2020-11-24 09:00:33 | CƏMİYYƏT
Diqqət: Feyk xəbərlər...

.

İndi dünya qloballaşır, informasiya heç bir sərhəd tanımır - bu da müsbət haldır - amma bununla bərabər, dezinformasiya da heç bir sərhəd tanımır, feyk xəbər anlayışı 5-6 il bundan əvvəl mövcud deyildi. İndi bu, həqiqətdir və bunu etiraf edənlər dünyanın aparıcı ölkələrinin dövlət başçılarıdır. Onlar da bundan əziyyət çəkirlər.

İlham ƏLİYEV

Dünyanı cənginə almış feyk (yalan) xəbərlərdən ən çox Azərbaycan əziyyət çəkir. Vətən uğrunda gedən müharibədə işğalçı Ermənistanın və ermənipərəst qüvvələrin Azərbaycana qarşı təxribatı son vaxtlar daha da intensivləşib. Sosial şəbəkələrdə Azərbaycan adları altında saxta profillər açaraq feyk xəbərlər yayan düşmən bizə məxsus mail.ru poçt ünvanlarına azərbaycanlı adı ilə yalançı ünvanlardan məktublar göndərirlər. Düşmənin göndərdiyi məktubların birində bildirilir ki, guya ermənilər hücuma keçib, azərbaycanlılar arasında çoxlu şəhid var və əsirlər götürülüb, ordu da təşviş içindədir. Düşmən belə yalanlarla içərimizdə qorxu, vahimə yaratmağa səy göstərir, dövlətə, orduya inamsızlıq yaratmağa çalışır.

Döyüş meydanında məğlub olan ermənilər gücü veriblər feyk xəbərlərə. Belə xəbərləri əsasən Rusiyadakı "Life News" media holdinqin sahibi Aram Aşotoviç Qabrelyanovun rəhbərlik etdiyi qrup hazırlayır. Qabrelyanovun İrəvana ezam olunmuş 6 nəfər əməkdaşı orada bilavasitə feyk istehsalı ilə məşğul olan qrupla birlikdə yalançı fotolar, videolar, səs yazıları və s. hazırlayırlar.

Rusiyanın siyasi analitiki Denis Korkodinov deyir ki, işğal olunmuş torpaqları itirdikcə İrəvan öz sifətini də itirir. Azərbaycan Ordusu qarşısında duruş gətirməyən düşmən yalanlarla təsəlli tapır, öz xalqını inandırmağa çalışır ki, guya Azərbaycan Ordusunun hücumlarının qarşısını alır. Məsələn, İngiltərənin "Röyter" informasiya agentliyinin məlumatına əsasən, ermənilərin Azərbaycana aid helikopterini "vurmaları" kimi təqdim etdiyi videokadrların bu ilin fevral ayında Suriyada lentə alındığı məlum olub. Ermənistanın digər məlumatı da açıq-aşkar feyk məlumatdır. Azərbaycan əsgərinin erməni əsirləri güllələməsi videosu bizi beynəlxalq aləmdə gözdən salmağa hesablanmış yalandır. Müdafiə Nazirliyi bu məlumatın saxta olduğunu, Azərbaycanın hərbi qulluqçularına aidiyyatı olmadığını bildirib.

Qışqıra-qışqıra danışmağı xoşlayan bu xalq yalan informasiya yaymaqda məşhurdur. Erməni tarixinin atası sayılan Movses Xorenasi öz erməniləri haqqında yazır ki, "Ermənilər həqiqəti inkar etməyi xoşlayırlar. Ermənilər böyük-boyük danışmağı xoşlayan, ikiüzlü millətdir". Bu ikiüzlü millətin bir nümayəndəsi də qondarma respublikanın "təhlükəsizlik şurası"nın katibi Samvel Babayandır. O, sentyabr ayında Qarabağ gəncləri ilə görüşüb Azərbaycan ərazisinin növbəti işğal planı ilə onları tanış edib. Plana görə, düşmənin növbəti hədəfi Gəncə və Goranboy olmalı idi.

"Tarix indiyədək Azərbaycan kimi qorxaq bir dövlət görməyib" - deyən baş nazir Paşinyan, bu gün artıq Azərbaycan ordusunun ayaq səslərindən qorxuya düşərək müxtəlif ölkələrin dövlət başçılarına zəng edib müharibəni dayandırmağı yalvarır. Qondarma respublikanın prezidenti Araik Arutunyan da Putinə yaltaq bir məktub yazıb, müharibənin dayandırılması üçün ona yalvarır.

Əli hər yerdən üzülən Paşinyan indi də Avropanı Türkiyə ilə şantaj edir: "Türkiyəyə lazımi cavab verilməsə, Avropa yenidən türkləri Vyana qapılarında görəcək. Avropa dərhal bizə kömək etməlidir. Qarabağ və Ermənistan sonuncu divardır". Qarabağ müharibəsində Türkiyənin Azərbaycana mənəvi dəstəyi Ermənistanın XİN-in mətbuat katibini də dilə gətirib. Bu qadının ürəyindən keçənə bax: "Biz Türkiyəyə cavab verməliyik ki, Azərbaycanı yerində oturda bilək". Deyən gərək, heç Azərbaycana cavab verə bilmirsiniz, Türkiyəyə Azərbaycanla birlikdə necə cavab verəcəksiniz?!

Azərbaycanın haqq səsini bütün dünyaya yayan, ona mənəvi dəstək olan qardaş Türkiyənin bu müharibədə birbaşa iştirakı yoxdur. Lakin buna baxmayaraq, erməni və ermənipərəst mətbu orqanlar, telekanallar Türkiyəni Azərbaycana muzdlu döyüşçü gətirməkdə suçlayırlar. "Nezavisimaya qazeta" və "Moskovskiy komsomolets" qəzetləri Türkiyənin Ermənistanla vuruşmaq üçün Suriyadan Azərbaycana 500 muzdlu göndərdiyini, həmçinin, "İslam terrorçuları" gətirilməsi haqqında dezinformasiya xarakterli məqalələr yayıb. Qəzetlər yalan məlumatları Ermənistan KİV-dən götürüb tirajlayırlar. Amma özlərini müstəqil adlandıran bu qəzetlər "Svoboda" radiosunun saytında Rusiyanın "Vaqner" döyüşçülərinin ermənilər tərəfindən döyüşməsi xəbərinə göz yumur. Türkiyəyə məxsus F-16 təyyarəsinin Ermənistanın Su-25 təyyarəsini vurması barədə feyk xəbəri isə operativ yayır. Bütün təzyiqlərə baxmayaraq, Türkiyə Azərbaycana öz mənəvi və siyasi dəstəyini davam etdirir.

Qeyd edim ki, hələ 2017-ci ildə Avropa İttifaqı Rusiyadan qaynaqlanan dezinformasiya ilə mübarizə aparmaq məqsədilə euvsdisinfo.eu resursunu yaradıb. Bu internet səhifəsi 3 dildə - ingilis, rus, alman dillərində fəaliyyət göstərir. İnternet səhifəsində təxminən 8000 nümunə toplandığı dezinformasiya məlumat bazası mövcuddur. Bu dezinformasiyaların bir qismi Azərbaycanla bağlıdır. Rusiya kanallarında lövbər salan ermənilər bəzi rus jurnalistlərinin köməyi ilə antiazərbaycan təbliğatı aparır, yalan feyk məlumatlar uydururlar. Məsələn, çoxumuz rusiyalı jurnalist, teleaparıcı Vladimir Solovyovu yaxşı tanıyır. O, sentyabrın 30-da özünün "Soloyov Live" "Youtube" kanalında canlı yayım zamanı döyüşə gedən erməni gənclərinin hərbi komissarlıq qarşısında ruh yüksəkliyi ilə yola salındığını əks etdirən süjet göstərir. Kadrlarda Azərbaycan bayrağı görünür. Məlum olur ki, bu kadrlar Azərbaycanda çəkilib. Beləcə, ermənilər üçün canfəşanlıq eliyən Solovyov biabır olur. Yeri gəlmişkən, digər aparıcı Aleksandr Qordon Solovyovu televiziyada işə düzəltdiyinə peşman olduğunu dilə gətirib və "özümü Rusiyanın çoxmilyonlu auditoriyası qarşısında günahkar bilirəm" - deyib.

Tarixi ədaləti bərpa edən şanlı ordumuz işğal altındakı şəhər və kəndlərimizi azad etdikcə, məğlubiyyətini göz önünə gətirən düşmən sosial şəbəkələrdə, telekanallarda feyk xəbərlərin sayını artırıb, informasiya müharibəsini genişləndirib.

Sosial bəla olan yalan xəbərlər bir ölkənin daxilində deyil, bütün dünyanı əhatə edir. Hətta mən deyərdim, dövlətlərin işinə təhlükə yaradır. Bu təhlükəni hiss edən TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman feyk xəbərləri sunamiyə bənzədir.

Ermənistanın işğalçı rejimi müharibə başlayandan etibarən Azərbaycanın dinc əhalisinə qarşı qadağan olunmuş silahlardan istifadə edir. Azərbaycan Baş Prokurorluğunun məlumatına görə, oktyabrın 14-dək mülki əhaliyə edilən hücumlar nəticəsində 43 nəfər öldürülüb, 214 nəfər yaralanıb. Bu, dinc əhaliyə qarşı terrordur. Dünya kardır, kordur, görmür bu terroru. Düşmən o qədər həyasızlaşıb ki, mülki əhaliyə olan hücumları gizlətmir, onu reklam edir. Paşinyanın müşaviri, keçmiş müdafiə naziri Vaqarşak Arutunyan "Rusiya-1" telekanalında açıq şəkildə etiraf etdi: "Məqsədimiz Azərbaycanın mülki əhalisinə zərbələr endirməkdir".

Ermənistanın Arxelogiya və Etnoqrafiya İnstitutunun elmi işçisi Qriqori Ayvazyan isə "Politika.am" saytına açıqlamasında İrəvanın təxribatla bağlı gizli planlarını açıqlayıb: "Ermənistana indi Rusiyanın yardımı hava-su kimi lazımdır. Yerevan buna nail olmaq üçün Azərbaycana mütləq Ermənistan ərazisindən zərbə endirməlidir... Müharibə dünya ictimaiyyətinin maraqlarına toxunduqda onlar fəal hərəkətlərlə cavab verəcəklər. Biz Gəncəyə zərbələr endirdik, indi Bakıya, Sumqayıta zərbələr endirmək lazımdır ki, Azərbaycan Ermənistanı vurmaq məcburiyyətində qalsın". Düşmənin fitvasına baxmayaraq, Azərbaycan özünü təmkinli aparır.

Ermənistan diplomatiyası ABŞ və Rusiya prezidentlərindən dəstəyi ala bilmədiyindən bizi Dağlıq Qarabağın müstəqilliyini tanımaqla qorxudur. Düşmən ölkənin rəhbərinin bu hərdəmxəyal arzusuna Azrbaycan Prezidenti "Dağlıq Qarabağın müstəqilliyini tanıyan ölkə ilə əlaqələrimizi kəsəcəyik" - cavabını verdi.

Ermənistan və havadarları Azərbaycana qarşı feyk və iftiralar yaymaqla erməni cəmiyyətinə ruhdan düşməməyi məsləhət görürlər. Amma yanılırlar. İndi heç nəyi gizlətmək olmur. Müharibə meydanında uduzan Ermənistanı saxta feyk məlumatlar xilas edə bilməz.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ermənilərin feyk xəbərləri ilə bağlı Azərbaycan xalqına müraciət edib: "Rəşadətli Ordumuz əzəli Azərbaycan torpaqlarını erməni işğalından azad etmək üçün uğurlu əks-hücum əməliyyatı apardığı bir vaxtda düşmən öz məkrli niyyətini göstərməkdən əl çəkmir. Qızğın döyüşlərin davam etdiyi bütün həftə ərzində Ermənistan vicdansızcasına feyk xəbərlər tirajlayır. Mən sizin hər birinizi erməni təbliğatının feyklərini ifşa etməyə və erməni təcavüzü haqqında bütün mümkün platformalarda beynəlxalq birliyə çatdırmağa çağırıram".

Yanlış xəbərlərin qarşısını almaq üçün VI Bakı Beynəlxalq Forumunda da feyk xəbərlərin ciddi təhlükəyə çevrilməsinin fəsadları barədə müzakirələr aparılmış və qeyd olunmuşdu ki, rəqəmsal dövrə qədəm qoyduğumuz bir zamanda feyk xəbərlərin qarşısının alınması üçün KİV-in sıx əməkdaşlığı vacibdir.

Ermənistan Azərbaycana qarşı apardığı informasiya müharibəsində feyk xəbərlərdən bolluca istifadə edir. Bəs bu yanlış informasiyalara tutarlı cavab hazırlayıb beynəlxalq ictimaiyyətə çatdırmaq olmazmı? Olar. Sadəcə, zəhmətə qatlaşıb yeni saytlar yaradıb xarici dillərdə düşmənin yalanlarını faktlarla, dəlillərlə ifşa edib bütün dünyaya yaymaq lazımdır.

Sonda Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin bir xəbərdarlığını nəzərə çatdırmağı lazım bilirəm. Ermənilər Azərbaycan dilində saxta "Qarabağ bizımdir", "Boz Qurdlar", "Hərbi media" saytları yaradıblar. Bu adda saytlara rast gələndə diqqətli olmaq lazımdır.

Tarixi qələbədən əvvəl yazılmış yazıya sözardı

Artıq Qarabağın incisi, başının tacı Şuşanın 30 illik həsrətinə son qoyuldu. Rusiya, Azərbaycan və Ermənistan arasında üçtərəfli razılaşma Ermənistanın məğlubiyyəti, Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Üçrəngli bayrağımızın işğaldan azad olunmuş şəhər və kəndlərimizdə dalğalanmasını xalqımız sevinc göz yaşları ilə qarşıladı. Bu sevinci bizə bəxş edən şanlı Azərbaycan Ordusuna və Ali Baş Komandana minnətdarıq. Vətən müharibəsi sona çatdı, lakin informasiya müharibəsi davam edir.

Akif RÜSTƏMOV

BDU-nun professoru

Baxış sayı : 408
Strateji hədəflərə istiqamətlənmiş Füzuli Beynəlxalq Hava Limanı 2021-10-26 14:10:53 Şəhidlərimizi tanıyaq, tanıdaq 2021-10-26 09:45:27 Bərdədə ermənilərin raket atəşi nəticəsində dağıdılmış 215 tikili təmir olunub 2021-10-26 09:30:09 Azərbaycanda səfərdə olan isveçli jurnalistlər azad edilmiş rayonlara gedəcəklər 2021-10-26 09:25:33 Prezident İlham Əliyev: İkinci Qarabağ müharibəsi bizim gücümüzü göstərdi və milli ruhumuzu göstərdi 2021-10-26 08:15:27 44 günlük Vətən müharibəsinin xronikası: 26 oktyabr 2021-10-26 07:40:55 Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı ictimaiyyətinin nümayəndələrilə görüşüblər 2021-10-25 21:10:21 “3T Modeli ilə regionlarda Könüllü Turizm Pr-ı” layihəsi çərçivəsində görülmüş işlər 2021-10-25 16:50:51 Cahangir Zeynaloğlunun “Şirvanşahlar yurdu” kitabı Azərbaycan dilinə tərcümə edilib 2021-10-25 09:55:30 Quram Marxuliya: Azərbaycan Prezidentinin apardığı uğurlu siyasət gənc nəslin vətənpərvərlik ruhunda yetişməsində mühüm rol oynayıb 2021-10-25 09:35:22 Zəfər xronikası 25 oktyabr 2020-ci il: Prezident İlham Əliyev ABŞ-ın “Fox News” televiziya kanalına müsahibə verib 2021-10-25 08:50:16 İranla Azərbaycan arasında münasibətlər qarşılıqlı hörmətə əsaslanaraq davam edəcək 2021-10-25 07:30:25 Azərbaycan hərbi dənizçiləri Türkiyədə təcrübə kursunu başa vurublar 2021-10-25 07:10:30 Professor Surxay Musayev: “II Qarabağ müharibəsi zamanı həkimlərimiz üzərinə düşən vəzifəni yüksək səviyyədə yerinə yetirdi” 2021-10-24 21:00:18 Ermənistan: Uzaq məsafədən millətçiliyin çoxsaylı təhlükələri - Fransa jurnalı 2021-10-24 10:10:57 Zəfər xronikası 24 oktyabr 2020-ci il: Prezident İlham Əliyevin Fransanın “Figaro” qəzetinə müsahibəs 2021-10-24 09:55:17 Türk Şurası mediaforumunda "Birlikdən doğan Zəfər: Qarabağ" paneli keçirilib 2021-10-24 09:25:20 Azərbaycan səfirinin müsahibəsi Fransada nəşr olunan “Revue conflits" jurnalında dərc olunub 2021-10-23 11:35:14 Vətən müharibəsinin 27-ci günü: Xronika 2021-10-23 10:55:35 QHT Oğuzda günərzi mərkəzin fəaliyyətini təşkil edib 2021-10-23 09:35:16 “Azərbaycanın məqsədi qisas deyil, gələcək sülhə çağırışdır” 2021-10-23 08:30:19 İcitmai Nəzarət Mərkəzi 6 aylıq fəaliyyəti haqqında hesabat verdi 2021-10-22 21:10:26 Zakir Həsənov hərbi obyektlərin açılışında 2021-10-22 21:00:16 Klassik Azərbaycan şairinin əsəri Almaniyada nəşr olunub 2021-10-22 11:30:42