FACT-INFO.AZ » AKTUAL » “Opinione Publica” saytı azərbaycanlı diplomatın müsahibəsini yayıb
29-02-2016, 09:40 | AKTUAL
“Opinione Publica” saytı azərbaycanlı diplomatın müsahibəsini yayıb

Diplomat Azərbaycanda demokratik ənənələrin mövcudluğunu, hələ XX əsrin birinci yarısında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu, vətəndaşlara bütün hüquq və azadlıqların, müasir demokratik dövlətlərin bir çoxundan daha əvvəl qadınlara seçki hüququnun verildiyini qeyd edib. Bildirilib ki, Sovet hakimiyyəti dövründə belə Azərbaycanda demokratik dəyərlər gizli də olsa daim yaşadılıb və məhz bunun nəticəsində 1980-ci illərin sonlarında sovet hakimiyyətinə qarşı müqavimət göstərmək mümkün olub. 1990-cı il 20 Yanvar hadisələri isə bu müqavimətin ən parlaq səhifəsidir. Azərbaycan xalqı həmin günü təkcə faciə kimi deyil, eyni zamanda, istiqlal yolumuzun başlanğıcı, milli məfkurəmizin dönüş nöqtəsi kimi qeyd edir.

E.Heydərli Ermənistan-Azərbaycan münaqişəsi zamanı erməni vəhşiliyinin kulminasiyası sayılan Xocalı soyqırımı barədə də məlumat verib. Beynəlxalq birliyinin bu faciəyə biganə münasibətindən danışan diplomat diqqətə çatdırıb ki, erməni diasporu hər vəchlə bu soyqırımının unudulmasına, yaddaşlardan silinməsinə çalışır. Azərbaycan isə fəal şəkildə bu faciə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini davam etdirir.

İtaliyalı jurnalistin Avropa ölkələri ilə Azərbaycan arasındakı münasibətlərə dair sualına diplomat bu cür cavab verib: “Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən ölkədə demokratik dövlət quruculuğu həyata keçirilir, Avroatlantik qurumlarla sıx əməkdaşlıq qurulub, regional və qlobal iqtisadi layihələrə imza atılır”. E.Heydərli bildirib ki, Azərbaycan siyasi, iqtisadi, idman, mədəni və humanitar sahələrdə Avropaya töhfə verməkdədir. Bakıda keçirilən önəmli tədbirlərdən olan “Eurovision-2012” mahnı müsabiqəsi və ilk Avropa Oyunları bunun bariz nümunələridir. Lakin bəzi dairələrin Ermənistanın Azərbaycana qarşı təcavüzünə, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinə, Ermənilərin Xocalıda törətdikləri cinayətlərə etinasız yanaşması və işğalçını öz adı ilə çağırmaması ikili standartlardan xəbər verir.(Azərtac)

 

 




Baxış sayı: 1 873
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30