FACT-INFO.AZ » MƏDƏNİYYƏT » Qarabağ veteranı Qəni Camalzadənin iki romanının təqdimatı və ədəbiyyatda vətənpərvərlik mövzusunda ictimai dinləmə keçirildi
29-04-2022, 23:10 | MƏDƏNİYYƏT
Qarabağ veteranı Qəni Camalzadənin iki romanının təqdimatı və ədəbiyyatda vətənpərvərlik mövzusunda ictimai dinləmə keçirildi

YYSİB-nin Azərbaycan Respublikası Milli Qəhrəmanların Tanıtma İctimai Birliyinin Xəzər və Nərimanov rayon nümayəndəliyini iştirakı, ədəbi-mədəni ictimaiyyətin fəalları, QHT rəhbərləri, qazilər, şəhid analarının iştirakıyla təşkil etdiyi məclis maraqla qarşılandı. Tanınmış yazıçı-publisist Haci Qəni Camalzadənin “Kiaksarın axırıncı savaşı” (2021) və “Şeytana daş atanlar” (2022) kitabının təqdimat mərasimi həm də ədəbiyyat və sənətdə Qarabağ, Şuşa, hərbi-vətənpərvərlik mövzularının işlənməsi problemləri müzakirə edilən İctimai Dinləmə formasında təşkil olunmuşdu.

Tədbir 23 aprel 2022 tarixində, Beynəlxalq Kitab və Müəllif Hüquqları Günü münasibəti ilə, Bakı şəhərində – Şəhidlər Xiyabanında yerləsən Səbael Rayon Müharibə Veteranları Mərkəzinin akt zalında keçirildi. Məclis heç zaman unudulmayan şəhidlərimizin və Şəhid Milli Qəhrəmanımızın ruhlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi və onlarla bağlı xatirələr yada salındı.
Təqdimat mərasimində həm yazıçı Hacı Qəni Camalzadənin 1-ci Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlardan, həm də bədii fəaliyyətlərindən bəhs edildi.


YYSİB sədri, layihə rəhbəri Aydın Xan Əbilov tədbirin ədəbi hissəsində çıxıçında bildirdi ki, 1-ci Qarabağ müharibəsi qazisi Hacı Qəni Camalzadənin Azərbaycan tarixi, keçmişi, bu günü və gələcəyi, həmçinin, qəhrəmanları haqqında yazılmış kitabları çağdaş ədəbiyyatımızın maraqlı nümunələrindəndir.

Natiq qeyd edildi ki, vaxtilə satirik hekayələr yazan, müxtəlif səpkili, kiçikhəcmli bədii nəsr nümunələrindən ibarət kitabları nəşr olunan tanınmış yazıçı-publisist Qəni Camalzadə yaradıcılığının yeni mərhələsinə adlamağı ilə roman janrına müraciət etməsi üst-üstə düşdü. Məhsuldar müəllifin “Qızıl xotuğ” adlı ilk romanı 2007-ci ildə ayrıca kitab şəklində nəşr edilib: sonralar əsər ruscaya çevrilərək “Zolotoy oslenok” başlığı ilə həm ədəbi jurnalda, həm də ayrıca nəşr kimi dərc olunub. İllər keçəndən sonra, Qəni Camalzadə “ədəbiyyatın dəbdən düşdüyü” 2015-ci ildə, indi şərti olaraq, “sosial-bədi nəsr”, yaxud “sosial-bədii roman” deyə təsnifatlamağa çalışdığımız “Karxana” adlı irihəcmli bədii nəsr nümunəsi ilə çağdaş ədəbi prosesdə özünəməxsus estetik mövqeyini ortaya qoydu.

Romanın jurnal variantına yazdığı ön sözdə istedadlı yazıçı Məmməd Oruc deyir: “Ən səmimi duyğularımla qeyd etmək istəyirəm ki, bu roman Azərbaycan ədəbiyyatında analoqu-bənzəri olmayan əsərlərdəndir.” Bu fikirləri milli üslubda əsərləri ilə çağdaş ədəbi prosesdə fəallığı ilə seçilən yazıçı-publisit Qəni Camalzadənin yaradıcılığına verilən dəqiq qiymət kimi dəyərləndirmək mümkündür.

Satirik üslubda qələmə alınan ilk irihəcmli əsərinə rəğmən, daha ciddi ictimai-mənəvi mətləblərə toxunulan, XX əsr Bakı və ətraf kəndlərin ədəbi ensiklopediyasına çevrilən “Karxana” əsəri həm roman janrının tələbləri, həm də mükəmməl qələmə alınması baxımından tanındı, rus, ingilis və başqa dillərə tərcümə olunaraq ölkəmizdə, ABŞ-da nəşr olundu, İnternet resurslarında elektron varianda yayımlandı.

I Qarabağ müharibəsinin qazisi olan Hacı Qəni Camalzadə pandemiya dövründə də məhsuldar fəaliyyətindən geri qalmadı, yeni-yeni hekayələri, publisitik yazıları, ABŞ-da rus və ingiliscə nəşr olunan kitabları, eləcə də müxtəlif televiziya kanallarında, sosial şəbəkələrdə, media orqanlarında ziyalı mövqeyini ortaya qoymaqla, XXI əsrdə də klassik Şərq – Azərbaycan ədəbi-humanitar ənənələrə üstünlük verən əsl düşüncə adamı, yazıçı obrazını qoruyan, yaşadan yaradıcı intellektuallarımızdandır.

Roman yaradıcılığına gec başlasa da, yazıçı milli romançılığın zahiri tərəflərini, estetik-poetik mahiyyətinə ciddi yanaşır. Roman ədəbi, estetik, tarixi, nəhayət, kulturoloji hadisəyə çevrilmirsə, əsərin əsas surətləri zəmanənin “qəhrəmanı”na oxşamırsa, belə irihəcmli bədii nümunələri klassik, yaxud modern roman adlandırmaq bir qədər çətin məsələdir. Necə gəldi yazılaraq öz hesabına çap edilən əsərləri modern, postmodern yarımbaşlıq altında çapdan buraxılsa belə, gənc oxucuları aldatmaq mümkünsə də, peşəkar ədəbiyyatçıları çaşdırmaq olmaz.

Bu baxımdan Qəni Camalzadənin son iki ildə qələmə alaraq kitab şəklində ədəbi ictimaiyyətin müzakirəsinə verdiyi “Kiaksarın axırıncı savaşı” (2021) və “Şeytana daş atanlar” (2022) adlı yeni irihəcmli bədii nəsr əsərlərini sadalanan ciddi estetik-filoloji kriteriyalara cavab verən ənənəvi – klassik romanlara aid etmək mümkündür.




Baxış sayı: 907
Fon der Lyayen: Avropa Ukrayna ilə bağlı sülh danışıqlarında iştirak edəcək Bu gün, 10:30 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalının qalibi olub Bu gün, 09:30 Prezidentin Mətbuat Xidmətinin məlumatı Bu gün, 08:00 Vətən Müharibəsi Qəhrəmanı Zaur Nudirəliyevin xatirəsi anılıb Bu gün, 08:00 Azərbaycan Avropanın enerji təhlükəsizliyinə və inkişaf gündəliyinə töhfə verən mühüm tərəfdaşdır Dünən, 17:00 “The Wall Street Journal”: İran müharibəyə rəğmən 2500-ə qədər raketə malikdir Dünən, 17:00 Prezident İlham Əliyev Mahmud Abbası təbrik edib Dünən, 16:30 “Keçmişdən sabaha yol kəlağayı” kitabı oxuculara təqdim olunub Dünən, 13:30 Yol polisi küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib 14-11-2026, 18:00 Azərbaycan–Birləşmiş Krallıq əlaqələri: Etibarlı münasibətlərdən strateji tərəfdaşlığa 14-11-2026, 16:30 “Sabirin sözü, zamanın gözü” kitabının təqdimatı reallaşıb 14-11-2026, 16:30 Tələbələrin fotolarını süni intellektlə montaj edərək hədə-qorxu ilə pul tələb edən şəxs saxlanılıb 13-11-2026, 19:30 COP31-də növbəti tematik gün maliyyə və ticarət məsələlərinə həsr olunub 13-11-2026, 14:30 Media və Yayım Şurası açıqlama yayıb 13-11-2026, 14:30 Azərbaycan Prezidenti İlham Əliyev Dublində Böyük Britaniyanın Baş naziri ilə görüşüb 13-11-2026, 12:30 Qarabağ təbiətinin şəfa mənbəyi 13-11-2026, 11:30 Baş prokuror Binəqədi rayonunda vətəndaşların müraciətlərini dinləyəcək 13-11-2026, 11:30 Bakıda “Eternity-2026” təliminin açılışı olub 13-11-2026, 11:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib 13-11-2026, 09:30 Bir əsrin işığında türkologiya 12-11-2026, 19:00 “Azercell” Gəncə və Xankəndidə 100 müəllimin süni intellekt bacarıqlarını inkişaf etdirib 12-11-2026, 18:30 12 noyabr – Konstitusiya Günü 12-11-2026, 18:30 Prezident İlham Əliyev “Avropa Siyasi Birliyi”nin 9-cu Zirvə Toplantısının açılış plenar sessiyasında iştirak edib 12-11-2026, 18:30 Prezident İlham Əliyev Dublində Volodimir Zelenski ilə görüşüb 12-11-2026, 16:00 Qərbi Azərbaycana həsr olunmuş kitab əcnəbi dildə nəşr edilib 12-11-2026, 11:00 Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş itkin düşmüş şəxslərlə bağlı qətnamə BMT-nin Komitəsində qəbul edilib 12-11-2026, 10:00 “IRS-Naslediye” jurnalının yeni nömrəsi işıq üzü görüb 12-11-2026, 10:00 Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib 12-11-2026, 09:30 G7 ölkələrinin XİN rəhbərləri Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər 12-11-2026, 09:30 Mədəni və yaradıcı sənaye sahəsində qrant müsabiqəsi elan edilib 11-11-2026, 21:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30