FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Cənubi Qafqaz: geosiyasi proseslərin yeni trendləri
5-02-2020, 09:10 | TƏDQİQATLAR-ANALITIKA
Cənubi Qafqaz: geosiyasi proseslərin yeni trendləri

Aparılan təhlillər göstərir ki, Azərbaycan, Ermənistan və Gürcüstan coğrafi baxımdan qonşu olsalar da geosiyasi aspektdə "həmsərhəd" deyillər - onlar fərqli mövqeyə gəlib çıxıblar. Onların içərisində ən perspektivli və ümidverici mövqe Azərbaycandadır. Bu tezisin təsdiqi faktların müqayisəsində özünü açıq surətdə göstərir. Bir məsələ şübhəsizdir ki, rəsmi Bakı postsovet məkanı üçün belə nümunə ola bilən siyasət yeridir. 2019-cu il bu baxımdan xeyli maraqlı il olub.

Bir ildə: üç dövlətin getdiyi yol

Ekspertlər hər bir Cənubi Qafqaz ölkəsinin ötən ilki geosiyasi fəaliyyətinin təhlilinə maraq göstərirlər. Azərbaycan, Gürcüstan və Ermənistan həmsərhəd dövlətlərdir, lakin hər birinin fərqli siyasi, iqtisadi, mədəni və geosiyasi "həyat ritmi" vardır. Bu prizmadan yanaşdıqda onların 2019-cu ildə ayrı-ayrı istiqamətlər üzrə fəaliyyətinin ümumiləşdirilməsinin nəzəri və praktiki əhəmiyyəti danılmazdır.

Ekspertlərin fikrinə görə, ötən il Cənubi Qafqazda siyasi proseslərə ən çox təsir göstərən dövlət Rusiya olub. Məhz Moskvaya olan münasibət region dövlətlərinin geosiyasi mövqeyinə ciddi təsir edib. Bundan faydalananlar da, zərər görənlər də olub. Bu tezisin xeyli dərəcədə əsası vardır. Çünki Rusiya 2019-cu ildə yalnız Cənubi Qafqazda deyil, bütün dünyada geosiyasi fəallığını yeni səviyyəyə yüksəldib. Moskvanın Yaxın Şərqdə, Afrikada və Latın Amerikasında varlığı daha çox hiss edilməyə başlayıb. Təbii ki, bu kontekstdə bir neçə əsrdir ki, Cənubi Qafqazın əsas geosiyasi oyunçusu olan Rusiyanın passiv olacağını gözləmək sadəlövhlük olardı.

Siyasi, iqtisadi, enerji, nəqliyyat, təhlükəsizlik, hərbi-müdafiə sferalarında Cənubi Qafqaz dövlətlərinə təsirini daha da gücləndirən Kreml bütövlükdə geosiyasi mənzərənin müəyyənləşməsində həlledici rol oynayıb. Son illər fəal olan Qərb isə daha çox onun kölgəsində qalmağa üstünlük verib. İran özünün problemləri ilə məşğul olub. Türkiyə isə Rusiya qədər fəallıq göstərə bilməyib, lakin onun da təsiri əhəmiyyətli dərəcədədir. Özü də bu, daha çox Rusiya ilə tandemdə özünü göstərir.

Bu ümumi qeydlər prizmasından Cənubi Qafqazın hər bir ölkəsinə nəzər saldıqda, kifayət qədər maraqlı və bir sıra məqamlarda təzadlı mənzərə yaranır. Gürcüstandan başlayaq. Bu dövlət 2019-cu ildə siyasi silkələnmələrə məruz qaldı. Bir növ ölkə siyasi sistem və geosiyasi seçim böhranı keçirir. Müxalifət "Gürcü arzusu"nun hakimiyyətini ciddi surətdə laxlada bildi. Etiraz aksiyaları iqtidarın nüfuzunu artırmadı, əksinə, meydana daha çox siyasi qeyri-müəyyənlik gətirdi. Parlament seçkisi məsələsində Bidzina İvanişvilinin komandasının tərəddüdlü və kifayət qədər birmənalı qəbul edilməyən addımlar atması böhranı daha da dərinləşdirdi. Təsadüfi deyil ki, müxalifətin aksiyaları 2020-ci ildə də davam edir.

Bunun fonunda ekspertlər Prezident Salome Zurabişvilinin qonşu ölkələr haqqında ziddiyyətli fikirlər söyləməsinin prosesləri bir qədər də qeyri-müəyyənliyə sürüklədiyini yazırlar. Xüsusilə Azərbaycanla sərhəd məsələsində emosional fikirlər ilk növbədə Gürcüstan dövlətinin vəziyyətini mürəkkəbləşdirdi. Azərbaycanın təmkinli və müdrik davranışı hələlik bu itkini kompensasiya etməyə imkan verir.

Gürcüstan Rusiya ilə münasibətdə də ciddi səhvə yol verdi. Məlum parlament hadisələri Moskvanın müəyyən qadağalar tətbiq etməsinə səbəb oldu. Nəticədə, Rusiya ilə Gürcüstan arasında təyyarə reysləri kəsildi və rusiyalı turistlərin ölkəyə axını xeyli zəiflədi. Bu isə yekunda turizmdən Gürcüstanın ancaq 800 milyon dollar gəlir götürməsinə vəsilə oldu. Bir il öncə isə bu rəqəm milyardlarla hesablanırdı.

İndi Gürcüstanın 2019-cu ildə iqtisadi sahədə də uğur əldə edə bilmədiyi aydın nəzərə çarpır. Bu istiqamətdə müsbət tendensiya müşahidə edilmir. Hətta Ermənistanda inflyasiya və iqtisadi artım Gürcüstandan yüksəkdir. Bu, Gürcüstanın Aİ-yə (Avropa İttifaqı), Ermənistanın isə Aİİ-yə (Avrasiya İqtisadi İttifaqı) üzvlüyü zamanı baş verir. Təbii olaraq ortaya bu təşkilatlardan hansının region dövlətlərinə daha çox fayda verməsi sualı çıxır. Aİİ 2019-cu ildə Ermənistana xeyli iqtisadi güzəşt edib və bunun sayəsində forpost və zəif ölkə Gürcüstandan bir qədər dayanıqlı görünüb. Bu fakt gürcüləri narahat edir.

Regionun ümidi: Azərbaycan heyrətləndirir

Buna baxmayaraq, Ermənistan bütövlükdə 2019-cu ildə daha pis vəziyyətə düşüb. Ermənilər "məxməri inqilab"ın heç bir faydasını görmürlər. İnflyasiya aşağı olsa da, pul gəlirləri çox zəifdir və insanların alıcılıq qabiliyyətinin minimum olması böhranın qarşısını alır. Ötən il "inqilabçı"ların xarici sərmayə ilə bağlı verdikləri vədlərin tam puç olması ilə yadda qalıb. Proses əksinə gedib: Ermənistana daha az sərmayə qoymağa başlayıblar. Bunun başlıca səbəbini yeni erməni iqtidarının populizm sahəsini tərk edə bilməməsində görürlər. Üstəlik, 2019-cu ildə Ermənistanda müxtəlif xarakterli ziddiyyətlərlə dolu hadisələr baş verdi. Aydın oldu ki, rəsmi İrəvan ABŞ və Rusiyanın ucuz oyuncağıdır.

Ötən il Ermənistan Dağlıq Qarabağ münaqişəsi məsələsində də ağır zərbə aldı. Nikol Paşinyanın qondarma rejimi danışıqlara qatmaq təxribatı iflasa uğradı. Azərbaycan Prezidenti İlham Əliyevin bu məsələdə tutduğu qətiyyətli, əsaslandırılmış və təmkinli mövqeyi erməni təbliğat maşınını və diplomatik korpusun "işini" sabun köpüyü kimi dağıtdı. Sözsüz ki, ötən il ermənilərin bu baxımdan ən ağır bir dövrüdür.

Bunun fonunda Ermənistan iqtisadiyyatı inkişafdan xeyli geridə qaldı. Demək olar ki, heç bir regional və beynəlxalq layihədə iştirak edə bilməyən Ermənistan əvvəlki kimi bataqlıqda çapalamadadır. Onun real olaraq yanında olan dövlət yoxdur. Hər bir böyük ölkə Ermənistandan nəyisə almaq və onu öz təsir dairəsinə çəkmək siyasətini davam etdirib. Azərbaycanla bağlı situasiya isə bundan tamamilə fərqlidir.

Ekspertlər hesab edirlər ki, Azərbaycan regionun yeganə dövlətidir ki, onun yanında olmaq istəyən ölkələr çoxdur. Rəsmi Bakı Rusiya, Amerika, Avropa, İran, Türkiyə və Çinlə bərabərhüquqlu, qarşılıqlı fayda verən münasibətlər sistemini nəinki saxlaya bilib, hətta onu daha da inkişaf etdirib. Xarici siyasətdə Azərbaycanın əldə etdiyi uğurları dünyanın siyasi liderləri etiraf edirlər. Konkret layihələr üzrə həyata keçirilən tədbirlər, müxtəlif beynəlxalq təşkilatlarda Azərbaycanın fəallığını daha da artırması ölkəni regional və qlobal geosiyasi proseslərdə əhəmiyyətli oyunçu edib.

İndi ekspertlər Azərbaycanın regional miqyasla qlobal səviyyə arasında bu dərəcədə səmərəli balans yarada bilməsinin müxtəlif aspektlərini öyrənirlər. Özü də Azərbaycan postsovet məkanı ölkələri içərisində yeganə dövlətdir ki, sosial, siyasi, geosiyasi, idarəetmə və energetika-nəqliyyat sferalarında islahatları yüksək uyğunluq və davamlılıqla həyata keçirir. 2019-cu il bu baxımdan olduqca zəngin faktlarla xarakterizə olunur. Rəsmi Bakının bununla bağlı atdığı addımlar digər region dövlətləri üçün bir nümunə-örnək halına gəlib.

Həmin aspektdə Azərbaycan rəhbərliyinin regional əməkdaşlığın müxtəlif sferaları üzrə gerçəkləşdirdiyi əməkdaşlıq formatları geniş marağa səbəb olub. 2019-cu ildə Azərbaycan ikitərəfli, üçtərəfli və çoxtərəfli platformalarda irəli sürdüyü təşəbbüslərin praktiki reallaşmasında böyük uğurlar əldə edib. Bütün bunların nəticəsində Azərbaycan Cənubi Qafqazın yeganə dövlətidir ki, heç bir ziddiyyət və ya geosiyasi problemlərlə qarşılaşmayıb. Əksinə, öz mövqeyini daha da möhkəmləndirib. Daha əhəmiyyətlisi odur ki, bu prosesdə Azərbaycan öz milli maraqlarını daha yüksək dərəcədə təmin etmək imkanı əldə edib, onun manevretmə dairəsi xeyli genişlənib. XXI əsrdə ilk dəfədir ki, bunu xarici ekspertlər açıq etiraf edirlər və belə yazırlar: "Azərbaycan hazırda regional və qlobal geosiyasətdə fəal oyunçulardan biridir!" Cənubi Qafqazın başqa dövlətləri bu aspektdə Azərbaycandan xeyli geridə qalırlar.

Beləliklə, 2019-cu ilə Cənubi Qafqazın üç dövlətinin fəaliyyəti işığında baxdıqda, göz önündə bir sıra hallarda təzadlı, risklərə, qeyri-müəyyənliyə həssas bir tablo yaranır. Bu tablonun qara rəngi Ermənistandır, Gürcüstan müəyyən ziddiyyətləri özündə daşıyan "tutqun rəngdə" görünür. Azərbaycan isə həyat və inkişaf saçan mavi, qırmızı və yaşıl rənglərin harmonik spektrini formalaşdırır. Görünür, bu ölkələrin geosiyasi yolu da bu əsasda davam edəcək. Azərbaycan Cənubi Qafqazın ulduz-dövləti kimi əbədiyyən var olacaq!

Newtimes.az




Baxış sayı: 1 195
Prezident İlham Əliyevin Zəngəzur dəhlizi ilə bağlı fikirləri Türkiyə mediasının diqqət mərkəzindədir Bu gün, 16:30 Səfir: Azərbaycan ABŞ-dan minatəmizləmə texnologiyaları sahəsində dəstək gözləyir Bu gün, 15:00 II Qareginin məhkəməsi qaranlıq həqiqətlərə işıq salacaqmı? Bu gün, 12:30 “Euronews” Qəbələ musiqi festivalından reportaj hazırlayıb Bu gün, 10:00 Bu gün Xəzər Dənizinin Ətraf Mühitinin Mühafizəsi Günüdür Bu gün, 09:30 Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük Bu gün, 08:30 Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır Bu gün, 08:00 Prezident İlham Əliyev Naxçıvan Sənaye Parkının təməlini qoydu Dünən, 18:30 Azərbaycan və ABŞ rəsmiləri Strateji Tərəfdaşlıq Xartiyasının icrasını müzakirə ediblər Dünən, 18:30 Joint Statement of U.S., Armenia and Azerbaijan in spotlight of Turkish media Dünən, 16:30 Süni intellekt insanların oxu vərdişlərini anlayan yeni model yaradıb Dünən, 15:30 DİN onlayn alış-verişdə kiberdələduzluq halları ilə bağlı vətəndaşlara xəbərdarlıq edib Dünən, 15:30 Xalq şairinin 100 illiyinə həsr olunan metodiki vəsait hazırlanıb Dünən, 15:00 Tarixi şəxsiyyətə şəxsi maraqların kölgəsindən baxmaq olmaz Dünən, 11:30 Bakıda növbəti “ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə sərgisi keçiriləcək Dünən, 11:00 ABŞ, Ermənistan və Azərbaycan Ağ Evdə təşkil olunmuş Sülh Sammitinin birinci ildönümü ilə bağlı Birgə Bəyanat yayıb Dünən, 10:00 BDYPİ qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib Dünən, 09:30 Beynəlxalq kibercinayətkar şəbəkələrin ölkəmizə qarşı qanunsuz əməllərinin qarşısı alınıb - DTX məlumat yaydı 10-08-2026, 21:00 Prezident İlham Əliyev Azərbaycan haqqında söylədiyi xoş sözlərə görə Məsud Pezeşkiana təşəkkür edib 10-08-2026, 18:30 Azərbaycanın strateji valyuta ehtiyatları 87 mlrd. dollara yaxınlaşıb 10-08-2026, 18:00 UNEC tələbəsi robototexnika üzrə dünya çempionu olub 10-08-2026, 16:00 Azərbaycanın xarici siyasəti müdafiə diplomatiyasından strateji təşəbbüskarlığa keçidlə xarakterizə olunur 10-08-2026, 16:00 Strateji obyektlərin kibertəhlükəsizliyinin təmin edilməsi qaydaları hazırlanacaq 10-08-2026, 15:30 Dünya bəzi xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır 10-08-2026, 10:30 İşğaldan azad olunmuş bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur 10-08-2026, 10:00 ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir 10-08-2026, 09:30 Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir 10-08-2026, 08:00 Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir 9-08-2026, 11:00 Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu 9-08-2026, 10:30 Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb 9-08-2026, 07:30
Köşə yazarları
Təqvim
«    Avqust 2026    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31