FACT-INFO.AZ » XƏBƏR » Çox şükür illər sonra suya qovuşdurana
12-12-2021, 15:25 | XƏBƏR
Çox şükür illər sonra suya qovuşdurana

Şəkillərdəki qəhrəman oğulların gəncliyinə baxdıqca yanıb-tökülməmək mümkün deyildi. Ancaq Suqovuşanda anlayırsan ki, dəyərdi. Belə gözəl yerlər üçün canından, qanından keçməyə dəyərdi. Bu boyda dəyəri bizə canı bahasına bəxş edən oğulları rəhmətlə anırıq. Bizim insanlar burada doğma suyuna, əziz torpağına qovuşduqca şəhidlərin hər biri minnətdarlıqla yad ediləcək. Müharibədən sonra hərə bir hiss yaşadı axı:

Qürur, sevinc... Qələbə, zəfər... Şəhidlərə görə kədər, təəssüf... Mənim hissimin adı qisas idi. Müharibənin bir addımlığında, qorxu içində böyüdüyüm üçün balaca ürəyimdən mərhəməti sıxışdırıb, yerində qisası böyütmüşdüm. O zaman uşaq idim…

90-cı illərin ağır döyüşləri hələ də yuxularıma girir. Hər gecə yağış kimi yağan top mərmilərinin, raketlərin səsindən, evlərin dağıdılmasından, ölüm xəbərlərindən nə böyüklərdə, nə də biz uşaqlarda ürək qalmışdı. Səksəkə ilə yatağımıza girəndə gələcəklə bağlı çəhrayı xəyallar qurmaq əvəzinə, mərmilərin od qırmızısına boyadığı qaranlığı yaşayırdıq. Gündən-günə vəziyyət gərginləşir, ağırlaşır, pisləşirdi.

Hamının atası silahı oldu-olmadı könüllü döyüşə gedir, analar uşaqlarının əlindən tutub rayonu tərk etməmək üçün nə mümkündür edirdi. Məktəbə gedəndə qəfil top səsi eşidən kimi divarın dibinə uzanardıq. Sonra üst-başımızı çırpıb yolumuza davam edərdik. Bir gün atılan mərmilərdən biri dərsin ortasında bizim 6 saylı məktəbin həyətinə düşdü. Qəlpələr bütün pəncərələri çilik-çilik etdi. Çantalarımızı götürmədən evə tərəf qaçdıq. Uşaqların qiyamət çığırtısı ilə, pərən-pərən düşdüyü o günləri xatırlayanda elə bil o həyəcanı təkrar yaşayıram. Bizim məktəb zəngi yadımda deyil, elə hey partlayış, dağıntı, toz-duman bir də çilik pəncərələr gözümün qabağından, qulağımın yaddaşımdan getmir. Həmin vaxt təhsilin yox canımızın hayında idik. Çünki doğma məktəbimiz hərbi kazarmaya çevrildi.

Valideynlərimiz bizi müharibədən uzaqlaşdırmaq üçün Bərdədəki qohumların evinə aparardılar. Günlərin birində gəldilər ki, bəs hazırlaşın gedirik evimizə. Qarşıdan Novruz bayramı gəldiyi üçün bayramı birlikdə evimizdə qeyd edəcəkdik. Çox sevincək halda yola düşüb evimizə gəldik. Baharın gəlişini, qoxusunu sanki öz həyətimizdən hiss edirdik. Həmin gün axşama kimi ancaq həyətdə oynayıb, ağaclara, güllərə su verdik, alaq otlarını təmizlədik. Nəhayət axşam düşdü, anam hər kəsi süfrə başına səslədi. Onu da deyim ki, hər axşam işıqlar söndürüldüyü üçün bayram süfrəsinə bütün pəncərələri qalın pərdə ilə bağlayıb şam işığında toplandıq. Çünki işıq gələn tərəfə mərmirlər yağdırırdılar.

Elə ona görə də bayram tonqalı yandırmaq, təntənəli şəkildə qarşılamaq imkansız oldu. Qaz və ışıq olmadığı üçün evi bir az odun peçi ilə isidib yatağımıza girdik. Bir də o zaman ayıldım ki, anam hər iki qollarımdan tutub çarpayıda məni yatılı halımla dik tutub, “ay bala oyan” deyib qışqırır. Artıq oyanmışdım, ancaq baş verənləri dərk edə bilmirdim. Top-tufəng səsləri, qonşuların çığırtısı, hələ üstəlik həyəcan siqnalı…

– Bəli həyəcan siqnalı…

– İlk dəfə o gecə eşitdim həmin siqnal səsini. Bu, hər kəsin təcili rayonu tərk etməsi demək idi. O gecə Tərtər alışıb yanırdı, göylər qıpqırmızı rəngə boyanmışdı. İnsanlar başını elə itirmışdi ki, hansı istiqamətə getməsini bilmirdilər. Güllələr başımız üzərindən durmadan elə yağırdı ki, nə qaçması mümkün idi, nə də qalması. Birdən küçəmizə böyük hərbi maşın daxil oldu. Bir yaşlı kişi ilə, cavan oğlan maşından düşüb kimliyinə baxmadan bütün qadınları, qızları, uşaqları çiyinlərindən tutub maşına mindirirdilər. Bunlar bizdən aşağı küçədə yaşayan, könüllülər dəstəsinə qoşulan əmi-bala idi.

– Ermənistan silahlılarına qarşı döyüşə girən o qəhrəman əmi-balanın səhərə yaxın şəhid olduğu xəbərini alan hər kəsin ürəyi yeddi yerə parçalandı. Həmin səhəri yol kənarında çox məyus, ümidsiz, çarəsiz açdıq. İndi ifadə edə və sözlərə sığdırıb, izah edə, ad qoya bilmədiyim bu hisslərin hər biri yuxarıda yazdığım həmin qisası əkdi, cücərtdi, böyütdükcə-böyütdü ürəyimdə. Suqovuşanda o qisası alınmış hiss etdim. Ciyər dolusu nəfəs aldım, ürək dolusu ah çəkdim. Ürəyim böyümüşdü. Köksümə sığmırdı, daha sıxılmırdı, sancmırdı. Burda müharibə xatirələrimi, travmalarımı, qorxulu yuxularımı suya danışdım. Uşaq yaddaşımın Tərtərdəki müharibə yaraları Suqovuşanda sağaldı. Təşəkkür sülh üçün əks-hücum əmri verənə, rəhmət qələbə üçün canından keçənə və çox şükür illər sonra suya qovuşdurana.

"Uşaqların Gələcəyi Naminə" İB-nin sədri

Könül Quliyeva




Baxış sayı: 865
Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib Dünən, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb Dünən, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub Dünən, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov Dünən, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? Dünən, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir Dünən, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır Dünən, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Dünən, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Dünən, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Dünən, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib 19-10-2026, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib 19-10-2026, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" 19-10-2026, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031