Kinorejissor Vahid Mustafa Yevin "Qanlı Yanvar" filmi Türkiyədə nümayiş olunacaq.
ANS PRESS-in məlumatına görə, Azərbaycanın müstəqillik tarixini əks etdirən film bu gün axşam saat 19.00-da Eskişehirdə Anadolu universitetinin “Sinema Anadolu” salonunda türkiyəli tamaşaçılara təqdim olunacaq. Eskişehir Azərbaycanlılar Dərnəyinin təşkilatçılığı ilə baş tutacaq təqdimat 20 Yanvar faciəsinin 26-cı ildönümünə həsr olunub. Qardaş ölkənin nümayəndələri Azərbaycanın qan yaddaşına həkk olunan və milli mübarizə tariximizin ən şanlı səhifəsini “Qanlı Yanvar” filmini izləməklə vərəqləyəcək. Eskişehir Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydının verdiyi məlumata görə, “Qanlı Yanvar” ekran əsərinin nümayişi ilə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunacaq.
Baxış sayı: 2 145
Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer
Washington hosts exhibition-concert marking anniversary of restoration of Azerbaijan’s independence
Baku Declaration adopted
ANAMA: 1,239.1 hectares cleared of mines and unexploded ordnance last week
International travellers visit Ganjasar Monastery Complex

