Fact-info.az-ın məlumatına görə, bunu "Report"un Qarabağ Mərkəzinə Cocuq Mərcanlıda keçirilən Hərbi səhra döyüş travması simpoziumu və travma kursu tədbirndə iştirak edən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti (DSX) Hərbi Hospitalının rəisi, tibb elmləri doktoru Kənan Yusifzadə deyib.
K.Yusifzadə bildirib ki, tədbirdə respublikanın müxtəlif tibb müəssisələrindən 200-ə yaxın həkim iştirak edib: "Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyevin göstərişi ilə cəbhə bölgəsində, Cocuq Mərcanlı kəndində Dövlət sərhədinin mühafizəsinin 100 illiyinə həsr olunan Hərbi səhra döyüş travması simpoziumu və travma kursu tədbiri keçirildi. Tədbir DSX-nin Hərbi Hospitalı və Hərbi Cərrahlar İctimai Birliyi tərəfindən təşkil olunub. İki hissədən ibarət olan kursda həm nəzəri, həm də praktiki təlim məşqləri keçirildi. Təlimin nəzəri hissəsində "Hərbi döyüş travmasına necə yanaşmaq lazımdır?" adlı məruzələr dinlənildi".
O əlavə edib ki, cəbhə bölgəsinə DSX-nin maniken və simulyatorları gətirilib: "Maniken və simulyatorlar vasitəsi ilə ilkin tibbi yardımın tətbiq edilməsi və praktiki vərdişlər təlim iştirakçılarına öyrədilib".
Baxış sayı: 1 623
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

