsi 5 faizdən 11,3 faizə, meşə örtüyü sahəsi isə 11,4 faizdən 12,1 faizə qədər artıb. Azərbaycanda artıq səkkiz milli park təsis olunub və hazırda iki milli park yaradılır.
Azərbaycan hökuməti ikinci Milli Strategiyanı BMTİP ilə sıx tərəfdaşlıq çərçivəsində iki il müddətində hazırlayıb. Strategiyanın əsas məqsədi genetik resursların səmərəli istifadəsi, bioloji müxtəlifliyin müdafiəsi, ekoloji dayanıqlılığın təkmilləşdirilməsi, xüsusi mühafizə olunan ərazilərin yaradılması, bioloji müxtəlifliyə təsir edəcək risklərin azaldılması və bu sahədə cəmiyyətin maarifləndirilməsidir.
Təsdiq edilmiş Milli Strategiya Bioloji Müxtəliflik üzrə Konvensiya ilə sıx bağlıdır. Bu Konvensiya dünya ictimaiyyətinin dayanıqlı inkişafa olan öhdəliyi nəticəsində hazırlanıb və 1993-cü il iyunun 4-də 168 üzv ölkənin imzası ilə qəbul edilib. Azərbaycan Konvensiyaya 2000-ci ilin martında qoşulub.
Baxış sayı: 1 804
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

