FACT-INFO.AZ » AKTUAL » İcma rəhbəri: “Paşinyan sonuncu bəyanatı ilə Ermənistanın işğalçı ölkə olduğunu bir daha təsdiqləyib”
25-09-2019, 11:50 | AKTUAL
İcma rəhbəri: “Paşinyan sonuncu bəyanatı ilə Ermənistanın işğalçı ölkə olduğunu bir daha təsdiqləyib”

Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Ermənistanın baş naziri Nikol Paşinyanın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında səsləndirdiyi bəyanata münasibət bildirib.

İcmadan APA-ya verilən məlumata görə, T. Gəncəliyev bildirib ki, Ermənistanın baş naziri Nikol Paşinyan sonuncu bəyanatı ilə bir daha Ermənistanın işğalçı ölkə olduğunu təsdiqləyib.

"ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan keçmiş həmsədri Metyu Brayza bildirib ki, Paşinyanın “Qarabağ Ermənistandır” söyləməsi münaqişənin həlli ilə bağlı aparılan danışıqlara son deməkdir. Paşinyanın Metyu Brayzaya bu fikirlərinə görə irad bildirməsi Ermənistanın təcavüzkar siyasət yürütdüyünü nümayiş etdirir. Paşinyan bildirir ki, ilk erməni lideri olaraq münaqişənin həlli üçün həm Ermənistan, həm Dağlıq Qarabağ həm də Azərbaycan üçün məqbul olan həll variantına tərəfdardır. O bununla Dağlıq Qarabağın azərbaycanlı icmasını görməməzlikdən gəlməklə, münaqişənin həllinə qarşı olduğunu gizlətmir. Paşinyana tövsiyəm ondan ibarətdir ki, başqasını münaqişə ilə bağlı məlumatsız olmaqda ittiham etməkdənsə, özü 1992-ci ildə qəbul edilən ATƏT-in Helsinki sənədləri ilə yaxından tanış olsun. Əgər o həmin sənədlərlə tanış olsaydı görərdi ki, Dağlıq Qarabağın iki-yəni azərbaycanlı və erməni icmaları münaqişənin həllində maraqlı tərəflər kimi təsbit olunublar. Paşinyan son sözləri ilə göstərdi ki, münaqişə ilə bağlı Metyu Brayza deyil, məhz onun özünün məsələdən xəbəri yoxdur", - deyə icma sədri vurğulayıb.

T. Gəncəliyevin sözlərinə görə, Nikol Paşinyan anlamalıdır ki, münaqişənin yeganə həll yolu Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri daxilində erməni və azərbaycanlı icmalarının bir yerdə ədalətli şəkildə yaşamasından ibarətdir: "Biz bu fikirləri dəfələrlə səsləndirərək həm beynəlxalq təşkilatların, həm də Dağlıq Qarabağda yaşayan ermənilərin diqqətinə çatdırmışıq. Digər bir tövsiyəm isə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icmasınadır. Əgər Dağlıq Qarabağda yaşayan ermənilər cinayətkar xunta rejimindən qurtulmaq və Azərbaycanın suverenliyi çərçivəsində azərbaycanlı icma ilə birgə yaşamağa hazır olmayacaqsa, onda onları daha acınacaqlı gələcək gözləyir. Ermənistan rəhbərliyinin bu gün yürütdüyü siyasət Qarabağda yaşayan ermənilər üçün xoşbəxt gələcək vəd etmir. Nikol Paşinyanın sərsəm açıqlamaları məlumatsız, informasiya blokadasında olan erməni icmasını aldatmaq cəhdi kimi qəbul edilməlidir".

O qeyd edib ki, bölgədə sülh və təhlükəsizlikdə, sözdə səsləndirilən iqtisadi inkişaf və tərəqqidə həqiqətən maraqlı olanlar anlamalıdırlar ki, münaqişənin sülh yolu ilə həlli və Dağlıq Qarabağın iki icmasının birgə yaşayışının bərpa olunması təmin olunmadan bunların heç birinə nail olmaq mümkün deyil: "İşğalçı Ermənistan rəhbərliyi nə qədər tez bunu anlayacaqsa, bir o qədər tez bölgəmizdə ədalət, inkişaf və sabitlik bərpa olunacaq".




Baxış sayı: 1 253
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30