FACT-INFO.AZ » AKTUAL » Rusiyalı hərbi ekspert: "Paşinyanın Qarabağla bağlı son bəyanatları siyasi avantürizmdir"
31-08-2019, 09:50 | AKTUAL
Rusiyalı hərbi ekspert: "Paşinyanın Qarabağla bağlı son bəyanatları siyasi avantürizmdir"

Bunu APA-ya müsahibəsində Rusiyanın hərbi eksperti, “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenko deyib.

“Paşinyan məqsədli şəkildə hərbi ritorikadan istifadə edir”

Onun sözlərinə görə, Paşinyanın Qarabağla bağlı son bəyanatları onun müvəqqəti məntiqlə hərəkət etdiyini göstərir: “Onun ölkə ictimaiyyəti qarşısında əsas məsuliyyəti iqtisadi rifahı yüksəltməkdir. Paşinyan ölkə iqtisadiyyatını inkişaf etdirməli, maaşları artırlmalı, əhalinin yaşayış səviyyəsini yüksəltməli idi. Lakin indiyə kimi o bunu edə bilməyib. Buna görə də ictimaiyyətin diqqətini özünün buraxdığı səhvlərdən yayındırmaq üçün Qarabağ münaqişəsi ilə bağlı hərbi ritorikadan istifadə edir, müharibə şüarları səsləndirir. Paşinyan gözəl başa düşür ki, onu hakimiyyətə gətirən küçə kütləsi, eyni ilə onun hakimiyyətini yıxa bilər. Onun məntiqi müvəqqəti məntiqdir. Bu cür bəyanatlar verərək vəziyyəti gərginləşdirmək istəyir. Paşinyanın bəyanatları populizmdən başqa bir şey deyil. Fikrimcə, 6 aydan, maksimum 1 ildən sonra onun bu cür populist bəyanatları daha Ermənistan ictimaiyyətinə təsir edə bilməyəcək. Ermənistan cəmiyyəti çörək istəyir, güllə deyil. Əgər Paşinyan bu cəmiyyətə istədiyi çörəyi verməsə, bu, onun sonu olacaq”.

“Gec-tez Ermənistan qoşunlarını Dağlıq Qarabağdan çıxarmalı olacaq”

İ. Korotçenko Ermənistan siyasi rəhbərliyinin Qarabağla bağlı məsuliyyətsiz bəyanatlarının uzun illərdir, aparılan danışıqlar prosesinə də böyük ziyan vurduğunu söyləyib: “Bu, uzaqgörən siyasət deyil. Çünki diplomatik yolla aparılan danışıqları pozur. Gec-tez Ermənistan Azərbaycan torpaqlarından qoşunlarını çıxarmalı olacaq. Heç olmasa, ilkin olaraq ətraf 7 rayonu boşaltmalıdırlar. Doğma yurdlarından, evlərindən qovulan azərbaycanlı əhali Dağlıq Qarabağa qayıtmalıdır. Bütün bunlardan sonra Dağlıq Qarabağda referendum keçirilməsi mümkündür. Bu referendum isə Dağlıq Qarabağa xüsusi statusun verilməsi ilə bağlı keçirilə bilər. Dağlıq Qarabağın mübahisəsiz Azərbaycanın ərazisi hüdudlarında olması şərti ilə bu regiona xüsusi status verilməsi mümkündür. Bütün bunlardan sonra Azərbaycan Dağlıq Qarabağa investisiya yatıra bilər. Əminəm ki, Azərbaycanın tərkibində olan Dağlıq Qarabağda yaşayacaq ermənilər Ermənistanda yaşayan ermənilərdən daha yaxşı həyat səviyyəsinə malik olarlar. Fikrimcə, Paşinyan bunu yaxşı başa düşür. Ona görə də, onun səsləndirdiyi bəyanatları siyasi populizm deyil, daha çox siyasi avantürizm adlandırardım”.

“Azərbaycan həmsədrlərə təsir etmək üçün beynəlxalq ekspert qrupları ilə işləməlidir”

Rusiyalı hərbi ekspert beynəlxalq ictimaiyyətin, o cümlədən münaqişənin nizamlanmasında vasitəçi olan ATƏT-in Minsk qrupu həmsədrlərinin bu tip bəyanatlara susqun qalmasına da münasibət bildirib. İ. Korotçenkonun qənaətincə, Azərbaycan bu məsələdə daha çox beynəlxalq ekspert qrupları ilə işləməlidir: “Anlaşılandır ki, həmsədrlər bu cür bəyanatları “iqnor” edirlər. Ona görə də beynəlxalq ictimaiyyətə güclütəsir edə biləcək ekspert qrupları həmsədrlərə təsir etməlidir. Həmin ekspert qrupları həmsədrlərdən belə bəyanatlar səslənən zaman niyə susduqlarını soruşmalı, onlardan reaksiya verməyi tələb etməlidirlər. Bunun üçün güclü ekspert dəstəyi lazımdır. Azərbaycan tərəfi beynəlxalq ekspert cəmiyyətinin potensialı barədə düşünməlidir. Məhz bunun köməyi ilə Ermənistan rəhbərliyin bu cür bəyanatlarına rəsmi səviyyədə reaksiya verilə bilər”.




Baxış sayı: 1 289
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30