Bu fikirləri Heydər Əliyev Fondu tərəfindən Kann şəhərində təşkil edilmiş “Yeni kəşflər: Azərbaycan xalçaçılığında yeni motivlər” adlı xalça sərgisinin açılışında iştirak edən Kann merinin müavini Frank Şıkli AZƏRTAC-a müsahibəsində bildirib.
Frank Şıkli qeyd edib ki, bu sərgini dünya sərgisi də adlandırmaq olar, çünki Kann dünya şəhəri kimi tanınır. Bu sərgi Azərbaycan mədəniyyətinin təbliği baxımından çox əhəmiyyətlidir.
“Şərqin və Qərbin qovuşuğunda yerləşən Azərbaycanda olmuşam və yenə də getmək istərdim. Ənənə və innovasiya sözlərini yenidən xatırlatmaq istəyirəm, çünki ölkəniz qədimliyin və müasirliyin vəhdətidir. Bakıda ənənə və innovasiyanın vəhdətini aydın görmək olur. Keçmiş, indi və gələcək arasında görünməyən tellərlə vəhdəti təmin edən ənənəni qoruyub saxlamaq və onu innovasiyalarla yenidən canlandıraraq yaşatmaq önəmlidir. Azərbaycanı həqiqətən də çox sevdim”, - deyə F.Şıkli qeyd edib.
Baxış sayı: 1 306
From Shavkat Mirziyoyev, President of the Republic of Uzbekistan
Azerbaijan’s cultural heritage showcased at festival in South Korea
Media and Broadcasting Council urges media to cite official sources in reports on President
Two books on Yerevan’s history added to US Library of Congress catalogue
Farid Shafiyev: Azerbaijan proved that peace is achievable through direct talks with Armenia

