Fevralın 9-da Azərbaycanda keçiriləcək parlament seçkiləri Milli Məclisin keyfiyyət baxımından yenilənməsinə xidmət edir.
Fact-info.az xəbər verir ki, bunu secki-2020.az saytına açıqlamasında rusiyalı siyasi şərhçi, konfliktoloq Yevqeni Mixaylov deyib.
O bildirib ki, parlamentin buraxılması ilə bağlı qərar xalqa daha yaxşı və keyfiyyətli xidmət göstərmək məqsədi daşıyır. “Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi islahatlar aparılır. Dövlət qulluğunda əsaslı və keyfiyyətli dəyişikliklər edilir. Bu mənada, seçiləcək deputatlar xalqın etimadını doğrultmalıdır. Yeni parlamentdə təmsil olunan şəxslər ölkənin həm iqtisadi, həm də siyasi həyatında inkişafa xidmət edəcək qanunlar qəbul etməyə qadir insanlar olmalıdır. Ümid edirəm ki, yeni deputatlar Prezidentin apardığı islahatlara uyğun olaraq ölkənin inkişafina təkan verə biləcəklər”, - deyə Y.Mixaylov vurğulayıb.
Baxış sayı: 969
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

