FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » İsrailli ekspert: İşğal edilmiş Dağlıq Qarabağda qeyri-qanuni seçkilər beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir
22-04-2020, 08:05 | TƏDQİQATLAR-ANALITIKA
İsrailli ekspert: İşğal edilmiş Dağlıq Qarabağda qeyri-qanuni seçkilər beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir

Bu gün, bütün dünya ictimaiyyəti planeti bürümüş dəhşətli koronavirus pandemiyasına qarşı fəal mübarizə apardığı bir vaxtda 2020-ci il martın 31-də Ermənistan Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisi olan Dağlıq Qarabağdakı separatist, oyuncaq rejimdən istifadə edərək işğal olunmuş ərazidə qeyri-qanuni və qeyri-legitim, qondarma “parlament və prezident seçkiləri” keçirib.

Fact-info.az-ın məlumatına görə beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu sözləri AZƏRTAC-a müsahibəsində deyib.

İsrailli ekspertin fikrincə, hamıya tamamilə aydındır ki, bu qondarma seçkilər beynəlxalq hüququn əsas norma və prinsiplərinə ziddir və belə “seçkilər”in nəticələrinin heç bir hüquqi əhəmiyyəti yoxdur.

Arye Qut vurğulayır: “Ermənistan Xarici İşlər Nazirliyinin bu məsələyə dair bəyanatı ilə tanış olan hər kəs çox yaxşı anlayır ki, Paşinyan rejimi ermənilərə xas olan xəyallar dünyasında yaşamağa davam edir. Heç bir beynəlxalq struktur, özünə hörmət edən heç bir dövlət Ermənistan silahlı qüvvələri tərəfindən 28 ildən çox bundan əvvəl işğal edilmiş Dağlıq Qarabağda keçirilmiş qeyri-qanuni və qeyri-legitim, qondarma “parlament və prezident seçkiləri”ni tanımayıb və tanımır.

Özünü “demokrat” kimi qələmə verən Paşinyan bu “obraz”dan Qərbə təzyiq üçün istifadə etmək ümidindədir. Belə cəfəng xəyallar, həmçinin müharibənin Azərbaycan üçün ədalətə nail olmağın yeganə üsulu olması faktı baş nazir Paşinyanın qeyri-peşəkarlığını, onda strateji təfəkkürdən əsər-əlamət olmamasını və böyük siyasət üçün tamamilə yararsız olduğunu göstərir”.

İsrailli ekspertin sözlərinə görə, rəsmi Bakı bunu dəfələrlə bildirib və Ermənistana xəbərdarlıq edib ki, o heç vaxt mövcud status-kvo ilə razılaşmayacaq.

İsrailli analitik vurğulayır: “Ermənistanın hərbi və siyasi rəhbərliyinin, həmçinin Dağlıq Qarabağdakı oyuncaq, separatist rejimin nümayəndələrinin gülünc bəyanatları və qondarma seçki şousu göstərir ki, onlar ciddi narahatlıq, qorxu, isterika və təlaş içindədirlər. Azərbaycan ordusu isə cəbhə xəttində hadisələrin istənilən ssenari üzrə inkişafına hazırdır. 2016-cı ilin aprelin əvvəlində Ermənistanın hərbi provokasiyalarına cavab olaraq və öz vətəndaşlarının təhlükəsizliyin təmin olunması üçün Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinə sarsıdıcı hərbi zərbələr endirməsini hələ heç kəs unutmayıb”.

Avropa İttifaqının aydın və dəqiq mövqeyinidə vurğulamaq lazımdır. Bu qurum martın 31-də Azərbaycanın Dağlıq Qarabağ regionunda keçirilmiş “prezident və parlament seçkiləri”ni qanunsuz hesab edir. Avropa xarici əlaqələr xidmətinin martın 31-də Brüsseldə elan edilmiş bəyanatında deyilir: “2020-ci il martın 31-də Dağlıq Qarabağda keçirilmiş “prezident və parlament seçkiləri” ilə əlaqədar, Avropa İttifaqı yenidən bildirir ki, o, “seçkilər”in keçirildiyi konstitusion və hüquqi çərçivələri tanımır”.

Sənəddə vurğulanır ki, bu hadisə “Dağlıq Qarabağın gələcək statusunun təyininə və ya davam edən danışıqlar prosesinin nəticəsinə təsir göstərə bilməz. Avropa İttifaqı ATƏT-in Minsk qrupunun fəaliyyətini, o cümlədən onun həmsədrlərinin yaranmış status-kvonun çərçivəsindən kənara çıxan tərəqqi əldə edilməsinə, hərtərəfli və davamlı sülhə nail olmaq üçün danışıqlara yönəlmiş səylərini qətiyyətlə dəstəklədiyini xatırladır.

Beynəlxalq münasibətlər sahəsində israilli ekspert Arye Qut sonda Ermənistan-Azərbaycan münaqişəsinin dinc yolla nizamlanacağına ümid etdiyini bildirərək deyib: “Həm İsrailin Baş Naziri səviyyəsində, həm də İsrailin Xarici İşlər Nazirliyinin rəhbəri səviyyəsində dəfələrlə bildirilib ki, İsrail Dövləti Azərbaycanın ərazi bütövlüyünə hörmət edir, mən də bu mövqeyin tərəfdarıyam. İsrail Dövləti bu gün də Azərbaycanın və Azərbaycan xalqının yanındadır”.




Baxış sayı: 1 058
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30