FACT-INFO.AZ » SİYASƏT » Azərbaycan bölgədə yaranan yeni reallıqların əsas hərəkətverici qüvvəsi kimi mövqeyini daha da möhkəmləndirir
30-01-2022, 11:55 | SİYASƏT
Azərbaycan bölgədə yaranan yeni reallıqların əsas hərəkətverici qüvvəsi kimi mövqeyini daha da möhkəmləndirir

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmaq, diplomatik əlaqələr qurmaq və sərhədləri açmaq istəyini bəyan edib. İki ölkə arasında xüsusi nümayəndələrin təyin olunmasından sonra xüsusilə Ermənistan tərəfdən dialoqun intensivləşməsinə maraq hiss olunur. Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan parlamentdə bildirib ki, Türkiyə hökuməti münasibətlərin normallaşması üçün ilkin şərtlər irəli sürməyib. Moskvada keçirilən ilk görüşdə tərəflər məqsəd və gözləntilər ətrafında müzakirə aparıblar. Ankara da öz növbəsində bəyan edib ki, əslində məqsəd münasibətlərin tam normallaşmasıdır. Ermənilər də bundan çox razıdırlar. Amma tam normallaşmaya aparan prosesdə xüsusi nümayəndələrin təyinatından başqa hansı addımlar atıla bilər? Xüsusi nümayəndələr bunun üzərində işləyir, növbəti görüşlərdə isə etimadın yaradılması istiqamətində atılacaq addımlar müzakirə olunacaq.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Könül Nurullayeva bildirib.

Deputat qeyd edib ki, növbəti mərhələdə Ermənistan rəsmilərinin Türkiyəyə səfəri baş tutacaq. Belə ki, Türkiyə tərəfinin dəvəti ilə Ermənistanın baş naziri Nikol Paşinyan, xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Rubin Rubinyanın Antalyada keçiriləcək diplomatik forumda iştirakı gözlənilir. Paşinyan özü də əslində dialoqun dinamikasının artmasını ölkəsi üçün fürsət adlandırıb. Həqiqətən də Azərbaycanla olduğu kimi, Türkiyə ilə münasibətlərin normallaşması daha çox Ermənistana lazımdır.

“Doğrudur, Türkiyə üçün qonşu ölkə ilə əlaqələrin qurulması regional inteqrasiya üçün əhəmiyyət kəsb edir. Ermənistan üzərindən daha geniş coğrafiyaya açılmaq, əlbəttə yeni imkanlar, bölgədə daha da möhkəmlənən nüfuz deməkdir. Ermənistan üçün isə həm Azərbaycan, həm də Türkiyə ilə əlaqələrin bərpası tək imkandır. Yəni, Azərbaycan və Türkiyə üçün bu normallaşma əlavə qazanc olduğu halda bu, Ermənistan üçün yeganə çıxış yoludur. Çünki 30 ildir, işğal siyasəti ucbatından özünü təcrid vəziyyətinə salan Ermənistan üçün indi yeni nəfəslik açılıb. Türkiyə tərəfinin verdiyi məlumata görə, fevral ayından etibarən qarşılıqlı uçuşlar başlayacaq. Bu isə çökmüş vəziyyətdə olan Ermənistan iqtisadiyyatı üçün hava və su qədər vacibdir” , - deyə K.Nurullayeva qeyd edib.

Deputat təəssüfləndiyini bildirib ki, Ermənistanda isə hələ də saxta soyqırımı iddialarını gündəmə gətirərək, normallaşmanı kəskin tənqid edən radikal qruplar var. Erməni lobbisi də normallaşmanın əleyhinədir. Lakin indiki vəziyyətdə lobbi Ermənistanda hökumətin qərarlarına təsirli təzyiq göstərmək gücündə deyil. ABŞ və Avropa İttifaqı da Ankara-İrəvan münasibətlərinin normallaşmasında maraqlı olduğunu açıqlayıb. Doğrudur, Qərbdə bu normallaşmaya Ermənistanın Rusiyadan asılılığının azalması ümidi ilə yanaşırlar. Lakin ilk görüşün məhz Moskvada keçirildiyini nəzərə alsaq, Ermənistanın hətta Türkiyə və Azərbaycanla əlaqələri bərpa etsə belə, forpost imicindən xilas olacağı inandırıcı görünmür.

“Beləliklə, Azərbaycanın öz ərazilərini işğaldan azad etməklə yaratdığı yeni reallıqlardan biri də budur. Bu gün bütün dünya Cənubi Qafqazda normallaşma prosesini Azərbaycanın böyük Qələbəsinin nəticəsi kimi dəyərləndirir. Azərbaycan öz ərazilərini işğaldan azad etməsəydi, Ermənistanın bu gün Ankara ilə münasibətlərinin normallaşmasından danışmaq mümkün olmazdı” , - deyə Könül Nurullayeva vurğulayıb.

Deputat qeyd edib ki, Azərbaycan bölgədə yaranan yeni reallıqların əsas hərəkətverici qüvvəsi kimi bundan sonrakı mərhələlərdə mövqeyini daha da möhkəmləndirəcək.




Baxış sayı: 798
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031