2021-06-24 08:30:27 | TƏDQİQATLAR-ANALITIKA
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi Ermənistanda azərbaycanofobiyaya dair hazırladığı hesabatın ingilis versiyasını təqdim edib

Sülhə doğru getmək istəyiriksə, Ermənistanda kök salmış Azərbaycanofobiya problemi həll edilməlidir. Bu fikirlər Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində (BMTM) “Ermənistanda azərbaycanofobiya: Ermənilərin müharibədən əvvəlki və postmüharibə dövründəki ritorikasında nifrət nitqi” adlı hesabatın ingilis versiyasının təqdimatı zamanı səsləndirilib.

İki hissədən ibarət tədbir hesabatın təqdimatı ilə başlayıb, sonra Ermənistandakı seçkilərin nəticələrinə dair müzakirələrlə davam edib.

Tədbiri açan BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib: “Hazırda hər iki cəmiyyətdə problemlər olmasına baxmayaraq Ermənistanda azərbaycanofobiya daha dərin köklərə malikdir. Azərbaycanofobiya Ermənistanda yalnız sosial mediada müşahidə edilmir, eyni zamanda dövlət tərəfindən idarə olunan bir siyasətdir. Ermənistanda azərbaycanlılarla bağlı formalaşdırılmış mifoloji baxış əslində müəyyən dərəcədə İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbə qazanmasına kömək edib”.

Ermənistandakı parlament seçkiləri haqqında danışan Fərid Şəfiyev bildirib ki, seçkinin nəticələri bir az ümidverici olsa da yenidən seçilən hökumətin siyasətinin nə olacağını dəyərləndirmək üçün çox tezdir. “Seçkilərin nəticələri daha çox Ermənistan əhalisinin Koçaryan rejiminə qarşı bir seçimi idi. Ermənilər həm də islahatların davam etdirilməsinin lehinə seçim etdilər. Paşinyan hakimiyyəti demokratiya demək deyil. O, yalnız ermənilər üçün demokratiyadan danışırsa, bu irqçilikdir. Unutmamalıyıq ki, Gəncədə mülki şəxslərə qarşı gecə saatlarında raket atmaq əmrini Paşinyan vermişdi”, – deyə Fərid Şəfiyev qeyd edib.

Baxış sayı : 228
“Narkomaniyaya qarşı mübarizə və vətəndaş cəmiyyəti” mövzusunda ictimai müzakirə keçirilib 2021-09-18 19:30:13 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Reza Deqati Nizami Gəncəvinin dağıdılmış büstü barədə paylaşım edib 2021-09-18 11:35:11 Ağdamda beynəlxalq konfrans keçirilir 2021-09-18 10:00:06 Azərbaycanda Milli Musiqi Günüdür 2021-09-18 08:45:47 “BBC News”: Keçmişlə gələcəyin astanasında olan Azərbaycan mədəniyyəti ziyarətçilərə unudulmaz təəssürat bəxş edir 2021-09-17 11:10:36 Əhməd İsmayılov: Avrasiya Media Forumu onlarla ölkədən yüzlərlə nümayəndənin birləşdiyi beynəlxalq ünsiyyət platformasıdır 2021-09-17 10:15:50 Əcnəbi media Oxçuçayın çirkləndirilməsindən yazdı 2021-09-17 10:10:00 "Ermənistanı məsuliyyətə cəlb etmək üçün məhkəməyə müraciət edəcəyik" 2021-09-17 09:45:10 Fəlsəfə doktoru Zəkulla Bayramlının polis özbaşınalığı ilə bağlı müraciəti 2021-09-17 09:05:17 Əlaqələndirmə Qərargahının iclasında bir sıra vacib məsələlər müzakirə olunub 2021-09-16 19:05:36 XİN Fransa Milli Assambleyası üzvünün Xankəndiyə qanunsuz səfərinə münasibət bildirib 2021-09-16 12:30:22 Oxçuçay problemi BMT iclasında müzakirəyə çıxarılıb 2021-09-16 09:20:59 Məcburi köçkünlərin xatirələri barədə videoçarxlar hazırlanır 2021-09-16 08:55:38 Sabir Rüstəmxanlı: Bu gün Azərbaycanın yürütdüyü siyasət Azərbaycan və Türkiyə vətəndaşlarının birliyini əks etdirir 2021-09-16 09:25:30 XVII Avrasiya Media Forumu keçirilib 2021-09-16 07:55:59 Ərdoğan Bakının işğaldan azad olunmasının ildönümünü təbrik edib 2021-09-15 18:05:27 Koronavirusun yeni ştamları yaranmağa davam edəcək - Baş infeksionist 2021-09-15 14:35:30 Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin təşkili ilə bağlı işlər aparılır 2021-09-15 10:35:31 Qafqaz-İslam Ordusu və Azərbaycanın xilası 2021-09-15 09:30:27 Hulusi Kılıç: Azərbaycan xalqı Qafqaz İslam Ordusunun tarixi xilaskarlıq missiyasını hər zaman qan yaddaşında yaşadıb 2021-09-15 09:05:57 15 sentyabr Azərbaycan-Türkiyə qardaşlığının tarixi sübutudur 2021-09-15 08:05:40 Prezident İlham Əliyev Cəlilabad və Şəmkirin yeni icra başçılarını videoformatda qəbul edib 2021-09-14 19:40:10 Şamil Ayrım: Azərbaycanla Türkiyə bir-birindən ayrılmaz iki hissədən ibarət bir Vətəndir 2021-09-14 11:30:25