FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Əcnəbi mediada Ermənistanın Azərbaycana qarşı hərbi cinayətləri barədə yazı dərc olunub
7-12-2022, 09:40 | TƏDQİQATLAR-ANALITIKA
Əcnəbi mediada Ermənistanın Azərbaycana qarşı hərbi cinayətləri barədə yazı dərc olunub

“Report” xəbər verir ki, bu fikirlər Ukraynanın "depo.ua" portalında dərc olunmuş “Ukrayna və Azərbaycana qarşı hərbi cinayətlər” sərlövhəli yazının girişində qeyd olunub.

Məqalə Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi Şahmar Hacıyev və Ukrayna Daxili-Siyasi Araşdırmalar Mərkəzinin rəhbəri, iqtisad elmləri doktoru Vyaçeslav Potapenko tərəfindən yazılıb.

Yazıda bildirilir ki, ötən əsrdə beynəlxalq müqavilələrlə birlikdə müharibənin aparılması üçün, xüsusən də həm daxili, həm də xarici silahlı münaqişələrdə qeyri-qanuni silahların tətbiqi ilə bağlı mürəkkəb hüquqi normalar yaranıb, bu gün bu normalar “Beynəlxalq humanitar hüquq” adlanır və bu baxımdan həm Ukrayna, həm də Azərbaycan qanlı münaqişələr zamanı hərbi cinayətlərlə üzləşiblər.

“Ermənistanın 1992-1994-cü illərdən indiyədək və hətta İkinci Qarabağ Müharibəsindən sonrakı hərbi cinayətləri də müstəqil beynəlxalq hesabatlarla müəyyən edilib. Bundan əlavə, 2022-ci ilin martında BMT Ukrayna üzrə Müstəqil Beynəlxalq Araşdırma Komissiyası yaradıb və bu komissiya BMT Baş Assambleyası üçün analoji hesabat hazırlayıb. Komissiyanın 2022-ci ilin oktyabr ayı üçün olan son hesabatında qeyd olunub ki, ilkin araşdırma zamanı 2022-ci il fevralın 24-dən Ukraynada hərbi cinayətlər, insan hüquqları və beynəlxalq humanitar hüququn pozulması hallarının törədildiyi müəyyən edilib və aşkar edilmiş pozuntuların böyük əksəriyyətinə görə məsuliyyəti Rusiya Silahlı Qüvvələri daşıyır”, - yazıda göstərilib.

Məqalənin sonrakı bölümündə həm Ukrayna, həm də Azərbaycana qarşı olan hərbi cinayətlər, beynəlxalq hümanitar hüququn pozulması halları ilə bağlı faktlar göstərilib. Qeyd olunub ki, Müstəqil Beynəlxalq Araşdırma Komissiyası Rusiya Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə kütləvi edamlar, qanunsuz həbslər, işgəncələr, pis rəftar, qanunsuz deportasiya, zorlama və digər cinsi zorakılıq hallarını sənədləşdirib. “Mülki itkilərin sayı artmaqda davam edir. 2022-ci il fevralın 24-dən oktyabrın 17-dək BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı (OHCHR) Ukrayna ərazisində 6 306 ölüm və 9 602 yaralanma halı qeydə alıb. Aylarla davam edən döyüşlər ölkənin infrastrukturuna, minlərlə yaşayış binasına, tibb və təhsil sahələrinə ciddi zərbə vurub. Milyonlarla insan evlərini itirib, qaçmağa məcbur olub (2022-ci il oktyabrın ortaları). Yeddi milyondan çox insan Ukraynadan xaricdə sığınacaq tapıb, altı milyondan çoxu isə məcburi köçkündür”, - yazıda deyilir.

Qeyd olunur ki, müharibənin Ukraynaya vurduğu ziyan, iyuna qədər olan hesablamalara əsasən, 350 milyard ABŞ dollarına yaxındır.

Müəlliflər ermənilərin Azərbaycana qarşı hərbi cinayətlərinə də xüsusi yer ayırıb. 20-ci əsrin ortalarında ermənilərin hərbi cinayətlərinin müvəqqəti azaldığı və yalnız Yaxın Şərq və Avropanın ermənilər məskunlaşan bölgələrində gizli fəaliyyət göstərən terror təşkilatlarının fəaliyyətində özünü göstərdiyi bildirilir.

“Ermənistanın azadlığının sirri”, “Erməni ordusu” - ASALA (1975), “Erməni soyqırımı üzrə ədalət komandası” - JCAG (1975), “Yeni erməni müqaviməti” – NMR (1977) və digər ekstremist qrupların mənsubu olan erməni terrorçuları, Fransa, İsveçrə, İtaliya, ABŞ, Livan, Türkiyədəki qruplaşmalar terror əməllərini həyata keçirib. İran və Böyük Britaniyada türkiyəli rəsmilərə hücum 30-dan çox türk diplomatın ölümü ilə nəticələnib. 1970-1990-cı illərdə erməni terror təşkilatları 70-dən çox insanın ölümü ilə nəticələnən yüzlərlə terror aktı törədib. 1980-ci illərdə Ermənistanın Azərbaycanın Qarabağ bölgəsinə ərazi iddiaları ortaya çıxdı və bunun nəticəsində erməni terror təşkilatlarının fəaliyyəti Azərbaycana yönəldi. 80-ci illərin ikinci yarısında erməni terrorçuları Azərbaycanda sərnişin avtobuslarını və metro qatarlarını partladıblar ki, bu da terror aktı kimi qeydə alınıb. 80-ci illərin sonu və 90-cı illərin əvvəllərində törədilən zorakılıq aktları 2 mindən çox insanın ölümü ilə nəticələnib. 1991-ci ildə müstəqillik əldə etdikdən sonra Ermənistan Respublikası faktiki olaraq Azərbaycan Respublikasının ərazilərini işğal edərək - terrora əl ataraq Azərbaycana qarşı ərazi iddialarını irəli sürdü.

Livan, Suriya, İran, Rusiya, Fransa, Ukrayna, Bolqarıstan, Yunanıstan və ABŞ-da yaşayan 6 mindən çox erməni diaspor tərəfindən maliyyələşdirilib və təchiz edilib. Onlar bir milyondan çox azərbaycanlını beynəlxalq səviyyədə tanınmış ərazilərini tərk etməyə məcbur edən fəaliyyətlərdə fəal iştirak ediblər. Onların arasında Monte Melkonyan, Vazgen Sislyan və Hrant Marqaryan kimi tanınmış terrorçular da var idi”, - yazıda vurğulanıb.

Qeyd olunub ki, işğal dövründə Azərbaycan əhalisini qorxutmaq üçün terror taktikalarından geniş istifadə olunub: “Çoxsaylı faktlar arasında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 dinc sakinin vəhşicəsinə qətlə yetirildiyi Xocalı şəhərinin taleyini misal çəkmək olar”. 

1993-cü ilin avqust ayından 1995-ci ilin dekabr ayına kimi girov saxlanılan Füzuli rayonunun Bala Bəhmənli kənd sakini Yaqub Tağıyevin taleyinə də yer ayrılan yazıda vurğulanıb ki, o, Hadrut, Xocavənd, Şuşa, Xankəndidə həbsxanada saxlanılıb və o, ermənilərin əsir və girovlara qarşı vəhşi rəftarının şahidi olub.

“1992-ci il martın 31-də erməni Manvelin başçılıq etdiyi 60 nəfərlik silahlı dəstə Üçbulaq kəndinə soxularaq üç kənd sakinini qətlə yetirmiş, bir nəfəri girov götürmüş, evləri qarət etmiş və yandırmışdı. Bundan bir gün əvvəl Füzuli rayonunda Allahverdi Ələkbərov ifadəsində bildirmişdi ki, həmkəndlisi Elman Quliyevlə səngərdə yaralanan Elyar Cəfəri xəstəxanaya aparan zaman əvvəlcə yolda gözlənilməz partlayış baş vermiş, sonra isə ermənilər onları atəş tutmağa başlamışdı. Nəticədə Elman Quliyevi xilas etmək mümkün olmamışdı.

1992-ci il fevralın 17-də erməni quldurları Xocavənd rayonunun Qaradağlı kəndinə soxularaq 117 azərbaycanlını girov götürüblər. Məhz həmin gün erməni silahlıları fermada üç kişi və bir qadını diri-diri yandırıblar. Onlar 56 sakini (10-12-si uşaq olmaqla) güllələyib, quyuya atıb, buldozerlə üzərlərinə torpaq töküblər. Digər yandan ermənilər “KamAZ” markalı avtomobillə kənd sakini Hüseynov Şahmuradın üzərindən keçərək onu öldürüblər, 22-23 yaşlı orta məktəb müəllimləri - Altay Həsənov və Xanəli Hüseynovu isə üzərlərinə dizel səpərək diri-diri yandırıblar”, - məqalədə vurğulanır.

Qeyd olunub ki, Azərbaycan torpaqlarını işğaldan azad edənə qədər 30 il ərzində ekoloji terror da törədilib - Ermənistan tərəfdən Azərbaycanın iki əsas çayı Kür və Araz daim çirkləndirilib.

“Gəncəçay, Qoşqarçay, Şəmkirçay, Tovuzçay, Ağstafaçay çayları ətraf kəndlərdə yaşayan azərbaycanlılar üçün əhəmiyyətli təhlükə yaradırdı. Ermənilər Azərbaycan ərazisindəki çaylar boyunca davamlı olaraq partlayıcı qurğular “göndərib”. Bu qurğulardan biri cəmi 13 yaşı olan qızın ölümünə səbəb olub. O, gəlinciyini Tovuzçayda çimdirmək istəyərkən bomba partlayıb və o, ölüb.

Ermənistan 30 il ərzində Azərbaycana qarşı kütləvi mədəni və dini soyqırımı da həyata keçirib, o cümlədən 700-dən çox tarixi abidəni, 22 muzeyi (100 min eksponatdan ibarət), 927 kitabxananı (4,6 milyon kitab, o cümlədən çoxlu nadir əlyazmaların olduğu), 58 arxeoloji abidəni, 26 qala və digər mədəni irs obyektlərini dağıdıb. Bundan başqa, işğal dövründə şəhər, qəsəbə, kənd və küçələrin adları Ermənistan hökuməti tərəfindən dəyişdirilib. Qarabağ və Zəngəzurda ən azı 65 məscidin dağıdılaraq donuz və inək tövlələrinə çevrildiyi qeydə alınıb”, - yazıda bəhs edilir.

Məqalədə Ermənistanın daha bir hərbi cinayəti kimi Azərbaycan ərazilərinin minalanması göstərilib: “Azad edilmiş ərazilərin minalardan təmizlənməsi Azərbaycanın qarşısında duran əsas problemlərdən biridir. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2020-ci ilin noyabr ayından bu günə kimi 250-dən çox insan mina partlayışlarının qurbanı olub. Ermənistan minalanmış ərazilərin tam xəritələrini verməkdən imtina edir. Ermənistanın Azərbaycana təqdim etdiyi bir neçə xəritənin dəqiqliyi isə 25 faizə yaxındır. Bu cür hərəkətlər, mahiyyət etibarı ilə, Ermənistan siyasətinin təcavüzkar mahiyyətinin parlaq ifadəsidir. Ümumiyyətlə, minalanmış ərazilərin xəritəsinin Azərbaycana təhvil verilməməsi “mina müharibəsi”nin davam etdiyindən xəbər verir. Ermənistan uzun illər ərzində işğal etdiyi ərazilərin əhəmiyyətli hissəsini minalayıb və bu, işğalçı dövlətin militarist siyasətinin miqyasını və xarakterini göstərir”.

Müəlliflər ermənilərin təmas və cəbhə xəttindən xeyli uzaqda olan şəhərlərə, dinc əhaliyə qarşı terror əməllərinə də toxunublar: “İkinci Qarabağ müharibəsində, 2020-ci il oktyabrın 10-dan – tərəflərin “humanitar atəşkəs” haqqında razılığa gəlməsindən sonra ermənilərin mülki yaşayış məntəqələrinə hücumları davam edirdi. Həmçinin, atəşkəsdən sonra Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri – təmas xəttindən uzaqda yerləşən və 331 mindən çox insanın yaşadığı Gəncəyə zərbə endirdi. Oktyabrın 4-ü, 11-i və 17-də Gəncə üç dəfə raket hücumuna məruz qaldı. İkinci raket zərbəsi razılaşdırılmış atəşkəsdən 24 saat keçməmiş baş verib və nəticədə 10 bina dağıdılıb, 10 mülki şəxs həlak olub və 40 mülki şəxs yaralanıb. Ən ölümcül olan üçüncü hücum “SKAD/Elbrus” ballistik raketləri ilə olub. Əldə olan məlumata görə, ölənlərin ümumi sayı 15 olub, daha 57 mülki şəxs isə ağır yaralanıb. Qeyd etmək lazımdır ki, mülki şəxslər arasında 13 yaşlı Rusiya vətəndaşı Artur Mayakov da olub. Artıq gorbagor olan qondarma respublikanın prezidenti Araik Arutyunyan baş verənlərdən sonra “Ağlınızı başınıza toplayın. Biz başqa şəhərlərə də zərbələr endirməkdə davam edəcəyik, hətta lazım gələrsə, böyük şəhərlərdəki hədəflərə də zərbə endirəcəyik. Gəncəyə zərbə xəbərdarlıq idi”, - deyib.

Ermənistan silahlı qüvvələrinin növbəti hücum hədəfi Ermənistanla sərhəddən 100 km, cəbhə xəttindən isə 30 km məsafədə yerləşən Azərbaycanın Bərdə şəhəri olub. Bərdənin əsas sənaye müəssisələrinin və yaşayış məntəqələrinin yerləşdiyi, əhalinin sıx məskunlaşdığı əraziyə “Smerç” RYAS-dən beynəlxalq standartlarla qadağan olunmuş kasetli sursatlarla raketlər atılıb. “Amnesty İnternational” 9N235 kasetli sursatlarının istifadə edildiyini təsdiqləyib. Ermənilərin terror aktı nəticəsində, ilkin məlumatlara görə, 21 dinc sakin həlak olub, daha 70 nəfər isə yaralanıb. Ölənlər arasında Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətinin 39 yaşlı könüllüsü də var. Bu hücum zamanı nəqliyyat vasitələri və mülki infrastruktur tamamilə məhv edilib. Xatırladaq ki, bundan cəmi bir gün əvvəl, oktyabrın 27-də Bərdə şəhəri artıq kasetli bombalarla hücuma məruz qalmışdı.

Mingəçevir şəhərində də mülki obyektlər atəşə tutulub. Qeyd edək ki, Gəncə və Mingəçevir Avropa ilə Asiya arasında Azərbaycan vasitəsilə ticarət üçün strateji əhəmiyyətli regionlardır. Bakı-Supsa və Cənub Qaz Dəhlizi əsas boru kəmərləri bu bölgədən keçir. Bundan əlavə, Mingəçevirdə Cənubi Qafqazın 605 kvadratkilometr sahəsi olan ən böyük su anbarı yerləşir ki, ordakı su elektrik stansiyası Azərbaycanın 40-dan çox şəhərini elektrik enerjisi ilə təmin edir. Ermənistanın Azərbaycanın kritik infrastrukturuna hücumları təkcə ölkə üçün deyil, həm də uzun illər əməkdaşlıq edən xarici biznes tərəfdaşları üçün ciddi təhlükə yaradıb. Qeyd etmək lazımdır ki, Ermənistanın irrasional hücumu ekoloji fəlakətə gətirib çıxara, bütün regionun və qonşu ərazilərin enerji təhlükəsizliyinə təhlükə yarada bilərdi”.




Baxış sayı: 458
“Üzeyir Hacıbəyli və Nizami irsi” kitabı təqdim olunub Bu gün, 14:00 Daşkəsən dəmir filizi layihəsi çərçivəsində bir sıra iri sənaye layihələri həyata keçiriləcək Bu gün, 13:00 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb Bu gün, 10:30 Festival çərçivəsində "Leyli və Məcnun" tamaşası nümayiş olunub Bu gün, 09:30 Ceyhun Bayramov ukraynalı həmkarı ilə geosiyasi proseslər barədə fikir mübadiləsi aparıb Bu gün, 08:30 Şəhid jurnalistlərin xatirəsinə həsr edilən ənənəvi minifutbol turnirinin püşkü atılıb Dünən, 21:30 MEK elektron xidmətlərini təqdim edir Dünən, 14:00 Prezident İlham Əliyev IV Bakı Təhlükəsizlik Forumunun iştirakçılarına müraciət ünvanlayıb Dünən, 14:00 Rusiyanın təhdid mesajları reallıqdan çox uzaqdır Dünən, 13:30 Pekində Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə bağlı görüş keçirilib Dünən, 10:30 AMEA Naxçıvan Bölməsinin “Elmi əsərlər” jurnalının yeni nömrəsi çapdan çıxıb Dünən, 10:00 Xankəndi şəhəri və qəsəbəsinə, Xocalı, Ağdərə və Cəbrayılın kəndlərinə növbəti köç karvanları yola salınıb Dünən, 09:30 Qərbi Azərbaycan İcmasında indiki Ermənistan ərazisində Alban irsinin öyrənilməsi üzrə işçi qrup yaradılıb Dünən, 09:00 Azad edilmiş ərazilərdə daha 269 mina, 745 PHS aşkarlanıb 21-09-2026, 20:00 Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Retro-dalğası” adlı xor konserti olub 21-09-2026, 19:00 Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region 21-09-2026, 12:30 Bəzi sözlərin mənşəyi haqqında 21-09-2026, 12:30 Tarixi zəfərimizin rəmzi - Suverenlik Günu 21-09-2026, 12:00 Corc Vaşinqton Universitetinin azərbaycanlı prorektoru: Diplom məqsəd deyil, əsas məsələ biliyi alətə çevirməkdir 21-09-2026, 11:30 Azərbaycanda Zərərvericilərin Analizi və Rəqəmsal Kriminalistika Laboratoriyası istifadəyə verilib 21-09-2026, 11:00 Lənkəranda “QHT-lərin VII İnkişaf və Mübadilə Proqramı” elan olunub 21-09-2026, 09:30 "Azərbaycanın dövlət suverenliyinin bərpası davamlı sülh üçün yeni imkanlar açıb" - XİN 21-09-2026, 08:30 Prezident İlham Əliyevin sosial media hesablarında Dövlət Suverenliyi Günü ilə bağlı videoçarx paylaşılıb 21-09-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva 20 Sentyabr - Dövlət Suverenliyi Günü münasibətilə paylaşım edib 19-09-2026, 19:30 Qafqaz Albaniyası dövrünə aid dini-mədəni abidələr Azərbaycanın milli və tarixi sərvətinin ayrılmaz hissəsidir 19-09-2026, 12:00 ABŞ Ukraynaya 2,68 milyard dollarlıq hava hücumundan müdafiə vasitələrinin satışını təsdiqləyib 19-09-2026, 10:00 Azərbaycan BMT-nin İnsan Hüquqları Şurasında mina problemi ilə bağlı yeni təşəbbüslə çıxış edib 19-09-2026, 10:00 Anar Ələkbərov şəhid anaları ilə görüşüb 19-09-2026, 08:00 AMEA-nın əməkdaşları Gəncəsər monastırı ilə əlaqədar Ermənistanda yaradılan qalmaqala dair bəyanat yayıblar 18-09-2026, 19:00 Ayxan Hacızadə Fransa XİN mətbuat katibinin Azərbaycana səyahət xəbərdarlığını pisləyib 18-09-2026, 17:30
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930