FACT-INFO.AZ » MƏDƏNİYYƏT » “İrəvan necə varsa: keçmişdən bu günə” kitabının təqdimatı olub
7-10-2022, 09:50 | MƏDƏNİYYƏT
“İrəvan necə varsa: keçmişdən bu günə” kitabının təqdimatı olub

Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov kitabın tarixi əhəmiyyətindən danışıb. Bildirib ki, dövlətimiz tərəfindən qədim Azərbaycan torpağı olan İrəvandakı mədəni irsimizin öyrənilməsinə və təbliğinə böyük önəm verilir: “İrəvanda Azərbaycan mədəniyyətinə, tarixinə aid çoxlu izlər, əsərlər var ki, geniş ictimaiyyətə təqdim edilməlidir. Eyni zamanda, beynəlxalq səviyyədə biz bunu təbliğ etməliyik. Əsrlər boyu İrəvan torpağında olan mədəni irsimizin dağıdılması, onun saxtalaşdırılması kimi faktlar ictimaiyyətə beynəlxalq səviyyədə təqdim olunmur. Ona görə də İrəvanda, Zəngəzurda olan mədəni irsimizi tədqiq edərək ictimaiyyətin diqqətinə çatdırmalıyıq. Bu sahədə alimlərimizin üzərinə çox önəmli iş düşür. Bu kitabın ərsəyə gəlməsində də məhz o yanaşma sezilir”.

Anar Kərimov qeyd edib ki, Mədəniyyət Nazirliyi tərəfindən qonşu ölkələrin arxivlərində araşdırmalar aparılacaq: "Türkiyə, İran, Rusiya və Gürcüstanın arxivlərində araşdırmalara başlayacağıq ki, belə elmi mənbələr, bu sahədə olan kitablarımız daha da çoxalsın. Belə layihələrimiz çox olmalıdır. “İrəvan necə varsa: keçmişdən bu günə” bu layihə üzrə nəşr olunan ilk kitabdır. Növbəti mərhələdə bu kitabın xarici dillərə tərcümə edilməsi də planlaşdırılır. Beynəlxalq ictimaiyyət bilməlidir ki, indiki Ermənistan ərazisi olan İrəvan tarixi Azərbaycan torpağıdır. Onun da əyani sübutları məhz İrəvanda olan tarixi irsimizdir”.

AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli bildirib ki, Azərbaycan tarixşünaslığında İrəvan məsələsi daha çox Ermənistan mövzusunun tərkib hissəsi kimi öyrənilib: “Kitabın ən böyük əhəmiyyəti ondan ibarətdir ki, burada İrəvan qalası haqqındakı rəvayətlərdən tutmuş, İrəvan şəhərinin salınmasından başlayaraq günümüzə qədərki dövrü, onun ətrafında olan məsələlər zəngin arxiv sənədləri, ilkin mənbələr əsasında ictimaiyyətə təqdim edilir. İrəvan şəhərini XIX əsrin ortalarına qədər idarə edənlərin hamısı azərbaycanlılardır. Bu və ya digər faktlar bir daha onu göstərir ki, İrəvan birmənalı şəkildə Azərbaycan şəhəri olub. Kitabda tədqiq edilən bütün problemlər Qərbi Azərbaycan tarixi və həmin bölgə üzrə həyatın bütün sahələrinə dair materiallar kontekstində nəzərdən keçirilib. Bu da kitabın əhəmiyyətini daha da artıraraq onu bu sahə üzrə unikal mənbəyə çevirib”.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun baş direktoru, tarix üzrə elmlər doktoru professor Kərim Şükürov bildirib ki, kitabda ilk dəfə olaraq Azərbaycanın tarixi İrəvan şəhəri kompleks şəkildə tədqiq olunub: “Kitaba baxanda onun üzərindəki rəng diqqəti cəlb edir. Bu rəng təsadüfi seçilməyib, İrəvan xanlığının bayrağından gələn bir rəngdir. Həmin rəngin fonunda Azərbaycan mədəni irsinin bir nümunəsi olan Göy məscid verilib. Bu, İrəvanın müsəlman şəhəri olmasının bir göstəricisidir”.

Daha sonra çıxış edən tarixçi Səbuhi Hüseynov kitab haqqında məlumat verdi. Dedi ki, kitabın birinci fəsli İrəvan şəhərinin coğrafiyası və tarixinin əsas dövrlərindən bəhs edir. İkinci fəsildə ermənilərin və Ermənistan dövlətinin İrəvanın azərbaycanlı əhalisinə qarşı etnik təmizləmə siyasəti, üçüncü fəsildə İrəvan şəhəri və ümumən Qərbi Azərbaycanın (indiki Ermənistan ərazisi) toponimiyası və epiqrafik abidələri araşdırılıb. Dördüncü fəsildə Azərbaycanın mədəniyyət mərkəzlərindən biri kimi Azərbaycan dilinin İrəvan dialekti, orada Azərbaycan məktəbləri və müəllimləri, folklor, ədəbi mühit, mətbuat, teatr, memarlıq və s. məsələlər öyrənilib. Beşinci fəsil İrəvan tarixinin erməni saxtalaşdırıcılarının tənqidinə həsr edilib. İrəvan şəhərində Azərbaycan mədəni və tarixi irsinin sonuncu yadigarı – Təpəbaşı məhəlləsinin tarixi, bu günü və mühafizəsi məsələləri isə nəşrin altıncı fəslində araşdırılıb.

Kitab strukturu, irəli sürülən problemlərin əhatə dairəsi və həllinə görə Azərbaycan irəvanşünaslığına böyük töhfə olmaqla onun yeni istiqamətlərini də müəyyən etməyə imkan verir.

Qeyd edək ki, kitab Mədəniyyət Nazirliyinin 1 aprel 2021-ci il tarixli əmri ilə təsdiq olunmuş Nəşr planının tərtibi və nəşriyyat məhsullarının satınalınması üzrə komissiyanın qərarına əsasən, “Aspoliqraf LTD” MMC-nin mətbəəsində çap olunub. Kitabın elmi məsləhətçisi mədəniyyət naziri Anar Kərimov, layihənin rəhbəri və elmi redaktoru AMEA Tarix İnstitutunun baş direktoru professor Kərim Şükürovdur.




Baxış sayı: 492
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031