FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Paşinyan babası haqda məlumatları saxtalaşdırmaq istədi
28-05-2020, 12:25 | TƏDQİQATLAR-ANALITIKA
Paşinyan babası haqda məlumatları saxtalaşdırmaq istədi

Ermənistanın Xarici İşlər Nazirliyi bu ölkənin Baş naziri Nikol Paşinyanın babasının İkinci dünya müharibəsi illərində nasistlərlə əməkdaşlığı haqqında yayılan informasiya səbəbindən başlamış qalmaqalı aradan qaldırmağa çalışıb. Ancaq Ermənistan rəsmilərinin qalmaqallı nəşrləri təkzib etmək üçün yaydıqları məlumatlar bu dəfə də dezinformasiya olub.

info24.ru-nun yaydığı məlumata görə, Qələbə gününün 75-ci ildönümü ərəfəsində N.Paşinyan sosial şəbəkədə babası – Nikol Paşinyanın fotosunu paylaşaraq “138-ci diviziyanın 554-cü atıcı alayında xidmət etdi. Vətən uğrunda həlak olanların əbədi xatirəsinə” sözlərini yazıb.

Rusiya Müdafiə Nazirliyinin təşəbbüsü ilə yaradılan və Böyük Vətən müharibəsində həlak olanlar haqqında məlumatların toplandığı “Memorial” məlumat bankında Nikol Vartanoviç Paşinyan haqqında informasiya var. Həmin məlumat bankının materiallarına əsasən, Paşinyanın babası əsir düşüb, “düşmənlə əməkdaşlıq edib” və Ukraynanın qərbində Zvyaqeldə (hazırda Novoqrad-Volınskiy) vəfat edib.

Həmin qalmaqallı informasiyanı düzəltmək üçün Ermənistan XİN-i guya baba Nikol Paşinyanın adında qarışıqlıq yaranması barədə dəlil irəli sürüb. Nazirliyin bəyanatına görə, Yenekovan kəndindən iki nəfər - faşistlərlə əlbir olmaqda ittiham olunan Nikol Vartanoviç Paşinyan və erməni baş nazirin babası Nikol Arakeloviç Paşinyan cəbhəyə yollanıb. “Onun adını Rusiya MN-nin məlumat bazasında Qırmızı ordunun çavuş rütbəsi ilə də tapmaq olar”, - deyə Ermənistan XİN-in bəyanatında deyilir.

Ancaq bunun əksinə olaraq, “Memorial”da yalnız bir Paşinyan – nasistlərlə əməkdaşlıq edən Nikol Vartanoviç Paşinyan haqqında məlumatlar var. Nikol Arakeloviç Paşinyan haqqında isə axtarış nəticə verməyib. Bazada Paşinyan soyadı olan çox insan var, ancaq Nikolay adlı və 1913-cü il təvəllüdlü yalnız bir nəfərin – Nikolay Vartanoviç Paşinyanın məlumatları erməni baş nazirin babasının məlumatları ilə üst-üstə düşür.

“Nikolay Arakeloviç Paşinyan” sözləri üzrə axtarış zamanı “Xalqın yaddaşı” saytında bu məlumatların olduğu səhifə üzə çıxır. Ancaq Google-un keş yaddaşında Ermənistanın baş nazirinin babası ilə bağlı “rəsmi” informasiyanın olduğu səhifənin mayın 26-da silindiyi görünür. “Xalqın yaddaşı” saytı üzrə axtarış da Nikolay Arakeloviç Paşinyanla bağlı heç bir məlumatı üzə çıxarmır.

Yaddaşda saxlanılan səhifə Paşinyanın babası haqqında rəsmi məlumatların təsdiqlənməsi mərhələsində ola bilər, ancaq bu səhifə uzun müddət “yaşaya bilməyib”. Belə ki, saytın moderatorları məlumatların düzgünlüyünü yoxlayarkən səhifəni siliblər. Belə olan halda isə, saytda müharibə iştirakçılarının məlumat bazasında Nikolay Arakeloviç Paşinyan haqqında heç bir informasiya yoxdur.

Paşinyanın babası kiminlə vuruşub?

Müharibə zamanı 1913-cü il təvəllüdlü Nikol Paşinyandan bir müddət xəbər alınmayıb. Daha sonra isə onun düşmən tərəf keçdiyi məlum olub. Ermənistanın baş nazirinin babası Qaregin Njdenin rəhbərlik etdiyi SS legionunun tərkibinə keçmişdi. Bu legion isə nasist Almaniyası üçün döyüşürdü.

“Bu həmin insandır ki, müharibə vaxtı deyirdi: “Almaniyaya görə ölən Ermənistan üçün ölür”. Bu həmin insandır ki, təxribatçı fəaliyyəti çoxsaylı qurbanlara səbəb olmuşdu və təsadüfi deyil ki, müharibədən sonra SMERŞ tərəfindən həbs olundu, 25 il həbsə məhkum edildir və Vladimir həbsxanasında öldü”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev Qaregin Njdeni xarakterizə edib.

Ermənistanın Baş naziri çıxışlarında açıq-aşkar Qaregin Njdenin hərəkətlərinə haqq qazandırmağa çalışıb. Yerevanda rusiyalı jurnalistlərlə görüşündə Njdeni İvan Baqramyan və Vyaçeslav Molotovla müqayisə edib.

MDB ölkələrinin zirvə sammitində Azərbaycan prezidenti nasizmin qəhrəmanlaşdırılmasının yolverilməz olması məsələsini qaldırdı və Paşinyanın Njde haqqında dediklərini nümunə gətirdi.

Ünvanına səsləndirilmiş tənqidi şərh edən Paşinyan bu dəfə Njdeni yazıçı Aleksandr Soljenitsınla müqayisə edərək onların hər ikisinin düşərgə əsiri olduqlarını bildirmişdi.

“Soljenitsını faşistlərin əlaltısı ilə müqayisə etmək – sinizmin zirvəsidir”, - deyə İlham Əliyev sonda qeyd etmişdi.




Baxış sayı: 991
Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub Bu gün, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır Bu gün, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb Bu gün, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib Bu gün, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir Dünən, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm Dünən, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir Dünən, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30 Bakıda hərbi-mülki əməkdaşlıq təlimi keçirilib 6-11-2026, 12:00 Ombudsman Zəfər Gününün altıncı ildönümü ilə əlaqədar bəyanat yayıb 6-11-2026, 12:00 Qarsda 8 Noyabr – Zəfər Günü qeyd olunub 6-11-2026, 09:30 “Korkut Ata” film festivalı çərçivəsində “Azıx mağarası: Azərbaycanın beşiyi” filminin beynəlxalq premyerası olub 5-11-2026, 18:30 Şavkat Mirziyoyev Prezident İlham Əliyevi təbrik edib 5-11-2026, 18:00 “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 151-ci kitabı çapdan çıxıb 5-11-2026, 17:00 В БГУ открылась конференция на тему «Азербайджанское радио - 100: от национальной памяти к цифровым медиа» 5-11-2026, 16:30 From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan 5-11-2026, 16:30 Zəfər Günü münasibətilə virtual sərgi və elektron məlumat bazası hazırlanıb 5-11-2026, 13:00 Azərbaycan Özbəkistanla rəqəmsal hökumət sahəsində əməkdaşlığı müzakirə edib 5-11-2026, 11:00 Prezident İlham Əliyev: “ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir 5-11-2026, 10:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30