Azadlıq qanla qazanılır. Bütün xalqların tarixində azadlıq məhz belə qazanılıb. Azərbaycan xalqı da azadlığını öz qanı bahasına əldə edib. 20 Yanvar faciəsi zamanı günahsız insanların qanı axıdıldı və həmin gün ölkə tarixinə qəhrəmanlıq səhifəsi kimi yazıldı.
Fact-info.az-ın məlumatına görə, bu fikirləri Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü münasibətilə təşkil edilmiş konfransın iştirakçısı, fransalı tarixçi və yazıçı Jerar Kardon AZƏRTAC-a müsahibəsində deyib.
O bildirib ki, günahsız insanların qanı axıdılan 20 Yanvar hadisələrini bütün dünyaya çatdırmaq lazımdır.
“Mən yazıçıyam və hesab edirəm ki, faciədən bəhs edən kitablar yazılmalı, müxtəlif dillərə tərcümə edilməlidir. Sənədli və bədii filmlər çəkilməlidir. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən bütün dünya xəbərdar olmalıdır”, - deyə J.Kardon diqqətə çatdırıb.
Baxış sayı: 1 028
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

