FACT-INFO.AZ » AKTUAL » Üzündə tanrı təbəssümü, qəlbində Vətən sevgisi yaşadan şəhid Zahid Zairlinin doğum günüdür
10-05-2025, 13:00 | AKTUAL
Üzündə tanrı təbəssümü, qəlbində Vətən sevgisi yaşadan şəhid Zahid Zairlinin doğum günüdür

Vətən müharibəsində qəhrəmancasına döyüşüb şəhidlik zirvəsinə yüksələn əsgərlərimizdən biri də Zahiddir. Bu gün üzündə tanrı təbəssümü, qəlbində Vətən sevgisi yaşadan şəhid Zahid Zairlinin doğum günüdür. Zahid Azad oğlu Zairli 10 may 2000-ci ildə Yardımlı rayonunun Dəlləkli kəndində anadan olub. Dəlləkli kənd tam orta məktəbini bitirən Zahid 2015-2019-cu illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) nəzdində İnşaat Kollecində təhsil alıb. Təhsilini bitirdikdən sonra, 2019-cu ildə hərbi xidmətə gedib. Zahid əsgərlər arasında keçirilən seçim müsabiqələrini uğurla tamamlayıb və XTQ-yə seçilən 25 əsgərdən biri olub. Arzusunda olduğu snayperçi kimi təlimlərə qatılıb.

Şəhidimizin atası Azad kişi deyir ki, Zahid 2019-cu ildə hərbi xidmətə gedib. O, andiçmədən sonra Xüsusi Təyinatlılarda xidmətini davam etdirib. Aktivliyinə görə, qısa müddətdə baş snayperçi olub. Sonradan Tovuz döyüşlərində də iştirak edib. Atəşkəs olunduğu zaman yenidən təlimlərə başlayıb. Hətta gərgin təlim zamanı  evlə əlaqə saxlaması çətin olurdu. 27 sentyabrda II Qarabağ müharibəsi başladı. Döyüşlərə qatılan Zahid Murovdağ, Hadrut, Füzuli və Cəbrayılın düşməndən azad olunmasında yaxından iştirak edib.

Şəhidimizin atası onu da əlavə etdi:”Döyüş yoldaşlarının dediyinə görə, Cəbrayılda "vişka" deyilən ərazi var. Həmin məntəqə düşmənin əlində olub..   Bu vaxt Zahid postun yanındakı  təpədə mövqe tutubmuş. Zahid izlənilirdi. O, istəyirdi ki, mövqeyini dəyişsin, həmin vaxt düşmən ardı kəsilmədən əsgərlərimizə doğru atəş açıb. 8 nəfər muhasirədən çıxıb. Ordakı post alınan zaman, Zahid düşməndən açılan snayper gülləsi ilə vurulub. Evə gəlməyinə 85 gün qalmış oğlum şəhid oldu. İndi oturmuşam onun ev muzeyində. Onun 4-cü sinifdə hərbi salam verdiyi şəklinə baxıram. O, uşaqlıqdan  döyüşə, şəhidliyə hazır idi”.

Şəhidimizin döyüş yoldaşı Xaliq Şükürov  şəhidimizlə bağlı xatirələrini bölüşür: “Mən Zahiddən üç ay kiçik çağrışçıydım. O vaxt hələ müharibə başlamamışdı.  Hərbi hissədə Zahid mənə böyük qardaş kimi dəstək olurdu. O, elə bir insan idi ki, son tikəsini dostlarla, əsgər yoldaşları ilə bölüşürdü. Yüksək insani keyfiyyətləri ilə bərabər, təlimlərdə də cəngəvər kimi iştirak edirdi. Mən deyərdim o, peşəkar snayperçi idi. O, uzaq məsafəyə siqaret dənəsi qoyub onu çox dəqiqliklə vururdu. Sonradan 44 günlük müharibə başladı. Döyüşlər zamanı Zahid eyni peşəkarlığı göstərirdi. Təbii ki, Zahid Zairlinin  döyüş bacarığı hər kəsə ruh verirdi. O, hər dəfə snayperlə vuranda ucadan qışqırırdı. Biz dərhal bilirdik ki, Zahidin atəşə hədəfə dəyib, yəni düşməni məhv edib. Sonradan mən yaralandım, yaddaşımda problemlər yarandı. Məhz ona görə, zəruri döyüş anlarını  yaxşı xatırlaya bilmirəm”.

 Onu da qeyd edək ki, Şəhidimizlə bağlı maraqlı videolarla rastlaşdıq. Zahid Azad oğlunun komandiri danışır:

 - "3 gün idi, ac-susuz idik. Yarpaqların üstünə düşən şeh damcılarını içirdik. Zahidlə bərabər 6 nəfər idik. Oturub, gözləyirdik. O qədər çətinliklərə rəğmən Zahid daha da irəliyə getməyə, can atırdı və deyirdi; "Geri, dönüş yoxdur, ya irəliyə gedib, ermənilərin kökünü kəsib, qalib olacağıq, ya da Şəhid". Sərras atırdı, atdığını da vururdu və deyirdi; -"Komandir! Sən birini vursan, mən ikisini vuracam". -Cəsur və qorxmaz idi”.

Gerçəkdən şəhidlik adi ölüm deyil, Vətən, torpaq, böyük amallar uğrunda candan keçmək, özünü şüurlu şəkildə qurban vermək deməkdir. Şəhidlik verilmiş ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Onların bu fədakarlığı heç zaman unudulmayacaq.

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Prezident İlham Əliyevin müvafiq sərancamı ilə şəhid Zahid Zairli “Vətən müharibəsi iştirakçısı'”, “Cəsur döyüşçü”, "Füzulinin azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları  və "Rəşadət ordeni"ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin. ( Hazırda hazırladığımız “Qəhrəmanlıq tariximiz: nəsillərə  örnəkdir” adlı kitabdan bir parça)

Fact-info.az

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 




Baxış sayı: 360
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30