FACT-INFO.AZ » AKTUAL » Dmitri Savelyev: Azərbaycanın islahatlar yolu xalqın etimadı ilə təsdiq edilib
11-02-2020, 08:40 | AKTUAL
Dmitri Savelyev: Azərbaycanın islahatlar yolu xalqın etimadı ilə təsdiq edilib

Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər istər respublika seçicilərinin, istərsə də dünya birliyinin böyük marağına səbəb olub. Seçkiləri rusiyalı müşahidəçilər qrupunun tərkibində izləmiş Rusiya Dövlət Dumasının deputatı və Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev Azərbaycanda seçki prosesinin təşkili haqqında şəxsi təəssüratlarını AZƏRTAC-a müsahibəsində bölüşüb.

- Dmitri İvanoviç, müasir Azərbaycanın inkişafını necə qiymətləndirərdiniz?

- Mən Azərbaycana tez-tez gəlirəm və respublikada gedən dəyişiklikləri şəxsən görürəm. Prezident İlham Əliyev tərəfindən həyata keçirilmiş çoxplanlı islahatlar nəticəsində siyasi sabitlik təmin edilib, iqtisadi inkişaf sürəti və vətəndaşların sosial rifahı artıb. Fəal tikinti gedir, yeni sənaye müəssisələri yaradılır, bir-birinin ardınca texnoparklar açılır. İnkişafın bu cür yüksək dinamikası göstərir ki, Azərbaycan rəhbərliyi ölkənin və xalqın maraqlarını hər şeydən üstün tutur.

- Bəs Azərbaycan parlamentinə növbədənkənar seçkilərin elan edilməsinə münasibətiniz necə oldu?

- Düşünürəm ki, hər bir dövlət öz inkişafının müəyyən mərhələsində idarəçilik metodlarını təzələmək barədə düşünür. Bu, həm hakimiyyət strukturlarına yeni qüvvələrin axını, həm də səmərəli işlədiklərini sübut etmiş kadrların rotasiyası üçün lazım olan obyektiv prosesdir. İslahatların hərəkətverici qüvvəsi də elə budur. Sizə İlham Heydər oğlunun Davosda dediyi sözləri xatırladım: “Dəfələrlə ictimaiyyətə açıqlamalarımda dediyim kimi, XXI əsrdə XX əsrin baxışı ilə uğur qazanmaq olmaz”. Respublika rəhbərliyində kadrların əsaslı yerdəyişməsi 2018-ci ildən başlayıb, bir sıra mühüm vəzifələrdə əvəzləmələr baş verib, Azərbaycan cari ilə yeni Nazirlər Kabineti və Administrasiya ilə daxil olub. Kadr dəyişikliyi ilə üzləşməyən sonuncu mərkəzi hakimiyyət Milli Məclis idi, lakin yeniliklər bura da gəldi, əvvəlki dövrə özünəməxsus yekun vurulması ilə əlamətdar oldu.

- Əgər islahatların hərəkətverici qüvvəsi kimi gənclərdən danışsaq, sizcə, seçkilərdə gənc namizədlər nə dərəcədə təmsil olunub? ƏTRAFLI hunergroup.az

- Azərbaycan postsovet məkanının inamlı demoqrafiya artımı nümayiş etdirən azsaylı ölkələrindən biridir. Bu isə o deməkdir ki, onun gələcəyi, əsasən, gənclərdən asılı olacaq. Milli Məclisə növbədənkənar seçkilər iddialı cavanların həyata keçirilən islahatlara öz töhfələrini vermələri və özlərini ictimai-siyasi həyatda təsdiq etmələri üçün əla fürsətdir. Qeyd edim ki, seçkilərdə qalib gəlmiş Yeni Azərbaycan Partiyası parlamentin gəncləşməsinin vacibliyini başa düşür və onun irəli sürdüyü namizədlərin çoxu da elə gənclərin təmsilçiləridir.

- Siz Azərbaycan parlamentinə seçki kampaniyasında Rusiyada analoji seçkilərlə müqayisədə ən çox nəzərə çarpan hansı fərqləri görürsünüz?

- Əvvəlki çağırış Milli Məclisin buraxılması ilə yeni seçkilərin tarixi arasında vaxtın cəmi iki ayla məhdudlaşmasına baxmayaraq, cəmiyyətdə seçki kampaniyasına maraq çox yüksək olub. Görünməmiş sayda namizəd irəli sürülüb, özü də onların dörddəbir hissəsi qadınlar olub. Ən fəal təşviqatın sosial şəbəkələrdə və digər internet məkanlarında aparılması mənə olduqca maraqlı gəldi. Özü də namizədlər özlərini mümkün qədər qeyri-standart təqdim etməyə çalışırdılar. Seçkilərin maksimum dürüst və şəffaf olması üçün Azərbaycan hökumətinin gördüyü qabaqlayıcı tədbirlər də güclü təəssürat oyadır.

- Bütövlükdə bu seçkilər bir müşahidəçi kimi şəxsən sizdə hansı təəssüratı yaratdı?

- Qeyd edim ki, 2015-ci ildə, Milli Məclisə əvvəlki seçkilərdə də mən rusiyalı müşahidəçilərin qrupunda təmsil olunmuşdum. Deyə bilərəm ki, Azərbaycanda seçki prosesinin təşkilatçılıq səviyyəsi sabit olaraq çox yüksəkdir. Ənənəvi olaraq bütün proses dəqiq, keyfiyyətli və seçicilər üçün maksimum rahatlıq yaradılmaqla keçirilir. Bizdən, Rusiya Dövlət Dumasının nümayəndələrindən başqa prosesi 800 beynəlxalq və təqribən 78000 yerli müşahidəçi izləyib. Onlar Azərbaycanın həm beynəlxalq hüquq normalarına, həm də respublikanın seçki qanunvericiliyinə qeyd-şərtsiz əməl etdiyini təsdiq ediblər. Mən iş prosesində seçki komissiyalarının üzvləri və seçicilərlə görüşdüm, Mingəçevirdəki dörd seçki məntəqəsində şəxsən oldum. Soyuq, yağışlı və küləkli hava olmasına baxmayaraq, insanlar seçki məntəqələrinə axışırdılar. Səsvermədə iştirak (47,81 faiz) Milli Məclisə əvvəlki üç seçkinin göstəriciləri ilə, bütövlükdə, üst-üstə düşür. Məncə, seçicilərin belə fəallığı göstərir ki, ölkə rəhbərliyi xalqın arzularını bilir və başa düşür, vətəndaşlar isə onlara göstərilən diqqət və qayğını qiymətləndirir və dəstəkləyirlər. Əminəm ki, biz daim islahatlar yolu ilə irəliləyən Azərbaycanın yaxın vaxtlarda növbəti nailiyyətlərinin şahidi olacağıq.

Fəridə Abdullayeva




Baxış sayı: 1 064
Marko Rubio İran nümayəndə heyətinin Amerikanı dərhal tərk etməsini tələb edib Bu gün, 09:00 İşğaldan azad edilmiş ərazilərdə tərbiyəçi-müəllim vəzifəsinə işə qəbul üzrə müsahibə elan edilib Bu gün, 09:00 Küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq Dünən, 20:30 Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub Dünən, 18:30 Hikmət Hacıyev Litva səfiri ilə ikitərəfli münasibətləri müzakirə edib Dünən, 18:00 President Ilham Aliyev's social media accounts shared post on ADEX 2026 exhibition Dünən, 17:30 Abşeron Sağlamlıq Mərkəzi: ”Bir ünvan... Bir hiss... Min xatirə...” Dünən, 12:00 Ordumuzun arsenalında müasir silah-sursat və döyüş texnikası mövcuddur Dünən, 12:00 Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir Dünən, 10:00 “Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti Dünən, 10:00 Xocalı, Xocavənd və Şükürbəyliyə növbəti köç karvanı yola salınıb Dünən, 09:30 Baş nazirinin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb Dünən, 08:00 Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng edib 29-09-2026, 19:00 İnfarkt gəlməzdən əvvəl bədən bu siqnalları verir 29-09-2026, 18:00 Bu ölkədə müharibə məğlubiyyəti şiddətli qəzəb yaradır 29-09-2026, 16:30 Leyla Aliyeva attends opening of exhibition of Azerbaijani carpets at Holy See 29-09-2026, 16:30 Vətən və Qərbi Azərbaycan 29-09-2026, 15:00 Seyid Yəhya Bakuvi irsinin davamı 29-09-2026, 11:30 Azərbaycanlıların Ermənistan tərəfindən etnik təmizləməyə məruz qalması BMT çərçivəsində müzakirə olunub 29-09-2026, 11:00 Hakerlər Pentaqon bazalarından təxminən 3 milyon şəxsin məlumatlarına çıxış əldə ediblər 29-09-2026, 09:30 İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb 29-09-2026, 08:30 Üç Türk dövlətinin “Birliyin Gücü – 2026” hərbi təlimi 29-09-2026, 08:30 Mir Cəlal Paşayevin elmi-ədəbi irsini müasir üsullarla təqdim edir 28-09-2026, 21:00 Bir şəhidin xatirəsi 28-09-2026, 20:30 Tarixçi: Azərbaycan xalqı Qafqaz Albaniyasının tarixi və mədəni irsinin varisdir 28-09-2026, 20:30 Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirili 28-09-2026, 19:30 Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb 28-09-2026, 19:00 Representatives of Albanian-Udi Christian Community in Azerbaijan visit Khudavang Monastery Complex 28-09-2026, 17:30 Dünya mediası Bakıda keçirilən Beynəlxalq İnvestisiya Forumundan yazıb 28-09-2026, 10:30 Praqada Milli Qəhrəman Natiq Qasımova həsr olunmuş “Düşmənə qarşı tək” filmi təqdim edilib 28-09-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031