FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Türk dillərinin müqayisəli tədqiqinə töhfə
5-06-2019, 16:35 | TƏDQİQATLAR-ANALITIKA
Türk dillərinin müqayisəli tədqiqinə töhfə

Azərbaycan türk dilləri sistemində inkişaf edərək həmin sistem içərisində öz əlaqələrini daha geniş sahələr üzrə bərpa etməkdədir. Bu, türk dünyasının bərləşməsinin bir yönüdür, dil-linqvistik hadisəsi və tərəfidir. "Bir çox özünəməxsus xüsusiyyətlər qrammatik kateqoriyaların dəyərliklərində özünü göstərir. Bəzi məqamlarda türk dilləri birləşə bilir" (akademik Kamal Abdullayev).

Dil-linqvistik tərəf kimi bu gün türkologiyanın qaşısında duran problemlərdən biri də qohum dillərin bir-birilə qarşılaşdırılması və müqayisə olunması, qrammatik eyniliyin və diferensiallığın aşkara çıxarılmasıdır. Bu sahədə olan gerçəkliklər son illər daha çox öyrənilir, müqayisəli tədqiqatın prinsip və istiqamətləri müəyyənləşdirilir.

Dillərin müqayisəsi insanların düşüncə fəaliyyətində həmişə mühüm və mərkəzi yerlərdən birini tutmuşdur. Burada, hər şeydən əvvəl, "qohum dillər arasında yüksək tarixi əlaqə" (Boduen de Kurtene) aşkarlanır. Türk dillərinin müqayisəli tədqiqi üzrə Azərbaycanın tanınmış dilçi alimi professor İsmayıl Kazımov bu günlərdə işıq üzü görmüş yuxarıda adı çəkilən monoqrafiyasında müqayisəli tədqiqat vasitəsilə türk dillərinin qrammatik qanunauyğunluqlarını, morfoloji hadisələrin dinamikasını müəyyənləşdirmiş, qrammatik kateqoriyalar arasında olan ümumi və fərqli dil yeniliklərini üzə çıxarmışdır.

Qeyd etmək lazımdır ki, kontrastiv və konfrantativ qrammatikaların tədqiqi son illərdə daha geniş vüsət almış, bu da dövlət müstəqilliyi qazanmış türk xalqlarının bir-birininə yaxınlaşması, humanitar sahədə əlaqə və münasibətlərinin hərtərəfli qurulması ilə bağlıdır. İndi elə bir dövrdə yaşayırıq ki, ortaq türk əlifbası və ortaq türk dili, ortaq ünsiyyət dili probleminin həll olunması istiqamətində elmi araşdırmalar Azərbaycan Milli Elmlər Akademiyası İmadəddin Nəsimi adına Dilçilik İnstitutunda da həyata keçirilməkdədir. Həmin araşdırmalardan biri də qohum türk dillərinin ortaq nitq vahidlərini - cümlə sistemini yaratmaq və bir-birini daha asan başa düşülməsi üçün bunun vacib olduğunu tədqiqatlarla sübut etməkdir.

Professor İsmayıl Kazımovun yeni tədqiqatının mərkəzində müasir türk dillərinə məxsus söz və onun qrammatik cəhətdən dəyişməsi və sözügedən prosesin morfoloji səciyyəsi dayanır. Morfologiya "dil məkanı"nın mərkəzi olduğu üçün müəllif iltisaqiliyi bir ölçü kimi götürmüş və əsas məsələləri bu tip üzərində təhlil etmişdir. Türk dillərinin morfoloji quruluşu adıçəkilən əsərdə ayrıca səviyyə kimi, söz biçiminin qavrayışını və quruluşunu təmin edən mexanizmlər sistemi, həmin sistemin qaydalarını və inkişafını təmin edən bir bölüm kimi öyrənilmişdir. Müəllif bu məsələ ilə bağlı yazır ki, müqayisəyə cəlb edilən müasir türk dillərində morfoloji quruluş ümumi cəhətlər əsasında ortaya çıxmışdır. Həmin dillərdə informasiyanın əsas keyfiyyətləri morfologiyada xüsusi çəkisi olan sözdəyişdirici göstəricilərdir. Sözdəyişdirici qrammatik göstəricilər qrammatik kateqoriyalarda cəmləşir. "Beləliklə, türk dillərinin morfologiyası ümumən sözlərin dəyişən kateqoriyalarını müqayisəli yolla tədqiq edir".

Professor İsmayıl Kazımovun bu dəyərli tədqiqatında onu da diqqətə çatdırır ki, müqayisə edilən dillərdə qrammatik kateqoriya şəkilçilərinin hamısının işlənmə vəziyyəti eyni deyildir. Oxşarlıqlar ümumi və bərabər inkişaf perspektivlərini əks etdirir. Fərqli cəhətlər isə dillər arasında ayrılma və ərazicə uzaqlaşma proseslərinin təzahürü kimi meydana çıxır.

Məlumdur ki, türk dillərinin tarixi inkişafı və indiki durumu, ümumi təkamül xüsusiyyətləri, çoxsaylı linqvistik hadisələri belə bir qənaətə gəlməyə əsas verir ki, onları bir-biri ilə müqayisə etmək və inkişaf gedişində meydana çıxan qrammatik dəyişiklikləri aşkarlamaq bu qohum dillərin inkişaf qanunauyğunluqları haqqında müəyyən nəticələr əldə etməyə imkan verir.

Bu mühüm məsələ nəzərə alınaraq, AMEA İmadəddin Nəsimi adına Dilçilik İnstitutunda müasir türk dillərinin müqayisəli morfologiyası ayrıca tədqiqat obyekti olaraq öyrənilir. İnstitutun Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımovun bu kitabı türkoloji dilçiliyin müstəqillik illərində qazandığı son nailiyyətlər, eləcə də onun bu sahədə uzun illərdən bəri qazandığı zəngin təcrübə əsasında yazılmışdır. Bundan əvvəl müəllifin "Türk dillərinin müqayisəli fonetikası" və "Türk dillərinin müqayisəli leksikası" adlı kitabları nəşr olunmuşdur. Müqayisəli morfologiya həmin silsilənin davamı, yəni III cildidir. Çoxsaylı türk düşüncəsinin mücərrədləşdirmə fəaliyyəti, onların gerçəkliyə münasibəti, uzunmüddətli tarixi inkişafın məhsulu olan morfoloji quruluşun oxşar və fərqli cəhətləri bu əsərdə zəngin faktlar əsasında müəyyənləşdirilmişdir.

İsmayıl Kazımovun müasir türk dillərinin müqayisəli morfologiyasına dair tədqiqatında ən yaxşı cəhət nəticələrdən biri dil faktlarının müqayisə şəkildə təhlil olunmasıdır. Müəllifin adıçəkilən monoqrafiyasında türk dillərinin müqayisəli qrammatikası başlıca predmet kimi götürülür.

İ.Kazımov adıçəkilən yeni araşdırmasında bir sıra fikirlərinə sübut olaraq görkəmli dilçi alim, professor Əlövsət Abdullayevdən belə bir sitat verir: "Fərqi o yerdə axtararlar ki, müqayisə edilən obyektlər arasında bir oxşayış olsun". Kitabda müasir türk dillərinə (qazax, qırğız, karaim, qaqauz, başqırd, qaraçay-balkar, altay, kumuk, noqay, tatar, qaraqalpaq, türkmən, özbək, uyğur, xakas, çuvaş, şor, yakut və s.) məxsus və onların daxili qanunauyğunluğundan irəli gələn mühüm morfoloji hadisələr yeni düşüncə müstəvisində şərh olunur. Müasir türk dillərinin morfoloji quruluşunun ümumi səciyyəsi, ayrıca nitq hissələri, morfoloji sistemin özəllikləri, qrammatik mənanın ifadə üsulları və vasitələri, sözdəyişmə prosesi, formaların çevik hərəkəti və inkişafı, "daxili" morfoloji sistem, qrammatik kateqoriyaların doğurduğu yeni hadisələr və s. təhlil predmetinə çevrilir...

Əsərin əvvəlində müəllif müasir türk dillər haqqında ümumi məlumat verir, "geniş bir alana yayılmış Türk dilləri"nin (V.Radlov) mürəkkəb inkişaf və təkamül yolunu izləmiş, müxtəlif sahələrdə aparılmış tədqiqatları şərh etmişdir. Kitabda ənənəvi morfologiyadan fərqli olaraq funksional-semantik kateqoriyaların da izahına geniş yer ayrılmışdır.

Ümumiyyətlə, professor İsmayıl Kazımovun bu kitabında müasir türk dillərinin morfologiyası geniş və sistemli şəkildə araşdırılır, qohum dillərin morfoloji quruluşunu əks etdirən ən mühüm və zəruri qaydalar konkret nümunələr əsasında izah olunur. Morfoloji quruluş "formadan mənaya" istiqamətində təsvir edilir.

Kitab sahə üzrə mütəxəssislərlə yanaşı, tələbələr, magistrlər, ümumiyyətlə, elmi işçilər və başqaları üçün faydalı bir araşdırmadır.

Möhsün NAĞISOYLU AMEA-nın həqiqi üzvü, AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru




Baxış sayı: 1 464
Qazaxıstanlı ekspert: Azərbaycan Avrasiyanın nəqliyyat-enerji qovşağına çevrilir Dünən, 20:30 Şəhid polkovnik Füzuli Cavadovun 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib Dünən, 20:00 Ciorcia Meloni Prezident İlham Əliyevə təşəkkür edib Dünən, 18:30 Şamaxıda növbəti Üzüm və Şərab Festivalı keçiriləcək Dünən, 18:00 Azerbaijan’s mine problem raised in Prague Dünən, 17:30 Görkəmli alim, tanınmış elm və təhsil təşkilatçısı Dünən, 15:30 ABŞ və Almaniya Ukrayna üçün 5000 kamikadze dronunun istehsalına başlayıb Dünən, 09:30 "Parlament diplomatiyası çoxtərəfli əməkdaşlığın inkişafında mühüm rol oynayır" - Sahibə Qafarova Dünən, 08:30 Praqada Azərbaycanın mina problemi gündəmə gətirilib Dünən, 08:30 Qərb mediası Azərbaycana qarşı təşkil olunmuş dezinformasiya kampaniyası aparır - BƏYANAT 3-09-2026, 20:00 Tibb işçilərinin əməkhaqlarının artırılması dövlətin sosial siyasətinin növbəti mühüm addımıdır 3-09-2026, 19:30 Bakı Astana ilə Qazaxıstanın enerji resurslarının Azərbaycandan tranzitini müzakirə edib 3-09-2026, 16:30 Ukraynanın xarici işlər naziri müharibənin başa çatdırılması imkanlarından danışıb 3-09-2026, 16:00 Azərbaycanın “orta güc dövləti” kimi yüksəlişi 3-09-2026, 15:30 Xarici media Prezident İlham Əliyevin Beynəlxalq konfransın iştirakçılarına müraciətindəki fikirlərinə geniş yer ayırıb 3-09-2026, 15:00 Aİ sədrliyinə hazırlaşan Litva Azərbaycanla əməkdaşlığı genişləndirmək əzmindədir 3-09-2026, 14:30 “Ölümcül Miras” sənədli filminin təqdimatı olub 3-09-2026, 09:30 Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı keçirilib 3-09-2026, 09:30 G20: Süni intellekt beynəlxalq ticarətdə maneələrin aradan qaldırılmasına kömək edə bilər 3-09-2026, 08:00 Kiberpolis süni intellektlə MİDA-nın adından saxta müqavilələr hazırlayan şəxsləri aşkarlayıb 2-09-2026, 21:00 Tibb sahəsində mühüm islahat 2-09-2026, 21:00 Prezident İlham Əliyev BMT-nin Azərbaycanda yeni təyin olunmuş rezident əlaqələndiricisini qəbul edib 2-09-2026, 18:30 “Müstəqillik Bəyannaməsi – 35” adlı tədbir keçirilib 2-09-2026, 18:30 “Qərbi Azərbaycana həsr olunan verilişdə zəruri məqamlar müzakirə olunub” 2-09-2026, 18:00 ANAMA humanitar minatəmizləmə sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir 2-09-2026, 10:00 Leyla Abdullayeva Paris meriyasının ittihamlarına cavab verib 2-09-2026, 10:00 Goranboydakı yanğınla bağlı Fövqəladə Hallar, Müdafiə və Daxili İşlər nazirlikləri birgə məlumat yayıb 2-09-2026, 08:30 CENTCOM: İranın hərbi hədəflərinə qarşı olan zərbələr başa çatdırılıb 2-09-2026, 08:30 Şamaxıda zəlzələ baş verib 2-09-2026, 08:00 Azərbaycanla Çin arasında enerji sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub 1-09-2026, 19:00
Köşə yazarları
Təqvim
«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930