FACT-INFO.AZ » AKTUAL » İqor Korotçenko: Paşinyanın susqunluğu çoxlu suallar yaradır
13-05-2020, 11:20 | AKTUAL
İqor Korotçenko: Paşinyanın susqunluğu çoxlu suallar yaradır

Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu rusiyalı ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko “Day.az”a müsahibəsində deyib.

Onun sözlərinə görə, bu gün təkcə Böyük Vətən müharibəsinin tarixini təkrar yazmaq cəhdləri ilə deyil, həm də faşistlərin və onların əlaltılarının qəhrəmanlaşdırılması ilə mübarizə məsələsi daha da aktuallaşır: “Biz görürük ki, nasizmin qəhrəmanlaşdırılması bir sıra ölkələrdə, o cümlədən Ermənistanda fəal şəkildə davam edir. Fikrimcə, bu proseslərin əsasında həmin ölkələrdəki milli elitaların marağı ilə bağlı siyasət dayanır. Nasizm əlaltılarının qəhrəmanlaşdırılması problemi bu gün mövcuddur, onunla mübarizə aparmaq lazımdır və İkinci Dünya müharibəsinin tarixinin təkrar yazılması imkanlarının qarşısını almaq lazımdır. Hər şey aydındır: anti-Hitler koalisiyası var idi, Hitler Almaniyası var idi və Hitler Almaniyasına kömək edənlər var idi”.

Ekspert vurğulayıb ki, Rusiya və Azərbaycanın bu məsələdə mövqeyi üst-üstə düşür: nasistlərin qəhrəmanlaşdırılması və tarixin hansısa maraqlara uyğun təkrar yazılması qəbulolunmazdır.

İ.Korotçenko, həmçinin Ermənistan Baş Naziri Nikol Paşinyanın mərkəzində olduğu iri beynəlxalq qalmaqala da toxunub:

“Vəziyyətin özü kifayət qədər qalmaqallıdır, rəsmi səviyyədə hələ də bir təkzib eşitməmişik və bu, təbii ki, suallar doğurur. Hesab edirəm ki, ilk növbədə erməni xüsusi xidmətlərinin reaksiyası olmalıdır. Niyə? Çünki, şübhə yoxdur ki, Paşinyan müxalifətdə olarkən, onu araşdırıblar. Aydındır ki, onun barəsində müvafiq dosye aparılıb. Sual olunur: hakimiyyət dəyişikliyindən sonra bu araşdırmanın axırı necə oldu? Dosye məhv edildi? Bəlkə, haradasa saxlanılır və Paşinyana qarşı təzyiq və hücum vasitəsi kimi istifadə oluna bilər? Qeyri-müəyyənlik bir çox suallar doğurur".

Ekspert vurğulayıb ki, N.Paşinyan hələ də ittihamlara cavab verməyib və əlavə edib ki, onun nasistlərin digər əlaltısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını qətiyyətlə müdafiəsi daha çox sual doğurur: “Bu qalmaqal Paşinyanın əlaltısına qoyulan abidəni müdafiə etmək cəhdləri ilə uyuşur. Njde barəsində hər şey aydındır. Onu həbs edən SMERŞ əkskəşfiyyat təşkilatının rəyi var, onun işi ilə bağlı sənədlər var və orada aydın şəkildə qeyd olunub: Qaregin Njde SSRİ ərazisində Qırmızı ordunun arxa cəbhələrinə göndərilməsi üçün təxribatçı dəstələr hazırlayırdı”.

Baş redaktor bildirib ki, beləliklə də heç bir siyasi mübarizədən söz gedə bilməz, o, cinayətkardır: “Ən qəribəsi də odur ki, Ermənistan onu qəhrəmanlaşdırır. Xatırladım ki, Rusiyada da Moskvanı müdafiə etmiş və buna görə ali mükafatlarla təltif olunmuş, amma sonra Almaniya ilə əməkdaşlığa getmiş general Vlasov olub. Njde ilə olduğu kimi general Vlasov da xəyanətkar, cinayətkar elan olunmuş və edam edilmişdi. Amma bizdə heç kim onu qəhrəmanlaşdırmağa çalışmır. Mən, əlbəttə ki, erməni KİV-lərini oxuyuram və hər dəfə onlar yazanda ki, Azərbaycan tərəfi Njdedən Ermənistana qarşı hücumlar üçün istifadə edir, bu, məni təəccübləndirir. Əgər Hitler Almaniyasının rəhbərləri sırasına ermənilər, erməni əsilli şəxslər olsaydı, bu gün onları qəhrəmanlaşdıracaqdınız? Bunu necə başa düşmək olar? Njde cinayətkardır”.

Rusiyalı ekspert Yerevanın mərkəzində Qaregin Njdeyə ucaldılan abidəni də xatırladıb: “Bu abidə hələ əvvəlki hökumətin dövründə ucaldılmışdı. Paşinyanın buna heç bir aidiyyəti yoxdur və o, həmin biabırçılığın örtülməsi barədə qərar verə bilərdi. Amma bu cür qərar qəbul olunmadı. Əksinə, Paşinyan onu müdafiə edir. Yerevanın mərkəzində nasist əlaltısına heykəl və yerli KİV-lərdə Paşinyanın babasının təsvirlərinə uyğun gələn şəxsin erməni legionunda döyüşməsi barədə məlumatlar müəyyən fikirlər yaradır və müəyyən suallar verməyə vadar edir”.




Baxış sayı: 1 260
Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib Bu gün, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub Bu gün, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq Bu gün, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb Dünən, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub Dünən, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib Dünən, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir Dünən, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans Dünən, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram Dünən, 09:30 ABŞ Aİ-ni “Starlink”ə mümkün məhdudiyyətlərə görə cavab tədbirləri ilə hədələyib Dünən, 08:30 Qazaxıstanda süni intellekt kömür ehtiyatlarının hesablanma müddətini 10 gündən 20 dəqiqəyə endirib Dünən, 08:30 "Müstəqilliyin Bərpası Günü xalqımızın dövlətçilik ənənələrinə sadiqliyinin təcəssümüdür" Dünən, 08:00 Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı paylaşım edib 18-10-2026, 09:00 “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir 18-10-2026, 08:30 Mixaylo Fedorov: Ukrayna Almaniyanın vəd etdiyi HHM raketlərini yalnız 2027-ci ildə almağa başlayacaq 18-10-2026, 08:00 Hərbçilərimiz NATO təlimini uğurla başa vurublar 17-10-2026, 15:00 Füzuli Şəhəri Günündə həsr olunan tədbir 17-10-2026, 14:00 Azərbaycan beynəlxalq forumda təmsil olunub 17-10-2026, 13:30 Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul olunub 16-10-2026, 18:30 Hərbçilər təlimdə şərti qəzaya uğramış pilotun aşkar edilməsi və axtarış-xilasetmə tapşırıqlarını icra edib 16-10-2026, 17:30 Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence 16-10-2026, 17:30 Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib 16-10-2026, 12:00 Regionlarda tələbələrin süni intellekt bacarıqları artırılır 16-10-2026, 10:30 Azərbaycan-Türkiyə münasibətlərinin cari vəziyyəti müzakirə olunub 16-10-2026, 10:00 Vaşinqtonda Azərbaycanın müstəqilliyinin bərpasının ildönümü münasibətilə sərgi-konsert proqramı təşkil edilib 16-10-2026, 10:00 Hibrid hücumlarla bağlı Milli Məclisin komissiyası bəyanat yayıb 16-10-2026, 09:30 Azərbaycan jurnalistlərinin IX qurultayı keçirilir 16-10-2026, 09:30 Qadın sahibkarların innovativ inkişafına dəstək: “Brand Story” proqramı ilə 15 KOB subyektinin məhsul və xidmətləri rəqəmsallaşdırılıb 15-10-2026, 21:00 BMT Baş katibinin xüsusi nümayəndəsi: Münaqişələrin həllində AQEM-in oynayacağı rol böyükdür 15-10-2026, 20:30 Andına Sadiq Ömür - Vətən Müharibəsi Qəhrəmanı, polkovnik Nizami Mövlanov - 50 15-10-2026, 20:00
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031