FACT-INFO.AZ » AKTUAL » Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional təhlükəsizliyin mühüm platformasıdır
15-08-2016, 09:10 | AKTUAL
Azərbaycan-İran-Rusiya üçtərəfli əməkdaşlığı regional təhlükəsizliyin mühüm platformasıdır

Azərbaycanın təşəbbüsü ilə reallaşan üçtərəfli görüşü yeni regional əməkdaşlıq formatının bariz nümunəsi kimi qiymətləndirmək olar.

Bu fikirləri Zirvə görüşünü şərh edən Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər və xarici siyasət kafedrasının dosenti, siyasi elmlər doktoru Elçin Əhmədov AZƏRTAC-a bildirib.

E.Əhmədov deyib ki, Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşündə ümumi uzunluğu 7200 kilometr olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi layihəsi danışıqların əsas mövzularından biri oldu. Bu layihə Hindistandan, İrandan, Fars körfəzi ölkələrindən Azərbaycanın, Rusiyanın ərazisinə, daha sonra Şimali və Qərbi Avropaya tranzit yüklərin daşınması üçün optimal imkanlar yaradılmasına yönəldilib.

Azərbaycan bu layihənin reallaşmasında xüsusilə maraqlıdır. Strateji baxımdan mühüm geosiyasi mövqedə, Şimaldan Cənuba və Qərbdən Şərqə - iki əsas beynəlxalq nəqliyyat dəhlizinin kəsişməsində yerləşən ölkəmiz əsrlər boyu özünəməxsus körpü rolunu oynayıb. Proqnozlara görə, tam gücü ilə fəaliyyət göstərəcəyi təqdirdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi Avropa ölkələrinin, Rusiyanın, Orta Asiya və Qafqaz regionlarının Fars körfəzi və Hindistana çıxışına, Xəzəryanı ölkələrin Qara dəniz limanları ilə ticarət əlaqələrinin intensivləşdirilməsinə şərait yaradacaq.

2000-ci il sentyabrın 12-13-də Rusiyanın təşəbbüsü ilə Sankt-Peterburqda nəqliyyat məsələlərinə dair II Beynəlxalq Avrasiya Konfransı keçirilib və burada 37 ölkədən 500-dən çox nümayəndə iştirak edib. Bu konfransda Şərqi Avropanı Yaxın Şərq və Cənubi Asiya ilə birləşdirəcək, Rusiya, Hindistan və İran tərəfindən irəli sürülən “Şimal-Cənub” nəqliyyat dəhlizinin yaradılmasına dair sənəd imzalanıb. 2005-ci il sentyabrın 20-də Azərbaycan da öz geosiyasi və geoiqtisadi maraqlarından çıxış edərək bu layihəyə qoşulmağa razılıq verib. 2016-cı il aprelin 20-də isə Azərbaycanla İran sərhədində “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində dəmir yolu körpüsünün tikintisinə start verilib. Bəhs olunan nəqliyyat-kommunikasiya dəhlizi layihəsi Hindistandan gələn yüklərin gəmi vasitəsilə Süveyş kanalından keçərək, Ümid burnunu dolanmaqla İranın Bəndər-Abbas limanına çatdırılmasını, buradan da dəmir yolu vasitəsilə Azərbaycan ərazisindən keçməklə Rusiya və digər ölkələrə ötürülməsini nəzərdə tutur.

Bakıda keçirilən Azərbaycan, İran, Rusiya prezidentlərinin üçtərəfli görüşündə Prezident İlham Əliyev yaşadığımız regionu çox mürəkkəb, risklərlə, təhdidlərlə dolu bölgə kimi xarakterizə edərək bu üçtərəfli əməkdaşlığın bölgədə sabitləşdirici amil olduğunu deyib: “Şübhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Bu üç qonşu ölkə regionda geosiyasi və coğrafi baxımdan mühüm önəmə malikdir...Əsasını qoyduğumuz bu format beynəlxalq aləmdə özünə layiq yerini tutacaq. Biz bu gün mehriban qonşuluq nümunəsini göstəririk. Biz bu gün sübut edirik ki, əgər qarşılıqlı hörmət, xoş niyyət varsa, arzularımız səmimidirsə hətta bizim qeyri-sabit, böhran və münaqişələrlə dolu olan regionumuzda ölkələrimizi risklərdən qoruya, sabitliyi möhkəmləndirə, əməkdaşlığı dərinləşdirə bilərik”.

Əməkdaşlığın bir sıra məqamlarını özündə ehtiva edən və Azərbaycan, İran, Rusiya prezidentlərinin görüşdən sonra imzaladıqları Bəyannamədə bir sıra mühüm amillər öz əksini tapıb.

Prezidentlərin imzaladıqları Bəyannamədə ilk növbədə göstərilir ki, regional və beynəlxalq məsələlər üzrə qarşılıqlı faydalı əməkdaşlığın daha da gücləndirilməsi və yüksək etimadın saxlanılmasında marağı nəzərə alaraq, bərabərlik, qarşılıqlı hörmət və bir-birinin daxili işlərinə qarışmamaq prinsipləri əsasında dövlətlərarası əlaqələrinin daha da inkişaf etdirilməsində qətiyyətli olaraq, Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalq hüququn hamılıqla tanınmış prinsip və normalarına sadiqliklərini təsdiqləyərək, regional sabitlik və təhlükəsizliyə olan çağırış və təhdidlərlə mübarizə aparılması məqsədilə qarşılıqlı fəaliyyətin vacibliyini diqqətdə saxlayaraq hər üç ölkə bərabərhüquqlu və qarşılıqlı əməkdaşlıqlarının hərtərəfli inkişafını, eləcə də qarşılıqlı maraq kəsb edən məsələlərin bütün sahələri üzrə müxtəlif səviyyələrdə siyasi dialoqu intensivləşdirməyi və genişləndirməyi davam etdirəcəklər.

Rusiya, Azərbaycan və İran sərhədlərinin bilavasitə yaxınlığında Əfqanıstan və Yaxın Şərq kimi iki iri qeyri-sabitlik ocağının olması regional təhlükəsizliyi təhdid altında qoyur. Bu qaynar regionlardan ilk növbədə narkotiklərin axınının, silah qaçaqmalçılığının, silahlıların yerdəyişməsinin artması ilə əlaqədar beynəlxalq terrorizm və transsərhəd cinayətkarlıq təhlükəsi yaranır. Bu baxımdan, qəbul edilən Bəyannamədə bu məsələlərin, xüsusilə terrorçuluq, ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, silahların, narkotik vasitələrin və onların prekursorlarının qeyri-qanuni dövriyyəsi, insan alveri və informasiya-kommunikasiya texnologiyaları sahəsində cinayətkarlıqla mübarizə aparılmasında qətiyyətli mövqenin öz əksini tapması regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, sənəddə beynəlxalq ictimaiyyəti Birləşmiş Millətlər Təşkilatının mərkəzi əlaqələndirici rolu vasitəsilə beynəlxalq sabitlik və təhlükəsizliyə olan həmin təhdidlərlə səmərəli mübarizə aparılması üçün səylərin birləşdirilməsinə çağırış da təqdirəlayiqdir.

Bununla yanaşı, sənəddə deyilir: “Tərəflər terrorçuluğu bütün forma və təzahürlərində qəti şəkildə pisləyirlər. Onlar mövcud vəziyyətin inkişafı və terrorçuluğa qarşı səmərəli mübarizə tədbirlərinin hazırlanması üzrə fikir mübadiləsi aparmaq üçün iki və üçtərəfli məsləhətləşmələrin vacibliyini və səmərəliliyini qeyd edirlər. Bu xüsusda, Tərəflər Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası və Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini, o cümlədən İran İslam Respublikasının təşəbbüsü ilə irəli sürülmüş 68/127 saylı, “Dünya zorakılığa və zorakı ekstremizmə qarşı” adlı qətnaməni vurğulayırlar”.

Bəyannamədə regiondakı münaqişələrin həlli ilə bağlı maddə də öz əksini tapıb: “Tərəflər etiraf edirlər ki, regiondakı həll olunmamış münaqişələr regional əməkdaşlığa əsas maneədir və bu xüsusda onların tezliklə beynəlxalq hüququn prinsip və normaları və bu çərçivələrdə qəbul edilmiş qərar və sənədlər əsasında danışıqlar vasitəsilə sülh yolu ilə həll olunması vacibliyini vurğulayırlar”.

Bundan əlavə, Xəzər dənizinin statusu məsələsi xüsusi qeyd edilən sənəddə hər üç ölkə Xəzər dənizini sülh, dostluq, təhlükəsizlik və əməkdaşlıq dənizi kimi nəzərdən keçirərək Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tezliklə razılaşdırılması və qəbul edilməsinin vacibliyini bildiriblər. Bu maddə Azərbaycanın, Rusiyanın və İranın Xəzərin statusunun tezliklə müəyyənləşdirilməsində daha çox maraqlı olduqlarını göstərməklə yanaşı, tərəflərin regional təhlükəsizliyin təmin olunması üçün bu faktorun ciddi rol oynadığının qəbul edilməsinin nümunəsidir. Regionun iqtisadi artımı və beynəlxalq enerji təhlükəsizliyinə töhfə vermək üçün regional və beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi məqsədilə enerji və nəqliyyat sahələrində əməkdaşlığı intensivləşdirilməsi vurğulanan Bəyannamədə tərəflər ekoloji təhlükəsiz və iqtisadi faydalı nəqliyyat infrastrukturlarının yaradılmasına yönəlmiş regional nəqliyyat-kommunikasiya imkanlarının inteqrasiya edilməsi üzrə səyləri dəstəkləyəcəklərini bildiriblər.

Xüsusilə, “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə sərnişin və yüklərin daşınmasının həyata keçirilməsində mövcud imkanların genişləndirilməsi məqsədilə nəqliyyat-kommunikasiya infrastrukturlarının inkişafı üçün səmərəli tədbirlərin görüləcəyi, eləcə də beynəlxalq nəqliyyat dəhlizinin inkişafı və səmərəliliyinin artırılması çərçivəsində dəmir yollarının birləşdirilməsi üzrə yeni layihələrin qarşılıqlı fayda əsasında həyata keçirilməsinə bundan sonra da töhfə verəcəkləri sənəddə öz əksini tapıb. Bununla əlaqədar, beynəlxalq qurumlar çərçivəsində, eləcə də ikitərəfli və üçtərəfli formatlarda əməkdaşlığın və qarşılıqlı fəaliyyətin daha da möhkəmləndiriləcəyi də Bəyannamədə vurğulanır.

Beləliklə, yeni format - Azərbaycan-İran-Rusiya regional əməkdaşlıq formatı yaranmaqdadır. Bu üçtərəfli qarşılıqlı fəaliyyətin özəyi olan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində İran və Azərbaycan dəmir yollarının birləşdirilməsi Rusiyanın və Azərbaycanın tranzit potensialından tam istifadə edilməsi üçün yeni perspektivlər açılır.

İmzalanmış Birgə Bəyannaməni çox ciddi siyasi sənəd adlandıran Azərbaycan Prezidenti İlham Əliyev Rusiya-İran-Azərbaycan üçtərəfli əməkdaşlığını bölgədə sabitləşdirici amil kimi qiymətləndirib: “Şübhəsiz ki, bu üçtərəfli görüşün keçirilməsi regionda təhlükəsizliyin möhkəmləndirilməsi, ölkələrimizin əlaqələrinin genişləndirilməsi və dərinləşdirilməsi üçün son dərəcə böyük əhəmiyyətə malikdir. Bu üç qonşu ölkə regionda geosiyasi və coğrafi baxımdan mühüm önəmə malikdir”.

 

 

 




Baxış sayı: 1 766
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031