FACT-INFO.AZ » XƏBƏR » Özbəkistanın zəif bəndi Qaraqalpaqıstan
7-07-2022, 14:45 | XƏBƏR
Özbəkistanın zəif bəndi Qaraqalpaqıstan

Özbəkistanda son günlər baş verən Qaraqalpaqıstan çaxnaşması təsadüfi məsələ deyil. Bu RusiyanınÖzbəkistan dövlətinə qarşı təzyiq, təhdid vasitələrindən biridir. Xüsusilə, dövlətçiliyi və siyasi immuniteti zəif olan ölkələrdə  belə təzyiqlər daha ağrılı olur. 


Rusiya-Ukrayna müharibəsinin ağır məqamında, partlamayan Qaraqalpaq minasının işə salınması bugünkü dövrdə Şimal qonşumuzun nəyinə lazımdır? Deməli, lazımdır. Böyük potensialı və kifayət qədər sosial-iqtisadi problemləri olan Rusiya  gorbagor olmuş SSRİ –ni diriltmək fikrindən hələki vaz keçməyib. Məhz buna görə də MDB məkanında zəif bənd axtarır. Amma  bütün bu cəhdlərin, separatizmə dəstəyin, partlamayan minaların işə salınmasının heç bir faydası olmayacaq. Artıq Mərkəzi Asiya Respublikaları əvvəlki kölə vəziyyətdə deyil. Bunu 2022-ci ilin yanvar ayında baş verən Qazaxıstan hadisələri, qazaxların öz milli dövlətləri üçün mücadiləyə hazır olduqları və digər məqamlar sübut edir. Hətta Rusiya-Ukrayna müharibəsinin davam etməsi Şimal qonşumuzun əvvəlki kimi hegemon gücdə olmadığını çılpaqlığı ilə ortalığa çıxarıb. 


Prosesləri izləyəndə bu qənaətə gəlmək olar ki, Türkiyə daxil olmaqla bütün türkdilli ölkələrin inteqrasiyasında praktik addımlar atılmalıdır. Bəlağətli şüarlarla bərabər ciddi hədəflərə söykənən iqtisadi layihələrin icrası sürətlənməlidir. Çünki Türk birliyi bəşəri prinsiplərə, əxlaqi dəyərlərə söykənən əməkdaşlıq modelidir. Dünyada çox fərqli bir proses yaşanır. Bu gün geosiyasi proseslərin davamı olaraq, tarixi gerçəyin yaratdığı şəraitin diktəsilə türkdilli ölkələr arasında əməkdaşlıq xeyli dərinləşib. Türk birliyində ən önəmli məqamlarlardan biri odur ki, dünyada gedən proseslər dərindən təhlil olunaraq türkdilli ölkələr arasında qarşılıqlı iqtisadi, siyasi, mədəni əməkdaşlığın dərinləşməsi əsas hədəflər sırasındadır.

Bu gün Türkiyənin və Azərbaycanın regionda, dünyada rolu, əsas strateji hədəfləri ümumilikdə  birliyə mühüm töhfədir. Bu müsbət tendensiya Türkdilli Dövlətlərin Əməkdaşlıq Təşkilatına üzv ölkələr, türkdilli xalqlar da daxil olmaqla bütün dünyada yaşayan və sayı təxminən 300 milyona çatan türklərin birlikdə hərəkət etməsini özündə ehtiva edir. Türkdilli ölkələr arasında əməkdaşlıq modeli möhkəmləndikcə xarici təhdidlərin heç bir perspektivi olmayacaq

Sonda Özbəkistanın zəif bəndi olan Qaraqalpaqıstan haqqında bəzi resurslardan əldə etdiyimiz qısa məlumatları qeyd etmək istərdim. Qaraqalpaqıstan Özbəkistanın şimal-qərbində yerləşir. Paytaxtı və ən böyük şəhəri Nukus şəhəridir. Ümumi sahəsi 166,600 kvadrat kilometrdir. Qaraqalpaqıstan 14 inzibati rayona bölünmüşdür. Muxtar respublikanın 12 şəhəri və 25 şəhər tipli qəsəbəsi vardır. Qaraqalpaq türklərinin 92%-i Qaraqalpaqıstanda yaşayır.

Qaraqalpaq dili qıpçaq qrupunun qıpçaq-noqay as bölümünə daxildir. Səs və tələffüz xüsusiyyətləri baxımından bu cəhətlər ön plana çıxır. Yazı dili bütün Türküstan əhalisinin XIX əsrin sonuna qədər müştərək istifadə etdikləri türkcədir. Danışıq dilləri qazax və qırğız dilinə çox yaxındır. Göründüyü kimi qaraqalpaqlarda türkdür. Türkdilli xalq arasında nifaq salmaq isə yalnız məkrli qüvvələrin planları ola bilər. Gəlin qara qüvvələrin fitnəsinə uyub zəif bənd olmayaq.

   Əkrəm Bəydəmirli









Baxış sayı: 1 258
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031