FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Prezident İlham Əliyevin diplomatiyası Ermənistanla sülh sazişinin bağlanması prosesini düzgün istiqamətə aparmağa kömək edir - Amerikalı ekspertlər
11-04-2022, 10:30 | TƏDQİQATLAR-ANALITIKA
Prezident İlham Əliyevin diplomatiyası Ermənistanla sülh sazişinin bağlanması prosesini düzgün istiqamətə aparmağa kömək edir - Amerikalı ekspertlər

Belə ki, görüşün yekunlarına əsasən qərara alınıb ki, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinə bütün zəruri məsələləri nəzərə alan gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırılıb.

Eyni zamanda, Ermənistan və Azərbaycan arasında sərhədin delimitasiyası, sərhəd boyu və ona yaxın ərazidə sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün aprelin sonunadək Birgə Sərhəd Komissiyasının çağırılması qərara alınıb.

Fact-info.az-ın məlumatına görə, bunu Brüssel görüşünün nəticələrini şərh edən amerikalı analitik İrina Zukerman Trend-ə bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin diplomatiyası yekun sülh sazişinin bağlanması prosesini düzgün istiqamətə aparmağa kömək edir:

"Təəccüblüdür ki, son zamanlar aparılan bütün təbliğat və təxribatlara baxmayaraq, Yerevan əməkdaşlığa başlayıb və sülh müqaviləsi bağlamaq təklifinə razılıq verib. Qalanı isə təbii ki, Paşinyanın vicdanından asılıdır. Ermənistan əhalisi baha başa gələn toqquşmalardan, qanlı müharibələrdən bezib. Burada uğurun bir hissəsi Bakının öz prinsipləri münasibətdə ardıcıl qəti mövqeyindədir".

Amerikalı analitik hesab edir ki, Aİ ATƏT-in Minsk qrupundan fərqli olaraq sülh prosesində çox fəal və konstruktiv rol oynayır:

"Xüsusilə, etimad möhkəmlənməsi tədbirlərinə diqqət yetirilməsi praqmatikdir və qarşılıqlı məqbuldur. Humanitar minatəmizləmə səyləri Ermənistanda rəsmi etiraz yaratmamalıdır; əslində, bu, onlara qonşusu qarşısında öz səhvini "yüngülləşdirmək" üçün taktiki diplomatik imkan verə bilər. Nəticə etibarı ilə Azərbaycanın təhlükəsizliyi və rifahı bütün regiona fayda gətirir, daha sürətli inteqrasiyaya kömək edir, iqtisadi və mədəni imkanları genişləndirir. Bu, həmçinin Cənubi Qafqazı enerji kimi bir sıra kritik məsələlərdə Aİ üçün daha effektiv tərəfdaşa çevirəcək".

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza Trend-ə verdiyi bildirib ki, çox müsbət siqnal ondan ibarətdir ki, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan öz xarici işlər nazirlərinə gələcək sülh sazişi üzərində işləmək və birgə sərhəd komissiyası çağırmaq barədə göstəriş verməyə razılaşıblar:

"Düşünürəm ki, bu, hər iki liderin çoxdan atmaq istədiyi addımlardır, lakin Ermənistanda baş nazir Paşinyanın siyasi müxalifəti onlara mane olub. Yerevanda Ermənistanın vaxtilə qeyri-qanuni yolla zəbt etdiyi əraziləri Azərbaycandan hansısa yolla geri qaytara biləcəyinə və orta əsr dövləti modelində Türkiyə ərazisini də əhatə edəcək “Böyük Ermənistan” qurmasına hələ də yalan ümid bəsləyən insanlar tərəfindən Ermənistanın bu müsbət addımlarına qarşı etiraz aksiyaları keçirilib. Ancaq bütün bunlar sona çatıb. Azərbaycan və Ermənistanın sülh sazişi bağlamasının vaxtı çatıb. Birgə sərhəd komissiyasının çağırılması və Azərbaycanla Ermənistan arasında beynəlxalq sərhədin demarkasiyası da insan həyatını xilas edəcək. Bu, sülhə doğru çox mühüm potensial addımdır. Ümid edək ki, iş başlayacaq".

M.Brayza Cənubi Qafqazda sabitliyin təmin edilməsində Avropa İttifaqının mühüm rolunu qeyd edib:

"Mən uzun illər hələ ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri olarkən Aİ-nin Qarabağ münaqişəsində vasitəçi rolunu oynamasını vacib hesab edirdim. Mən başa düşmürdüm ki, niyə Minsk Qrupunun həmsədri bütün Aİ deyil, Fransa olub. Bəli, Fransa mühüm ölkədir, lakin bütövlükdə Aİ supergücdür, Fransa isə deyil. Hesab edirəm ki, Aİ indi sabitlik və davamlı sülhün əsaslarının qoyulmasında oynaya biləcəyi mühüm rolu nümayiş etdirir. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Cənubi Qafqazda sabitliyin möhkəmləndirilməsinə kömək etməkdə böyük maraq göstərib. Aİ etimadın möhkəmləndirilməsi tədbirləri və humanitar minatəmizləmə işlərində kömək edə bilər və sərmayələrə zəmanət verməklə nəqliyyat əlaqələrini dəstəkləyə bilər. Lakin Aİ-nin gördüyü əsas şey Azərbaycan və Ermənistan liderlərinə sülh sazişinin bu mühüm məsələlərini və Azərbaycan və Ermənistanın beynəlxalq sərhədlərinin demarkasiyası məsələlərini müzakirə etmək üçün platformalar təqdim etməkdir".




Baxış sayı: 564
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30