2021-05-04 17:25:34 | SİYASƏT
Xarici İşlər Nazirliyi Ermənistanın bəyanatına cavab verib

“Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan ərazilərinin azad edilməsi ilə ölkəmiz bu ərazilərin bərpa və quruculuq prosesinə başlayıb”.

“Azərbaycanın 30 ilə yaxın işğal altında saxlanılan ərazilərinin azad edilməsi ilə ölkəmiz bu ərazilərin bərpa və quruculuq prosesinə başlayıb”.

Fact-info.az-ın xəbərinə görə, bu, Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Ermənistan XİN-in Azərbaycan tərəfindən Şuşada aparılan bərpa işləri ilə bağlı bəyanatına dair şərhində əksini tapıb.

“Hazırda bu ərazilərdə nəhəng yenidənqurma işləri həyata keçirilir, o cümlədən onilliklərlə davam edən Ermənistan işğalı zamanı yerlə yeksan edilmiş tarixi, mədəni və dini irsimiz bərpa olunur.

Şuşa şəhərində həyata keçirilən geniş miqyaslı quruculuq işləri çərçivəsində məscidlər, tarixi abidələr, məqbərələr, ev-muzeyləri, eləcə də Qazançı kilsəsi bərpa edilir. Qeyd etmək istərdik ki, bu yenidənqurma işləri Şuşanın tarixi simasının bərpa edilməsi məqsədilə, məhz orijinal memarlıq üslubuna uyğun olaraq həyata keçirilir.

Eyni zamanda onu da vurğulamaq istərdik ki, Şuşadakı Qazançı kilsəsinin 200 metrliyində “İsgəndər M” raketinin qalıqlarının tapılması və yalnız xoşbəxtlikdən bu faciənin baş verməməsi onu göstərdi ki, bu ölümcül silahla Ermənistan bütün şəhəri, o cümlədən “dəyər verdiyi” kilsəni belə məhv etməyə hazırdır.

Ermənistan Xarici İşlər Nazirliyinə xatırladırıq ki, qonşu dövlətin ərazilərini onilliklər ərazində qanunsuz hərbi işğal altında saxlayan Ermənistandan fərqli olaraq, torpaqlarını azad edən Azərbaycan üçün ərazisindəki hər bir abidə, bina, daş belə dəyərlidir; onların yenidən qurulması və qorunmasına dövlət səviyyəsində əhəmiyyət verilir.

Ermənistana gəldikdə isə, bu ölkənin Azərbaycanın ərazilərində törətdiyi vəhşiliklər göz qabağındadır. Ermənistan bu ərazilərdəki mədəni və tarixi irsin xarakterini sistematik və qəsdən məhv edib və ya dəyişdirib, o cümlədən muzeylərin mülkiyyətində olan əlyazmalar və digər dəyərli eksponatlar yox edilib və yaxud onlar oğurlanaraq qara bazarlarda satışa çıxarılıb, Azərbaycanın xalçaçılıq sənətinin dəyərli nümunələri talan edilib, yüzlərlə mədəniyyət müəssisəsi, 4,6 milyon kitab fondu olan 927 kitabxana, 100 mindən artıq eksponatın toplandığı 22 muzey və muzey filialı, 4 rəsm qalereyası, 8 mədəniyyət və istirahət parkı, habelə Füzuli rayonu ərazisində dünyanın ən qədim yaşayış məskənlərindən biri – Azıx mağarası, Şuşa Dövlət Tarix-Memarlıq Qoruğu erməni vandalizminin qurbanına çevrilib.

Bütün bu vəhşiliklərə, beynəlxalq öhdəliklərin pozuntusuna səbəb olan bir ölkənin Azərbaycan tərəfindən öz ərazisində aparılan bərpa-quruculuq işləri ilə bağlı hər hansı şərh verməyə mənəvi, ya da hər hansı hüquqi əsası yoxdur.

Bu gün Azərbaycan Ermənistanın təcavüzkar siyasətinin, törətdiyi vandallıqların ağır nəticələrini aradan qaldırır, odur ki, belə olan halda Ermənistan XİN-in əsassız iddialar deyil, üzrxahlıq bəyanatı ilə çıxış etməsi daha doğru olardı”, - deyə qeyd olunub.

Baxış sayı : 128
Ombudsman minalanmış ərazilərlə bağlı BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına müraciət edib 2021-05-13 08:55:45 Bu gün yenə Tarix yazıldı! 2021-05-13 08:50:21 Şuşada atəşfəşanlıq oldu 2021-05-12 20:55:25 Prezident İlham Əliyev Şuşada yeni məscidin təməlini qoyub 2021-05-12 14:15:49 Faşist Njde ermənilərin ideoloquna çevrilib - Deputat 2021-05-12 11:35:08 Şuşada «Xarıbülbül» müsiqi festivalı başlayır 2021-05-12 11:20:45 Prezident Azərbaycan xalqını Ramazan bayramı münasibətilə təbrik edib 2021-05-12 08:40:27 İrəvana imtiyazlar vermək Moskva üçün yeni risklər yaradır 2021-05-12 08:20:27 "Mina xəritələrinin verilməsi məsələsi tezliklə həll olunmalıdır" 2021-05-11 19:30:54 Mayın sonuna kimi Ermənistanla sərhəddə 6 yeni hərbi hissə istifadəyə veriləcək - DSX 2021-05-11 17:55:20 Türkiyədə Azərbaycanın şanlı Qarabağ Zəfərinə həsr olunan mahnı bəstələnib 2021-05-11 09:45:44 Ermənistanda revanşist bəyanatlar xəstə neofaşist təfəkkürdən qaynaqlanır 2021-05-11 09:05:46 Vaşinqtonda ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümü anılıb 2021-05-11 08:05:03 Prezident İlham Əliyev Azərbaycan Televiziyasına müsahibə verib 2021-05-11 07:50:39 Prezident və birinci xanım ulu öndərin məzarını ziyarət ediblər 2021-05-10 13:00:18 Ermənilərin Gürcüstandakı növbəti təxribatı 2021-05-10 12:35:50 Ukraynada 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış abidə önündə tədbir keçirilib 2021-05-10 09:35:51 Şuşada Mehtər marşı ilə yürüş... - VİDEO 2021-05-10 08:20:18 Dünya Ermənistanda nasizmin yüksəldilməsi meyillərini müşahidə edir 2021-05-10 08:15:18 Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür 2021-05-10 08:00:52 Prezident və birinci xanım Həzi Aslanovun abidəsini ziyarət edib 2021-05-09 15:20:05 Dmitri Savelyev: Əminəm ki, Azərbaycan xalqının əməksevərliyi Ağdamı ən qısa müddətdə dirçəltməyə imkan verəcək 2021-05-09 09:35:05 Los Ancelesdə faşizm üzərində qələbə ilə bağlı film hazırlanıb 2021-05-09 09:20:05 Faşizm üzərində qələbədən 76 il ötür 2021-05-09 09:05:32