FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Erməni vandalizminə uğradılan Mehri şəhəri
17-02-2022, 11:15 | TƏDQİQATLAR-ANALITIKA
Erməni vandalizminə uğradılan Mehri şəhəri

Çünki bütün tarixi dövrləri araşdıranda Mehri ərazisinin ermənilərə heç bir aidiyyətinin olmadığı aydın olur. Şimali Azərbaycan ərazilərinin 1828-ci ildə Rusiya tərəfindən işğalına qədər ermənilərin Mehri şəhərində mövcudluqlarına dair heç bir arxiv materiallarında rast gəlinmir. Azərbaycan əraziləri işğal edildikdən sonra burada ruslar tərəfindən məskunlaşdırılan ermənilər son 100 ildə Zəngəzurun bütün ərazilərində olduğu kimi, Mehri şəhərində də mütəmadi olaraq azərbaycanlılara qarşı talanlar, qarətlər, qətllər, soyqırımları törədiblər və şəhəri etnik təmizləməyə məruz qoyublar.

1861-ci ildə Şimali Azərbaycan torpaqlarında Zəngəzur qəzası Rusiyanın yaratdığı ilk inzibati ərazi vahidlərindən biri olmuşdu. Zəngəzur qəzası Azərbaycan ərazisi kimi 1867-ci ildə Azərbaycanda yaradılan Yelizavetopol (Gəncə) quberniyasının tərkibinə verilmişdi. Zəngəzur Rusiyada Sovet Sosialist İnqilabının qələbəsinin ilk illərinə qədər, yəni, (1920-ci ilə qədər) Gəncə quberniyasının tərkibində qalmışdı. Azərbaycanda 1920-ci ildə Sovet Hakimiyyəti qurulduqdan sonra SSRİ hökuməti Zəngəzur qəzasının Dərələyəz, Qafan, Mehri, Gorus və Qarakilsə bölgələri yenicə yaradılan Ermənistan vilayətinə birləşdirilməsi haqqında qərar verdi.

Ən yeni tarixdən hər kəsə məlumdur ki, Mehri rayonu sovet dövründə -1936-cı ildən SSRİ-nin süqutuna qədər Azərbaycanın Ermənistan ərazisindən nəqliyyat dəhlizi rolunu oynayıb. İndi Ermənistan rəhbərliyi Zəngəzur ərazisinin Ermənistana məxsusluğunu iddia etsə də, bunu sübut etmək üçün heç bir dəlil göstərə bilmir. Sovet hökumətinin qərarı ilə Zəngəzur Ermənistan Respublikasının tərkibində göstərilsə də, Ermənistanın və Rusiyanın Dövlət arxivlərində olan sənədlər də sübut edir ki, hətta sovet dövründə də Zəngəzur (Mincivan – Ordubad) nəqliyyat dəhlizinə məxsus bütün infrastruktur Azərbaycana məxsus olub. Dəhliz Araz çayı boyunca İranla həmsərhəd olduğuna görə bu əraziyə hətta Ermənistan vətəndaşları xüsusi icazələri olmadan Mehri şəhərinə, eləcə də Qərbi Zəngəzurun digər şəhər və qəsəbələrinə buraxılmayıblar. Ermənilər 70 illik sovet dövründə heç vaxt bu dəhlizə sərbəst şəkildə nəzarət edə bilməyiblər.

Zəngəzur dəhlizi Birinci Qarabağ müharibəsinə qədər Azərbaycanın nəzarətində olub. Stansiyalara və bütün infrastrukturlara nəzarət, qatarlara satılan biletlər Bakıya məxsus idi. Qatarların hərəkət cədvəlini və stansiyaların iş qrafikini Bakı təşkil edirdi. Dəhlizin təhlükəsizliyini Ermənistanın deyil, SSRİ sərhəd qoşunları ilə bərabər, Azərbaycan həyata keçirirdi.

1988-ci ildən Ermənistanda baş qaldıran qanunsuz silahlı dəstələr Mehri şəhərində də qatarların hərəkətinə mane olmağa, şəhəri qarət edib dağıtmağa və bəzi hallarda mənimsəməyə başladılar. Ermənistanda baş qaldıran separatizm bu ölkənin digər ərazilərində olduğu kimi, Mehri şəhərində də onlara aid olmayan hər şeyi məhv edir, dağıdır və ya mənimsəyirdi. Ermənilər şəhərdə XVII-XVIII əsrlərə aid 100-dən çox yaşayış evini, inzibati binaları, 10-dan çox tarix və mədəniyyət abidəsini və monumental heykəltəraşlıq nümunələrini, şose və dəmiryol infrastrukturlarını tamamilə dağıdıb, yandırıb yararsız hala saldılar. Bu gün “Mehri erməni şəhəridir” deyənlər bu dağıntıların nəyə görə törətdilməsinin izahını indiyədək verə bilmirlər. Mehri dəmiryol stansiyasının qarşısında erməni millətçisi Stepan Şaumyanın büstü sovet dövründə azərbaycanlılar tərəfindən inşa edildiyinə görə erməni separatçıları onu dağıtdılar. Halbuki, Stepan Şaumyan Bolşevik Rusiyası tərəfindən Azərbaycana göndərilən ən qaniçən erməni terrorçusu idi. Büstün dağıdılmasına səbəb onun Azərbaycan dövlətinin vəsaiti hesabına ucaldılması olmuşdu.

Beynəlxalq Memarlar Akademiyası Moskva şöbəsinin professoru, mədəni irsin araşdırılması üzrə ekspert, AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutunun əməkdaşı

Faiq İsmayılov




Baxış sayı: 1 297
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031