Dünya Azərbaycanlılarının Həmrəylik Günü yaxın gələcəkdə bütün türk dünyasının birlik və bərabərlik gününə çevriləcək.
Fact-info.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu fikirləri Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini və İğdır Azərbaycan Evi Dərnəyinin rəhbəri Sərdar Ünsal bildirib.
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini bölüşən dərnək rəhbəri qeyd edib ki, hazırda dünyanın çox yerində, eləcə də türkdilli ölkələrdə yaşayan soydaşlarımız ictimai-siyasi fəallıqları ilə öndə gedirlər. Türk dünyasının birliyinin formalaşmasında Azərbaycanın və soydaşlarımızın misilsiz rolu vardır.
“Bizim hamımızın ümumi evi Azərbaycandır. Azərbaycan həqiqətlərini, o cümlədən Dağlıq Qarabağ münaqişəsinə dair reallıqları dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlının mənəvi borcudur”,- deyə Sərdar Ünsal vurğulayıb.
Baxış sayı: 1 012
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

