FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Tanınmış fransız tarixçi Ermənistanı faşizm ideyalarını yaşatmaqda ittiham edir
5-11-2019, 09:25 | TƏDQİQATLAR-ANALITIKA
Tanınmış fransız tarixçi Ermənistanı faşizm ideyalarını yaşatmaqda ittiham edir

Türkiyədə fəaliyyət göstərən Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM) saytında “Njdeizm Ermənistanda hələ də rəsmi olaraq yaşadılmaqdadır” sərlövhəli elmi məqalə yayılıb.

AZƏRTAC xəbər verir ki, tanınmış fransız tarixçi Maksim Qauinin müəllifi olduğu məqalədə belə bir fikir yer alıb: 2019-cu ilin oktyabr ayında Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın Njde kimi faşistləri dəstəkləyənlərə sayğı göstərdiyi üçün Nikol Paşinyanı ittiham edəndə, o, müqavimət göstərməyə çalışdısa da, özünü təkzib etdi.

Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət edən terrorçu Qaregin Ter-Arutyunyanın cinayət dolu həyat və fəaliyyəti barədə türkdilli oxuculara məlumat verən müəllif adıçəkilən cinayətkarın əməllərini təhlil edərək əsaslandırır ki, Njde təkcə faşistlərlə əməkdaşlıq edənlərdən deyil, həm də alman əsilli olmayanlar üçün faşist doktrinasının hazırlanmasında ən çox səy göstərənlərdən biri olub. Tədqiqatçı təəssüflə qeyd edir ki, faşistlərlə əməkdaşlıq edən tanınmış şəxslər arasında təkcə Njde dövlət qurumları (Ermənistan) tərəfindən “milli qəhrəman” kimi təqdim olunur.

Məqalədə faktlarla əsaslandırılır ki, Njdenin faşist düşüncələri 1998-2018 illərdə Ermənistanda dövlət ideologiyasına çevrilib. Buna qədər isə 1991-ci ildə Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan Yerevanın ən böyük ikinci meydanına və onun altında yerləşən metro stansiyasına Njdenin adını verib.

Qeyd edək ki, Maksim Qauin 1915-ci il hadisələrini ədalətli şəkildə araşdıran avropalı tədqiqatçılardan biri kimi erməni saxtakarlığının ifşa edilməsində böyük işlər görüb. Tədqiqatçının ifşaedici yazıları hər zaman Ermənistan hakimiyyətini və erməni millətçi dairələrini narahat edib.




Baxış sayı: 1 132
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30