FACT-INFO.AZ » MÜSAHİBƏ » Koronavirus və Adəm övladları
17-04-2020, 06:50 | MÜSAHİBƏ
Koronavirus və Adəm övladları

Bu gün dünyada cərəyan edən əvvəlcədən proqnozlaşdırılmamış həyati əhəmiyyətli proseslər, onların bütün dünya ölkələrinə və xalqlarına ciddi surətdə mənfi təsiri heç birimizi biganə qoymayıb. Söhbət konkret bizdən getmir. Etiraf edək ki, biz intizamlıyıq, imanlıyıq. Avropa, ABŞ, Rusiyada vəziyyət daha ciddidir. Yaranmış təhlükə, heç şübhəsiz ki, yaşadığımız dünyanın mövcud vəziyyətini, birgəyaşayışın uzunmüddətli qaydalarını yeniləndirməyə hesablanmışdır, desək, yəqin ki yanılmarıq.

1990-cı ilin sonundan başlayaraq bütün beynəlxalq qurumlar, ən əsası isə Birləşmiş Millətlər Təşkilatı öz nizamnamə funksiyalarını yerinə yetirməkdə çətinlik çəkir, hətta bəzən səs çoxluğu ilə qəbul olunan qərar və qətnamələr bəzi ölkələr tərəfindən yerinə yetirilmir. Artıq hamıda elə bir təsəvvür yaranıb ki, bu ən vacib beynəlxalq təşkilat, ümumiyyətlə, heç kimə, xüsusilə böyük dövlətlərə lazım deyil.

1946-cı ildə İkinci Dünya müharibəsi nəticəsində dünyada sülhü təmin etmək məqsədilə yaradılmış bu mötəbər təşkilat bir sıra ölkələrin, xüsusilə ABŞ-ın son 30 ildə yeritdiyi aqressiv xarici siyasəti reallaşdırmasına ciddi surətdə mane olur. Odur ki, onlar BMT-nin və digər əhəmiyyətli beynəlxalq təşkilatların, beynəlxalq hüquqi konvensiyaların, beynəlxalq hüququn təminini təşkil edən digər təsisatların fəaliyyətinə ciddi surətdə mane olurlar.

Hamı bilir ki, müharibələr zamanı ən çox faydalanan tərəf bank və birjalar, müharibədən kənarda qalan digər güclü dövlətlər, onların sənayesi, maliyyə institutları olur. Amma bioloji silahdan istifadə etdikdə ilk zərbə, əksinə, həmin infrastrukturlara dəyir. Adi müharibələrdə ilk növbədə televiziya-radio şirkətləri, idarəçilik infrastrukturları, zavod və fabriklər zərərçəkənlər siyahısında birinci yerdə qərarlaşırlar. İndi isə bu obyektlərin heç biri dağıdılmayıb. Əsas zərbə insan resursuna, sənaye müəssisələrinə, vətəndaşların şüuruna dəyib, cəmiyyətdən, aktiv həyatdan təcrid edilmiş insanlar ciddi fiziki və mənəvi zərbəyə məruz qalıb. Özünütəcrid siyasəti hələ yeganə müdafiə sistemi olsa da, o, insanları günəşdən, təmiz havadan, sərbəst hərəkətdən məhrum etməklə immunitetin zəifləməsini artırır. Bundan sonrakı əsas çətinlik idarəetmə və maliyyə sektoruna şamil olunur. Mənəvi zərbənin yaraları isə adətən uzunömürlü olur. Əsas hədəflərdən biri də məhz bu amildir. Məqsəd insanların ruhi, psixoloji, mənəvi cəhətdən əziyyət çəkməsini yüngülləşdirməkdən ibarət olmalıdır. Əks halda idarəetmə iflic vəziyyətinə düşə bilər. Etiraf etmək lazımdır ki, virusa düçar olan böyük ölkələrdə əhali ciddi mənəvi məhrumiyyətlərə dözməyə bilər. Bu gün biz bu prosesləri canlı izləyirik. İctimai şüurda yenilik, yeni ideyanın özünütəsdiq müddəti maksimum 25-30 il çəkir. Biz ikili mənəvi, siyasi sistem dəyişmə ərəfəsindəyik. Lakin bu pandemiya şüuru dəyişməyi ciddi şəkildə sürətləndirir. 25-30 ilə getməli olan proseslər 30 gün ərzində baş verir. Bunu mən vaxtilə İran İnqilabından sonrakı dövrə şamil etmişdim. Görünür, həmin məhdudiyyət müəyyən dərəcədə ümumi, universal xarakter daşıyır.

Nümunə üçün deyək ki, ötən illlərdə biz kapitalizm sisteminə keçidi təmin edə bilmədik. Mən bunu vaxtilə Sovet ittifaqına daxil olmuş 15 respublikaya və Şərqi Avropa ölkələrinə şamil edirəm. Bu dağınıqlıq ictimai şüurda ciddi pərakəndəlik yaradır. Bunu artıq nəinki biz, həm də Qərb siyasətçiləri də başa düşürlər. Onların arasında SSRİ-nin süqutunun təşkilini səhv addım hesab edənlər də var. Çünki bu süqut nəticəsində gözlənilən nəticə əldə olunmadı. ABŞ-ın təkbaşınahökmranlığı baş tutmadı. Əksinə, yenilənən Çinin, güclənən Rusiyanın, onlara arxalanan Hindistanın dünyanı bölüşdürmək prosesində iştirak etmək iddiaları, eyni zamanda, Avropa İttifaqının bir siyasi-iqtisadi sistem kimi yararsızlığı və nəhayətdə bir ittifaq kimi dağılması, Qərbin Yaxın Şərq ölkələrindən uzaqlaşdırılması prosesi, xristian dəyərlərinin Avropada bütövlükdə deformasiyaya uğraması fonunda islam dininin mənəvi dəyərlər sisteminin tədricən universal əxlaq mənbəyi kimi qəbul edilməsinə keçid, ABŞ-ın dünya siyasi-iqtisadi sistemində ciddi maneələrə rast gəlmək təhlükəsi və digər konkret iqtisadi-siyasi, maliyyə amilləri üçüncü dünya müharibəsinin zəruriliyini ortaya atdı.

Bildiyimiz kimi, soyuq müharibə, iqtisadi qarşıdurma, yeni silahların yaradılması sahəsində gedən "yarışlar" və müasir texnologiyanın inkişafında Qərbin bəzi uğursuzluqları, Avropada cərəyan edən siyasi-iqtisadi hərc-mərclik, İngiltərənin Avropa İttifaqından çıxması, Avropa məkanında peşəkar siyasətçi qıtlığı, miqrant böhranı bütövlükdə həlli çətin olan məsələləri gündəmə gətirib. Bunlar olduqca mürəkkəb problemlerdir, amma onların həll edilməsi mütləq şərtdir.

Yaranmış çətin vəziyyətdən, mənə elə gəlir ki, ən azı iki çıxış yolu var idi:

1. Dünyada təsir dairəsinin bir neçə dövlət arasında bölüşdürülməsi. ABŞ-ın buna imkan verməmək naminə digər iddiaçı dövlətlərə qarşı iqtisadi sanksiyalar yoluna üstünlük verərək həyata keçirmək istəyi uğur gətirmədi. Belə halda təsir dairəsinin yenidən İkinci Dünya müharibəsinin nəticələrinə məhəl qoymadan həyata keçirmək arzusu da iflasa uğradı. Bütün bunlar üçüncü dünya müharibəsinin zəruriliyini gündəmə gətirdi. Bu müharibənin atom silahından istifadə etmədən həyata keçirilməsinin isə qeyri-mümkün olması hamını yeni, başqa bir yol axtarmağa məcbur etdi. Yəqin ki, hadisələrin bu istiqamətdə gedişatı bakterioloji silahdan istifadəni aktuallaşdırdı və hazırda həmin məhvedici fikir həyata keçirilir. Deməli, təsir sistemini dəyişdirməyin vaxtı çatıb.

2. İlkin olaraq onu qeyd etməliyəm ki, dünyada virus pandemiyasını yaymaq ABŞ üçün daha münasib ola bilərdi. Kontinental Avropa, Çin, Rusiya, Hindistanda tətbiq olunması nəzərdə tutulan ilkin virus hücumunu başlamaq daha ucuz, sərfəli göründüyündən iddialı siyasətçilərin seçimi bu variant oldu. Baş verənləri hamı görür, virusun harada hazırlanması, maliyyələşdirilməsi, hətta onu hazırlayan şəxs də məlumdur. O da aydındır ki, ABŞ-ın bu niyyəti sirr olaraq qalmadı və elə hazırlıq ərəfəsində Çin kəşfiyyatı "virusoloqu" yumşaq yolla ələ almağı bacardı. Hətta ona maliyyə dəstəyi də verdi. Amma bütün bunlara baxmayaraq, ABŞ-ın bu dəhşətli silahı işə düşdü. Lakin onun "qəlpə"lərinin bu qədər geniş yayılacağını və Amerikanı da öz cənginə alacağını heç kim əvvəlcədən proqnozlaşdırmamışdır. Burda onu qeyd etmək vacibdir ki, güclü dövlətlər, ən azı Çin və Rusiya üçün bu ssenari sirr olmadı...

Dünyada tək hökmranlığın dövrü bu virus hekayəsi ilə başa çatmalıdır. Üçüncü dünya müharibəsinin də taleyi həll edildi. İndi öhdəliyə düşən vəzifə bu virusdan xilas olmaqdır. O, dünya iqtisadiyyatını iflasa uğradacaq qədər güclü bir silaha çevrilib. Dünya birja, bank sistemlərinin acınacaqlı vəziyyəti dünya iqtisadiyyatı üçün təsirsiz ötüşməyəcək. Son günlərdə ABŞ-da Donald Tramp tərəfindən çoxdan gözlənilən və ondan əvvəlki prezidentlərin nail ola bilmədikləri bir mühüm məsələ - Federal Ehtiyat Sistemini Rocfeldin şəxsi korporasiyasından alıb, ABŞ dövlətinin nəzarətinə keçirmək ideyasını reallaşdırmaq bəlkə də mümkün olacaq. Buna vaxtilə cəhd etmiş Con Kennedini qətlə yetirdilər, Barak Obama 22 dekabr 2017-ci ildə 99 ilə Rocfeldlə müqaviləni uzatmağa məcbur oldu. Rocfeld ailəsi dolların çapını yenidən 99 il öz əlində saxladı.

Koronavirus pandemiyası bu acınacaqlı maliyyə problemini Trampın xeyrinə həll olunmasına imkan versə, dünyanın iqtisadi-maliyyə problemi tamamilə müsbət istiqamətdə dəyişəcəkdir. Dollardan azadlıq naminə hər əzaba dözmək olar desək, yanılmarıq. Bunu, virusun kapitalistlərə, milyarderlərə vurduğu ilk təsirli zərbə kimi qiymətləndirmək mümkündür...

Güman edirəm ki, belə bir çətin, mahiyyətcə mürəkkəb, məzmunca narahatedici şəraitdə hər bir Azərbaycan vətəndaşı daha çox dözüm, mətinlik, iradə göstərməklə dünyanın yeni düzəninə öz müsbət töhfəsini verəcəkdir. Səbirli olmaq vacibdir. "Allah səbr edənlərlədir" müsəlman üçün çox kəsərli deyimdir. Zənnimcə, biz bu imtahandan üzüaçıq, təmkinlə çıxmağı bacaracağıq. Bunun üçün bizdən o qədər də çox şey tələb olunmur. Hər kəs özünü virusdan qorumaqla ümumi işə, dövlətə dəstək verir. Üzərimizə düşən çox da ağır olmayan bu vəzifəni uğurla yerinə yetirsək, inanıram ki, biz ədalətsizliyin nisbətən az olduğu yeni bir dünyada yaşamaq şansını qazanmış olacağıq. Biz, yaşlı nəsil artıq iki ictimai-siyasi sistemin üstünlüklərini, çatışmazlıqlarını görüb nəticə çıxarmışıq. Dünyanın yeni durumu, dollar hökmranlığının sonu bizə yeni bir şans - hələ parametrləri məlum olmayan üçüncü sistemdə yaşamaq şansı verir. Bunun özü karantin qaydalarına yetərincə əməl etmək üçün əlavə stimul rolunu oynayır. Bu fürsəti əldən verməyək. Hamımız əl-ələ verib virusa qarşı birlikdə mübarizə aparaq.




Baxış sayı: 1 442
"Hər zaman can Azərbaycanın yanında olacayıq" - Yaşar Gülər Bu gün, 15:00 Britaniya qızıl hasilatçısı Gədəbəydəki emal güclərinin fəaliyyətini tam həcmdə bərpa edib Bu gün, 13:30 Görkəmli ədəbiyyatşünas Mir Cəlalın “Füzuli sənətkarlığı” kitabı İordaniyada nəşr olunub Bu gün, 11:30 Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda təmsil olunacaq Bu gün, 11:30 Bu yolla beyində idrak və yaddaş funksiyalarını yaxşılaşdırmaq üçün yeni terapevtik yanaşmaların inkişafı gözlənilir Bu gün, 10:30 Azərbaycanın NATO-nun Tərəfdaşlıq proqramına qoşulmasının 30 illiyi ilə bağlı konfrans keçirilib Bu gün, 10:00 Prezident İlham Əliyev yenidən ABŞ Prezidenti seçilməsi münasibətilə Donald Trampı təbrik edib Bu gün, 09:30 Azər Əmiraslanov: “Gələn il azad edilmiş ərazilərdə bərpa işlərinə 4 milyard manat ayrılacaq” Dünən, 18:30 Bu tendensiya fikirlərə hakim olmaqdadır Dünən, 14:00 Kəlbəcər - alınmaz qalamız Dünən, 13:30 Kəlbəcər Azərbaycanın təbii sərvətlərlə zəngin və füsunkar rayonlarından biridir Dünən, 12:30 Britaniyanın xarici işlər naziri: COP29 razılaşması mühüm bir addımdır Dünən, 11:00 “Qarabağ” Azərbaycan çempionatlarının rekordunu təkrarlayıb Dünən, 10:30 Ukrayna mediası COP29 razılaşmasının strateji əhəmiyyətinə dair məqalələr dərc edib Dünən, 10:30 Prezident İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edib Dünən, 09:30 Ombudsman İƏT-in Baş katibi ilə görüşdə Azərbaycanda mina probleminin həlində dəstək istəyib 24-11-2024, 20:30 Dövlət başçısı: Dünya tarixi Bakı nailiyyətinə şahid oldu 24-11-2024, 20:00 Azərbaycan səfiri BBC-nin efirində COP29-dan danışıb 24-11-2024, 10:30 Antonio Quterreş COP29-un nəticəsi ilə bağlı paylaşım edib 24-11-2024, 10:00 Ukrayna Prezidenti: Donald Tramp yanvarda müharibənin tənzimlənməsinə dair planını təqdim edəcək 24-11-2024, 09:30 COP29-un bağlanış plenar iclası keçirilib, bir sıra mühüm qərarlar qəbul edilib 24-11-2024, 09:00 Füzuli eşqi - Zəkulla BAYRAMLI 23-11-2024, 16:30 Zakir Həsənov ordunun döyüş hazırlığı ilə bağlı konkret tapşırıqlar verib 23-11-2024, 14:30 Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub 23-11-2024, 11:30 Misirdə Şuşaya həsr olunmuş Azərbaycan klassik musiqisi axşamı keçirilib 23-11-2024, 10:00 Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır 23-11-2024, 09:30 Nizami Gəncəvinin orijinaldan Türk dilinə çevrilmiş “İskəndərnamə” əsəri çapdan çıxıb 22-11-2024, 18:00 Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb 22-11-2024, 17:30 Pərviz Şahbazov: "Azərbaycan enerji layihələri üzrə regional əməkdaşlığı gücləndirəcək" 22-11-2024, 17:30 Leyla Əliyeva və Arzu Əliyeva Milli İncəsənət Muzeyində təşkil olunan sərgiləri ziyarət ediblər 22-11-2024, 11:00
Köşə yazarları
Təqvim
«    Noyabr 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930