FACT-INFO.AZ » AKTUAL » Hulusi Kılıç: Azərbaycan və Türkiyə diasporları ermənilərin hücumları nəticəsində yaranmış gərgin vəziyyətdə birgə hərəkət etməlidirlər
27-07-2020, 07:40 | AKTUAL
Hulusi Kılıç: Azərbaycan və Türkiyə diasporları ermənilərin hücumları nəticəsində yaranmış gərgin vəziyyətdə birgə hərəkət etməlidirlər

Azərbaycanın və Türkiyənin dövlət adamlarına və diplomatlarına çoxsaylı terror aktları törədən erməni vandalları indi də dinc insanlarımızı hədəfə alıblar. Sülhsevər dünya ictimaiyyəti yubanmadan xarici ölkələrdəki erməni özbaşınalığına etirazını bildirməlidir. Heç kəs unutmamalıdır ki, illərdən bəri beynəlxalq terrorizmin aparıcı gücünə çevrilən erməni terrorizmi hər zaman ağır cinayətlər üçün fürsət axtarıb.

Fact-info.az-ın məlumatına görə, bu fikirləri Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıç AZƏRTAC-a müsahibəsində bildirib.

Erməni lobbisinin birbaşa təşkilatçılığı və himayədarlığı ilə dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən erməni terror təşkilatlarının və beyinləri qondarma “böyük Ermənistan” ideologiyası ilə zəhərlənən erməni gənclərin Azərbaycana və azərbaycanlılara qarşı gündən-günə kütləvi hal alan total hücumlarının bütün dünya üçün təhlükə mənbəyi olduğunu diqqətə çatdıran səfir Hulusi Kılıç deyib: “Təcavüzkar Ermənistan ordusunun iyulun 12-dən başlayaraq Azərbaycanın Tovuz rayonu istiqamətindən qardaş ölkəyə son hücumları bir daha göstərdi ki, bu ölkəni idarə edən şəxslər bütün proseslərə hələ də xəstə təxəyyüllə yanaşırlar. Bütün bunlar azmış kimi dünyanın müxtəlif ölkələrinə səpələnmiş erməniləri Azərbaycanın diplomatik nümayəndəliklərinə və azərbaycanlılara qarşı hücumlara təhrik etmək abırsızlığın son həddidir. İstər Ermənistandakı rejimi idarə edənlər, istərsə də erməni lobbiçiləri unutmamalıdırlar ki, artıq yalan və iftira ilə dünyada “məzlum erməni” obrazı yaratmaq zamanı çox arxada qalıb. Bütün baş verənlər, o cümlədən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara yaxşı məlumdur. İndi qəlbində azacıq vicdan və ədalət hissi olan şəxs dərhal internetdə baxır ki, Tovuz rayonu Azərbaycanın ərazisidir. Hər bir şəxs bu faktın arxasında dərhal hücumun məqsədini başa düşür. Belə bir vəziyyətdə xarici ölkələrdəki erməniləri küçələrə axıdıb günahsız inşalara həyati təhlükə yaradaraq, azərbaycanlıları qorxutmaq cəhdləri çox iyrənc bir siyasi niyyətdir”.

Azərbaycanın Fransa, ABŞ, Niderland, Böyük Britaniya, İsveç, Polşa, Avstraliya, Belçikadakı və digər ölkələrdəki diplomatik nümayəndəliklərinə, həmçinin xarici ölkələrdə yaşayan azərbaycanlılara qarşı kütləvi erməni hücumlarını vandalizm aktı kimi dəyərləndirən səfir deyib: “ASALA 1970-1980-ci illərdə 31 türk diplomatı və ailə üzvünü qətlə yetirib. Haqqında danışdığımız erməni hücumlarında iştirak edənlərdən birinin əynində ASALA yazılan köynək vardı. Lakin bunlar bizi qorxuda bilməz. Çünki haqq işi yolundayıq. Bunla belə, diqqətli və ehtiyatlı olmaq lazımdır. Prezident İlham Əliyevin dediyi kimi, bir millətin iki diasporu ola bilməz. Azərbaycan və Türkiyənin diaspor təşkilatları yubanmadan yaranmış gərginliyi birgə müzakirə edib dəyərləndirməli, ABŞ və Avropa ölkələri başda olmaqla böyük şəhərlərdə dinc aksiyalarımız genişləndirilməlidir. Hər bir erməni hücumu həm Ermənistanın işğalçı simasını, həm də erməni lobbisinin yalan və riyakarlıq üzərində qurulan təbliğatını ifşa edir. Xaricdəki bütün azərbaycanlı qardaşlarıma müraciət edərək deyirəm: səbir və təmkininizi pozmayın. Sizlərə edilən hücumlar vəhşilikdir. Azərbaycanın haqq işi, Qarabağın azadlığı naminə dözümlü, səbirli və mübarizənizi qətiyyən azaltmayın”.




Baxış sayı: 2 263
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30