FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » "Qarabağ münaqişəsi təhlükəli mərhələyə keçib"
9-10-2019, 10:00 | TƏDQİQATLAR-ANALITIKA
"Qarabağ münaqişəsi təhlükəli mərhələyə keçib"

Polşanın nüfuzlu ingilisdilli “Yeni Şərqi Avropa” ("New Eastern Europe") jurnalı Ermənistan-Azərbaycan münaqişəsi haqqında “Dağlıq Qarabağ münaqişəsi təhlükəli mərhələyə keçib” adlı məqalə yayımlayıb.

"Report"un məlumatına görə, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Vasif Hüseynovun müəllifi olduğu məqalədə Dağlıq Qarabağ münaqişəsi tərəfləri arasında danışıqların uğursuz olmasından bəhs olunur və beynəlxalq ictimaiyyətin konstruktiv müdaxiləsinin olmayacağı halda bölgədə hərbi toqquşmaların artacağına dair xəbərdarlıq edilir.

Müəllif bildirir ki, 2018-ci ilin yazında Ermənistanda baş vermiş hökumət dəyişikliyindən sonra münaqişənin həlli ilə bağlı yaranmış nikbinlik özünü doğrultmayıb. Belə ki, baş nazir Nikol Paşinyan hakimiyyətinin ilk dövründə danışıqlara meyilli yanaşma nümayiş etdirilir və müsbət mesajlar verilirdi: “Məsələn, keçən ilin sentyabr ayında Tacikistanın paytaxtı Düşənbə şəhərində MDB sammiti çərçivəsində qeyri-rəsmi görüşən Azərbaycan və Ermənistan liderləri cəbhə xəttində gərginliyi azaltmaq və operativ rabitə kommunikasiyası yaratmaq barədə razılığa gəliblər. Daha sonrakı aylarda xalqları sülhə hazırlamaq və buna bənzər digər nikbin bəyanatlar verilirdi”.

V.Hüseynov qeyd edir ki, bu vəziyyət heç bir real müsbət nəticə vermədi: “Paşinyanın dəyişən ritorikası fonunda Ermənistan liderlərinin intensivləşən aqressiv bəyanatları, Azərbaycana qarşı ərazi iddialarını daha çılpaq şəkildə ifadə etməkdən çəkinməmələri danışıqlar prosesini dalana dirəyib. Bunun nəticəsidir ki, sentyabrın 28-də BMT Baş Assembleyasında çıxışı zamanı Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov ötən bir il ərzində münaqişənin həlli istiqamətində heç bir irəliləyişin qeydə alınmadığını dünya ictimaiyyətinin diqqətinə çatdırdı”.

Məqalədə vurğulanır ki, sonuncu dəfə danışıqlar prosesində ümidsizlik 2016-cı ilin aprelində atəşkəs müqaviləsinin imzalandığı 1994-cü ildən bu yana baş vermiş ən böyük hərbi toqquşma ilə nəticələndi.

“Buna görə də hazırkı vəziyyət dünya ictimaiyyəti, xüsusilə Avropa İttifaqı və BMT tərəfindən ciddi nəzərə alınmalı və bölgədə daha bir qanlı eskalasiyanın olmaması üçün Ermənistan tərəfi substantiv danışıqlara məcbur edilməlidir”, - deyə müəllif vurğulayır.




Baxış sayı: 1 203
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30