Bundestaqın hakim Xristian-Demokrat/Xristian-Sosialist İttifaqı (CDU/CSU) fraksiyasının deputatı, İqtisadiyyat və enerji komitəsinin üzvü Mark Hauptmanın ofisi “Hauptman Ermənistanın təcavüzkarlığını pisləyir və sülhə çağırır” adlı mətbuat bəyanatı yayıb.
AZƏRTAC xəbər verir ki, deputat Azərbaycan-Ermənistan sərhədində baş vermiş qarşıdurmaya münasibət bildirərək vurğulayır ki, Ermənistan Azərbaycana qarşı təcavüzkar davranışı ilə öz mülki əhalisi də daxil olmaqla bütün bölgəni təhlükəyə atır. O, Ermənistanı Azərbaycan Silahlı Qüvvələrini atəşə tutmaqda və ağır artilleriyadan istifadə etməkdə ittiham edib.
Bəyanatda Azərbaycanın beynəlxalq hüquqla tanınmış sərhədləri daxilində yerləşən ərazilərinin Ermənistan tərəfindən işğal olunduğu və BMT-nin bunu dəfələrlə təsdiq etdiyi bildirir.
Alman deputat Minsk qrupuna çağırış edir, qrupun üzvü olan Almaniyanın digər dövlətlərlə birlikdə münaqişənin sülh yolu ilə həlli üzərində işləməli olduğunu bildirir. O, eyni zamanda, sülh yolu ilə həllin tapılmasına qədər Ermənistanı razılaşdırılmış atəşkəsə riayət etməyə, özünün və Azərbaycanın əhalisi üçün bundan sonra təhlükə yaratmamağa çağırır.
Baxış sayı: 1 054
President Ilham Aliyev's social media accounts shared post on ADEX 2026 exhibition
Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See
Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex
New York hosts Nizami Ganjavi International Center’s 37th high-level meeting
Foreign Ministry: Restoration of Azerbaijan's state sovereignty opened new opportunities for ensuring lasting peace in the region

