FACT-INFO.AZ » AKTUAL » Ermənistan humanizm xarakteri daşıyan bu məsələdə də yenə qeyri-konstruktiv yanaşmalarını nümayiş etdirir
28-12-2019, 10:55 | AKTUAL
Ermənistan humanizm xarakteri daşıyan bu məsələdə də yenə qeyri-konstruktiv yanaşmalarını nümayiş etdirir

"Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə baxsaq, burada humanitar, insani komponentlər çox vacib elementlərdən biridir. Burada xüsusilə əsir və girovlar, itkin düşmüş şəxslər kimi məqamlar çox vacib xarakter daşıyır. Bu, insan amilinə dayanır".

"Report" xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan tərəfinin Azərbaycanın işğal altında olan ərazilərində girov saxladığı azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevi ailə üzvlərinin ziyarət etməsi ilə bağlı verdiyi açıqlamasına münasibət bildirərkən deyib.

H.Hacıyev xatırladıb ki, əsir və girovların "hamının hamıya" prinsipi əsasında dəyişdirilməsi təklifi Azərbaycanın yüksək humanizminin bilavasitə göstəricisi və konstruktiv movqeyinin təcəssümü olaraq Prezident İlham Əliyev tərəfindən MDB dövlət başçılarının 2018-ci ilin dekabrında Sankt-Peterburqda keçirilmiş qeyri-formal zirvə toplantısında səsləndirilib: "O zaman Ermənistanın baş naziri Nikol Paşinyanla belə bir söhbət olmuşdu və söhbət əsnasında dövlətimizin başçısı tərəfindən Azərbaycanın "hamının hamıya" prinsipi əsasında bu məsələnin həll olunmasının tərəfdarı olduğu bildirilmişdi. Həmin sammitdən sonra da ictimaiyyətə verilən açıqlamalarda bu məqam öz əksini tapıb. Amma buna qarşı kim çıxış etdi? Məhz Ermənistan Respublikası. Onlar humanizm xarakteri daşıyan bu məsələdə də yenə qeyri-konstruktiv yanaşmalarını nümayiş etdirdilər və "hamının hamıya" prinsipindən kənar çıxış etdilər. İl ərzində bu mövzu davamlı şəkildə qaldırılırdı ki, bu, təmin olunmalıdır. Bunun təmin olunmasının əksinə çıxış edərək Ermənistan tərəfi yalnız ailə üzvlərinin səfəri kimi absurd məsələni ortaya atıb. Düşünürük ki, bu da müəyyən siyasi möhtəkirlik elementidir".

"Burada bir təhlükəsizlik, həssaslıq elementi var. Yəni məsələyə insani nöqteyi-nəzərdən yanaşmaq lazımdır. Biz soydaşlarımız olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin ailə üzvlərinin çətinliklərini, iztirablarını tam şəkildə başa düşürük", - Prezidentin köməkçisi əlavə edib.




Baxış sayı: 1 015
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30