2021-08-16 21:45:07 | QHT VƏ MEDİA
Muğankənddə nələr baş verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ədalətli və vətənpərvər insandır.

Cənab Prezident çıxışlarında dəfələrlə vurğulayıb ki, “Mən, xalqın xidmətçisiyəm!” İlham Əliyev şəhər və rayon rəhbərlərini vəzifəyə təyin edəndə 1 nömrəli vəzifə olaraq tapşırır ki, əhali ilə canlı ünsiyyət qurun, onların problemlərini imkanlarınız daxilində həll etməyə çalışın. Bu yaxınlarda Biləsuvar rayonunun İcra Hakimiyyətinə Başçı təyin edilən Faiq Qürbətov da ədalətli insandır. Şəxsən tanıdığımız üçün əminik ki, o, rəhbərlik etdiyi komanda ilə birgə rayon əhalisinin sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün çalışan bir məmurdur. Üstəlik, istər I, istərsə də II Vətən müharibələrində düşmən üzərində tarixi qələbənin qazanılmasında Biləsuvarın mərd oğul və qızlarının da müstəsna xidmətləri var. Ancaq elələri də var ki, nəinki Biləsuvarın İcra Başçısının, hətta Prezident İlham Əliyevin də adına ləkə gətirirlər. Bizə elə gəlir ki, Biləsuvarın Muğankənd kəndində yaşayan Abdulla Cəfərov, Xəyal Cəfərov (el arasında Xəlil deyə çağrılır), İbrahim və Əlövsət Hətəmov qardaşları, həmçinin, Müdafiə Nazirliyinin cəbhə xəttindəki “N” hərbi hissəsinin zabiti, kapitan Ayaz Cəfərov, Aqil Cəfərov avqustun 9-da törətdikləri faciə ilə həm rayon, həm də kənd əhalisinin nifrətini qazandılar. Redaksiyaya daxil olan məlumata görə bu şəxslər əslən Yardımlı rayonunun Peşdəsər kəndindəndilər. Aqil Qəmbər oğlu Cəfərov və digərləri Azərbaycan Respublikasının sabiq Müdafiə Sənayesi Naziri, mərhum Yavər Camalov və Milli Məclisin deputatı, Prof. Musa Qasımlının yaxın qohumlarıdır.

Muğankənddə yaşayan əhalinin dolanışığı əsasən kənd təsərrüfatı və heyvandarlıqladır. Kəndin tanınan ziyalılarından biri də Allahverdi Rüstəmovdur. Allahverdi müəllim uzun müddət Biləsuvar rayon Səhiyyə Şöbəsində mühasib işləyib. O, ömür-gün yoldaşı Sürəyya Əliyeva ilə birgə övladlarını halallıqla böyüdüb. 4 övladın hər biri ali təhsillidir. Kəndin əsas problemlərindən biri fərdi təsərrüfatların və ya həyətyanı sahələrin suvarılmasıdır. Avqustun 9-u axşam saat 21-00 radələrində Allahverdi müəllim, övladları Xalid və Elçinlə birgə pay torpağını suvarmaq üçün əkin sahəsinə gəlir. Bu zaman yuxarıda adları qeyd olunan şəxslər də orda peyda olurlar. Ali təhsili olmayan Abdulla Cəfərov deyir ki, Allahverdi, Yardımlı camaatı Biləsuvarda söz sahibidir. Biz, suvarmanı bitirməmiş, imkan verməyəcəyik ki, Siz torpağınızı suvarasız. Allahverdi müəllim, oğlu Xalidlə birgə söz-söhbətdən qaçıb razılaşır, evlərinə getmək istəyərkən Abduula mübahisəni davam etdirir. Bu zaman Aqil, Elçinin boyun nahiyyəsinə möhkəm zərbə endirir.

Yalnız bundan sonra bir neçə dəfə cərrahi əməliyyata məruz qalmış Allahverdi müəllim, ağır xəstəlik keçirmiş Xalid müəllim Elçinə kömək etməyə çalışırlar. Qızmış beyinlər Elçini maşından düşürüb su ilə dolu olan kanala atırlar. Burda bizi ən çox təəccübləndirən, Müdafiə Nazirliyinin hərbi qulluqçusu Ayaz Cəfərovun qeyri-qanuni hərəkətləridir. Xalid müəllim Ayazı görcək elə bilir ki, qarşıdurmanın qarşısı alınacaq. Əksinə Ayaz deyir ki, avtomobilin işıqlarını söndürün, sonra zərbə vurun. Və özü də Xalidgilə zərbə vurur. Biz, Allahverdi Rüstəmovla əlaqə saxladıq. Bildirdi ki, hər 2 oğlu dövlət orqanlarında qüsursuz çalışır. Abdulla, Xəyal, Aqil və Ayaz Cəfərovlar(hamısı əmioğludur), həmçinin, Əlövsət və İbrahim Hətəmovlarla heç bir vaxt ədavətləri olmayıb. Onların nəyə görə bu cür amansız davrandıqlarından da məlumatsızdırlar. Biləsuvar Polis İdarəsində CM-nin bir neçə maddəsi ilə cinayət işi açılıb. Elçin Rüstəmov Bakı şəhərindəki şəfa ocaqlarından birində müalicə olunur. Tibbi ekspertizanın nəticələri də məlumdur.Həkimlərin dediyinə görə, E. Rüstəmov qapalı kəllə-beyin travması, baş-beynin əzilməsi diaqnozu ilə xəstəxanaya yerləşdirilib (postravmatik vəziyyət).

Dəyərli dostlar, bu yaxınlarda AR Milli Məclisinin sabiq deputatı Eldəniz Səlimovla əlaqədar verilən qərarın şahidi olduq. Milli Məclisin qərarı ilə onun deputatlıq toxunulmazlığı ləğv edildi və həbs olundu. Görünür, maddi imkanları daha çox olan Qəmbər Cəfərov( mərhum Yavər Camalovun yaxın qohumu), onun oğlu Aqil, digər yaxın qohumları özlərini Muğankəndin “qoçuları” adlandırıblar. Əminik ki, aidiyyəti dövlət orqanlarının rəhbərləri bu özbaşınalığın qarşısını vaxtında alacaqlar.

P.S.Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.

P.S.S. Biz, bu mövzuya yenidən qayıdacağıq.

Şamil Sabiroğlu,

Əvəz Bəşiroğlu.

Medonline.az və xebertv.az saytlarının xüsusi müxbirləri.

Baxış sayı : 164
Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42 Xudayar Yusifzadənin şəhid olmasından bir il ötdü 2021-10-22 11:00:39