FACT-INFO.AZ » SİYASƏT » Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək
18-08-2022, 11:20 | SİYASƏT
Anastasiya Lavrina: Ermənistan başa düşməlidir ki, istənilən təxribata müvafiq cavab veriləcək

Lakin Ermənistan bundan dərs çıxarmayıb və hələ də qonşuları ilə sülh şəraitində yaşamağı öyrənməyib. Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında, eləcə də iki ölkənin dövlət sərhədində təxribatlar davam edir. 2020-ci il noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatda qeyd olunmasına baxmayaraq, əsgərlərimiz hələ də Azərbaycan ərazisini tərk etməyən qanunsuz erməni silahlı birləşmələrinin silahlı təxribatları nəticəsində öz doğma torpaqlarında həlak olurlar. Bütün beynəlxalq hüquq normalarını pozaraq regionda sülh və sabitliyi pozanlara qarşı necə davranmaq olar? Başqa bir suveren dövlətin ərazisində yerləşən qanunsuz silahlı birləşmələrə qarşı hansı tədbirlər görülməlidir? Əgər qonşu normal ünsiyyət dilini başa düşmürsə və öz əli ilə imzaladığı sənədin şərtlərini pozaraq öz qonşusunun ərazisində insanları öldürmək üçün qanunsuz hərbi birləşmələr göndərirsə, problemi necə həll etmək olar?

Düşünürəm ki, indi bir çoxunuz güc tətbiq etməyin yeganə həll yolu olduğu cavabını verəcəksiniz. Bəli, bu, həqiqətən də belədir!

AZƏRTAC xəbər verir ki, bu fikirləri YAP Gənclər Birliyinin üzvü Anastasiya Lavrina ifadə edib.

A.Lavrina qeyd edib ki, bir neçə saat davam edən “Qisas” əməliyyatı cəza tədbiri idi. Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi, “Azərbaycan şəhidinin qanı düşmənə baha başa gəldi və onlar bunu unutmamalıdırlar”. Ermənistan başa düşməlidir ki, istənilən belə təxribata Azərbaycan tərəfindən müvafiq cavab veriləcək. Əgər Ermənistan başqa ölkələrdən yardım istəməklə Azərbaycanı dayandıra biləcəyini düşünürsə, yanılır. Yaranan problemləri Azərbaycandan sülh yolu ilə həll etməyi xahiş edən dövlətlər 30 ilə yaxın qonşu ölkənin ərazisinin 20 faizini işğal altında saxlayan, yüzlərlə mədəni, dini abidəni yandırıb dağıdan və hazırda sülh müqaviləsini imzalamaqdan imtina edərək vəziyyəti gərginləşdirməyə çalışan işğalçı Ermənistana daha ciddi təzyiq göstərməlidirlər.

Qeyd edilib ki, Azərbaycan hökuməti ölkənin demək olar bütün regionlarında qazlaşdırma, elektrik enerjisi və içməli su, yol tikintisi ilə bağlı nəhəng layihələri fəal şəkildə həyata keçirir. İndi gündəmdə bütün Cənubi Qafqaz regionuna fayda verəcək real layihələr var. Qarabağda və Şərqi Zəngəzurda genişmiqyaslı yenidənqurma işləri aparılır. Hazırda Azərbaycanda keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıtması üçün infrastruktur layihələri reallaşdırılır və yaşamaq üçün hər cür şərait yaradılır. Kənd təsərrüfatının inkişafına böyük diqqət yetirilir. Qarabağ və Şərqi Zəngəzurdakı iqtisadi layihələrin qlobal dünya iqtisadiyyatına inteqrasiyası üçün bütün lazımi şərait təmin edilir. Azərbaycanı Ermənistan ərazisindən keçməklə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin işə salınması mühüm əhəmiyyət kəsb edir və onun reallaşması an məsələsidir.

“Bu gün Qarabağda yaşayan ermənilər Azərbaycan Respublikasının vətəndaşlarıdır və hökumət onların hüquqlarının hər bir azərbaycanlının hüquqları ilə eyni səviyyədə müdafiəsini təmin etməyə hazırdır. Azərbaycan artıq açıq şəkildə bəyan edib ki, onların heç bir xüsusi mövqeyi və statusu olmayacaq. Qəbul etməyin vaxtıdır. Qarabağ həm tarixi, həm də beynəlxalq hüquq nöqteyi-nəzərindən Azərbaycanın ayrılmaz hissəsidir. Bütün dünya ictimaiyyəti bunu qəbul edir.

Bütün dünyaya məlumdur ki, işğalçı ölkənin zəbt etdiyi torpaqlarda məskunlaşdırma aparmaq hüququ yoxdur. Bu, bütün beynəlxalq hüquq normalarına və Cenevrə Konvensiyasına ziddir. Ermənistan da bu beynəlxalq hüquq prinsiplərini pozmuşdur. Azərbaycanın Laçın şəhəri, Zabux və Sus kəndləri işğalda olduğu dövrdə ermənilər tərəfindən qanunsuz məskunlaşdırılıb və bu gün orada yaşayan insanlar yeni yaşayış yerləri axtarmaq məcburiyyətindədir. Baş verənlərə görə yalnız öz eqoist məqsədlərini güdən, bu insanların gələcəyi ilə maraqlanmayan Ermənistan rəhbərliyi günahlandırılmalıdır”, - deyə A.Lavrina qeyd edib.

Vurğulanıb ki, 2020-ci ilin payızında imzalanmış üçtərəfli Bəyanata əsasən, Ermənistan ölkə ilə Azərbaycanın Xankəndi şəhəri arasında əlaqəni təmin edən Laçın dəhlizini və ətrafdakı yaşayış məntəqələrini Laçın şəhərindən yan keçməklə çəkilən yeni yol istifadəyə verilən kimi boşaltmaq öhdəliyini götürüb. Azərbaycan uzunluğu 32 kilometr olan yolu cəmi bir ilə inşa edərək istifadəyə verdi. Lakin, bu vəziyyətdə belə, həmin ərazidə yaşayan ermənilər özlərini ləyaqətlə aparmırlar. Azərbaycanın Laçın şəhərini tərk edərkən əvvəllər yaşadıqları evləri yandırırlar. Bu yolla onlar yeni reallığa qarşı nifrət, aqressiya nümayiş etdirirlər. Aydındır ki, bu cür davranış hərbi və hüquqi məsuliyyətə səbəb olacaq. Ya Ermənistan nəticə çıxaracaq, ya da öz məntiqsiz hərəkətlərinin qarşılığını görəcək.




Baxış sayı: 455
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031