FACT-INFO.AZ » AKTUAL » Fərid Şəfiyev: Liberal dəyərlər işğal və etnik təmizləmə siyasəti üzərində qurula bilməz
22-05-2020, 17:10 | AKTUAL
Fərid Şəfiyev: Liberal dəyərlər işğal və etnik təmizləmə siyasəti üzərində qurula bilməz

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin “Eurasia Review” nəşrində Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində keçirilmiş qondarma inauqurasiya mərasiminə dair “Liberal dəyərlər işğal və etnik təmizləmə siyasəti üzərində qurula bilməz” adlı məqaləsi dərc olunub. Fact-info.az trend-ə istinadən məlumat verir ki, məqalədə bildirilir ki, Azərbaycanın işğal olunmuş torpaqlarında martın 31-i və aprelin 14-də keçirilmiş seçkilər bir çox beynəlxalq aktor və ölkələr tərəfindən pislənib: “Bu seçkilər BMT Təhlükəsizlik Şurasının qərarlarına zidd olaraq Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış tanınmayan siyasi quruluşu legitimləşdirmək istiqamətində növbəti uğursuz cəhddir”. Müəllif əlavə edir ki, yerli qondarma rəhbərlik Qarabağ regionunda aşkar edilmiş koronavirus infeksiyasının insanlar üçün yaratdığı təhlükəni görməzdən gəldiyi üçün seçkilərin keçirildiyi vaxt da geniş şəkildə tənqid olunub: “Seçkilər yerli icmanın vacib hissəsi olan azərbaycanlıların etnik təmizləmə yolu ilə qovulduğu bölgədə keçirilib. Bu insanlar indi də öz rayonlarına giriş imkanlarından məhrum edilib. Bu vəziyyət BMT Təhlükəsizlik Şurasının işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş torpaqlarından dərhal çıxarılmasını tələb edən 4 qətnaməyə rəğmən davam edir”.

Bildirilir ki, Azərbaycan hökuməti də bu “seçkilər”i pisləyib və bir daha bəyan edib ki, Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanın işğal olunmuş torpaqlarından çıxarılması, azərbaycanlıların doğulduğu torpaqlara geri qayıtması və regionun erməni və azərbaycanlı icmaları arasında dialoq və əməkdaşlığın bərpa olunmasından sonra hansısa seçkilər keçirilə bilər.

Məqalədə qeyd olunur ki, Avropa İttifaqı, Qoşulmama Hərəkatı, NATO, ATƏT və digər beynəlxalqa təşkilatlar Azərbaycanın narahatlıqlarını bölüşərək seçkiləri tanımaqdan imtina ediblər. Eyni zamanda bu mövqe ATƏT-in Minsk qrupu həmsədrləri tərəfindən də nümayiş olunub və onlar bu seçkiləri Dağlıq Qarabağın hüquqi statusuna təsir kimi qəbul etmədiklərini bəyan ediblər.

“Bu insanlar nəinki qeyd edilin beynəlxalq sənədlərə, həmçinin siyasi sistemin demokratik olmasına imkan verən inklüziv vətəndaşlıq prinsiplərinə məhəl qoymurlar. Yerli icmanın “arzuolumaz” seqmenti hesab etdikləri etnik azərbaycanlıları qovmaqla ermənilər onların fundamental hüquqlarını görməzdən gəliblər və regionda hansısa demokratiyaya yer saxlamayıblar”, - deyə Fərid Şəfiyev bildirib.

Müəllif həmçinin beynəlxalq ekspertlərin post-sovet məkanında mövcud olan münaqişələrə qarşı ikili standart nümayiş etdirmələrindən bəhs edib. “Liberal dəyərlər qanunsuz işğal üzərində qurula və azərbaycanlı icmanın Dağlıq Qarabağdan qovulması ilə uzlaşa bilməz. Nə qədər ki, beynəlxalq ictimaiyyət və ekspertlər bu və ya digər etnik-ərazi münaqişələrinə kökündən yanlış olan yanaşmalarını nəzərdən keçirməyəcəklər və prinsipial mövqenin nümayiş etdirilməli olduğu həmin yerlərdə “neytrallıq” axtarışında olacaqlar sülhə nail olmaq çox çətin olacaq”.




Baxış sayı: 1 066
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30