FACT-INFO.AZ » AKTUAL » Bu gün regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir
23-04-2020, 08:45 | AKTUAL
Bu gün regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir

Bütün dünyaya məlumdur ki, Ermənistan Azərbaycan torpaqlarının bir hissəsini işğal edib və uzun illərdir ki, işğalçılıq siyasətini davam etdirir. İşğal faktı nəticəsində Azərbaycanda bir milyondan çox insan öz doğma yurdlarında yaşamaq hüququndan məhrum edilib. Belə bir şəraitdə işğalçı Ermənistanın hər hansı təhlükəsizlik, sülh barədə fikirlər səsləndirməsi imitasiyadan başqa bir şey deyil.

Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrovun Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllinə mərhələli yanaşma ilə bağlı səsləndirdiyi fikirləri Ermənistan öz “məntiqi” ilə izah edir. İşğalçı ölkənin xarici işlər nazirinin açıqlaması bunu deməyə əsas verir.

“Qeyd etmək lazımdır ki, Azərbaycan dövləti münaqişənin mərhələli şəkildə həllinin tərəfdarıdır. Dövlətimizin mövqeyi ondan ibarətdir ki, ilk növbədə işğalçı hərbi qüvvələr torpaqlarımızdan çıxarılmalı, dinc insanlar, məcburi köçkünlər öz yurdlarına qayıtmalıdırlar. Bundan sonra isə ölkəmizin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağın statusu müəyyənləşdirilə bilər. Ermənistan öz müqəddəratını təyinetmə prinsipinə öz “məntiqi” ilə yanaşır. Halbuki, bu məsələlər beynəlxalq hüquqda tam təsbit olunub. Öz müqəddəratını təyinetmə prinsipi dövlətin ərazi bütövlüyünə xələl gətirə bilməz. Üstəlik, erməni xalqı bir dəfə öz müqəddəratını təyin edib”, - deyən deputat qeyd edib ki, bu gün regionda sülh və təhlükəsizlik üçün ən böyük təhdid Ermənistanın işğalçılıq siyasətidir.

Sevinc Fətəliyeva qeyd edib ki, işğalçı siyasət yürütdüyü halda Ermənistanın hakimiyyət nümayəndələrinin sülhdən danışması səmimi deyil, beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyır: “Əgər həqiqətən Ermənistan sülh istəyirsə, işğalçılıq siyasətinə son qoymalı, işğal etdiyi Azərbaycan torpaqlarından öz hərbi birləşmələrini çıxarmalıdır”.




Baxış sayı: 933
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30