FACT-INFO.AZ » AKTUAL » Rafiq Rüstəmov: ”Qarabağın düşmən tapdağından azad edildiyi haqda qəfil xəbər alsam, sevincdən ürəyim dayana bilər... ”
10-05-2019, 11:05 | AKTUAL
Rafiq Rüstəmov: ”Qarabağın düşmən tapdağından azad edildiyi haqda qəfil xəbər alsam, sevincdən ürəyim dayana bilər... ”

1990-cı ilin may ayının 28-də Xocalı şəhər stadionunda Respublika gününün qeyd olunması üçün razılıq əldə etmişdim. O zaman Azərbaycan öz dövlət müstəqilliyini bərpa etməmişdi, yəni keçmiş SSRİ-nin tabeçiliyində idi. Mən, Ağdama gəldim. Xocalıda keçiriləcək tədbirlə əlaqədar Ağdam Muğam musiqi məktəbinin direktoru Rafiq Rüstəmovla görüşdüm. Müəyyən müzakirələr apardıq. Qərara gəldik ki, Rafiq müəllimin rəhbərlik etdiyi ansambl ilə Xocalıya gedəcəyik, 28 may-Respublika gününü Xocalı şəhər stadionunda qeyd edəcəyik. Mən SSRİ DİN Daxili Qoşunların Dağlıq Qarabağdakı Komandanı General Safonovdan 100-dək zabit, gizir və əsgər götürdüm. Onlar tədbir keçirilən Xocalı şəhər Stadionunun mühafizəsini təşkil edəcəkdilər. Hətta ermənilər belə rus zabit və əsgərləri ilə bizim isti münasibətimizə məəttəl qalmışdılar. Həmin tədbirin yaxşı keçməsi üçün istedadlı tarzən və ansamblın bədii rəhbəri Rafiq Rüstəmov əllərindən gələni əsirgəmədi.

İndi o günlərdən bizi 29 illik zaman ayırır. Hazırda İngiltərənin Oksford şəhərində yaşayan və London şəhərindəki Azərbaycan Evi Mədəniyyət və Dostluq Mərkəzində çalışan Rafiq Rüstəmov qonağımızdır. Onunla söhbəti sizə təqdim edirik:

- Rafiq müəllim, doğma Vətən torpağında xoş gördük Sizi.

- Salam, təşəkkür edirəm.

- Azərbaycan Avropadan necə görünür?

- Mən Avropadan baxanda Azərbaycanı ən yüksək zirvədə görürəm. İnsan öz yurdunda olanda o yüksəkliyi görə bilmir. Amma qərib ölkədə doğma el-obasının dəyərini bilir. Mən, doğma yurdum Azərbaycanı, habelə, doğulub boya-başa çatdığım Ağdamın Xındırıstan kəndini dünyanın heç bir yerinə dəyişmərəm. Hələ Azərbaycanda işlədiyim dövrdə dünyanın müxtəlif ölkələrində qastrol səfərlərində olmuşam, gəzməli-görməli yerlərini görmüşəm. Buna baxmayaraq, mənim üçün ən gözəl yer Azərbaycandır, böyüdüyüm Ağdamdır. Nə qədər ki, bizim bu doğma yurdumuz düşmən işğalı altındadır, mən sanki qanadı qırılmış bir quşam. Bəzən bayram tədbirlərində xoş əhval-ruhiyyəli musiqilər ifa edərkən birdən-birə daxilimə kədərli bir sükut çökür. Düşünürəm ki, mən İngiltərədə insanları şənləndirərkən, Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağımda qan ağlayır.

Xocalının işğalı ilə bağlı ilk tədbirimizi dörd il öncə Londondakı kilsədə keçirdik. Tədbirdə Azərbaycan Respublikası Heydər Əliyev Fondunun I Vitse-Prezidenti xanım Leyla Əliyeva, Azərbaycan Evinin rəhbəri Ali Tekin, Avropa-Azərbaycan Cəmiyyətinin prezidenti Taleh Heydərov və başqaları iştirak edirdilər.

- Çox xahiş edirik, səmimi cavab verin: Avropa Azərbaycanın başına gələn faciələri anlayır və qəbul edirmi?

- Bəli, keçirilən tədbir və görüşlərin sayəsində Avropa Azərbaycanın yaşadığı ağrı-acını görür, qəbul edir. Tədbirlərdə iştirak edən insanlar Azərbaycanın kədərinə şərik olurlar. Heç nədən qorxmadan tribunada çıxış edir, fikirlərini bildirirlər.

- Onlar Ermənistan haqqında nə düşünürlər?

- Avropada əksər insanlar Ermənistanı işğalçı bir ölkə kimi tanıyır. Onlar bilirlər ki, biz müharibənin əleyhinə olan, sülhsevər dövlətik.

- Siz Ağdamdan yenicə qayıtmısınız. Təəssüratlarınızı bilmək istərdik.

- Bu gün Ağdam çiçəklənən diyara dönmüşdür. Bunun üçün mən Prezidentimizə minnətdaram ki, Vaqif Həsənov kimi insanı Ağdama İcra başçısı təyin etmişdir. Onun sayəsində Ağdam gündən-günə gözəlləşir, inkişaf edir. Mən orada insanların İcra başçısından necə ağız dolusu danışdığının şahidi oldum.

- Bildiyiniz kimi Ağdamda Regional Muğam Mərkəzi açılıb. Bu xəbəri eşidəndə hansı hissləri keçirdiniz?

- Ağdamda Regional Muğam Mərkəzi açılanda mən Londonda idim. Ordan cənab Prezidentimizə təşəkkür məktubu göndərdim ki, Siz bunu etməklə bir daha sübut etdiniz ki, ürəyiniz daim Qarabağladır.

- Dərs dediyiniz tələbələrdən kimlərin adını çəkə bilərsiniz?

- İlk dəfə Uşaq Muğam musiqi məktəbini 1985-ci ildə Sadıq Murtuzayev yaratdı. Bu məktəbin yaranması ilə uşaqlar muğamın sirlərinə daha dərindən bələd oldular. Mən özüm də kəndləri gəzərək istedadlı uşaqları seçib bu məktəbə gətirdim. Həmin uşaqlardan Habil Hacıyev, Səbuhi İbayev, Feyruz Səxavət, Sevinc Sarıyeva, Humay Məmmədova, Azər Rüstəmov, Ayaz Qasımov, Əli Hacızadə, Elşən Babaşoğlu, Gündüz Nəcəfov və başqalarının adını çəkə bilərəm. Bu uşaqlar mənim yaratdığım “Qarabağ bülbülləri” ansamblında yetişiblər. Sonralar bu usaqlarla kənd, şəhər, ölkə və sonda xarici ölkə tədbirlərində çıxışlarımız olub. Mən otuz il bu işə rəhbərlik etmişəm. 70 yaşımda təqaüdə çıxdım və dövlət tərəfindən yubileyim yüksək səviyyədə qeyd olundu. Yaşımın çox olmasına baxmayaraq, indi də sənətimdən aralı deyiləm, milli mədəniyyətimizin tanınması ilə bağlı tədbirləri hazırda London şəhərində davam etdirirəm.

- Azərbaycan torpaqlarının işğaldan azad olunması xəbərinin Sizə verilməsi hansı hissləri oyadacaq?

- Bu xəbəri qəfildən alsam, ürəyim dayana bilər. Sözlə ifadə etmək çox çətindir. Əminəm ki, biz, sülh yolu ilə torpaqlarımızı düşmən tapdağından azad edəcəyik. Mən, hörmətli Prezidentimizin bu yolda atdığı addımları dəstəkləyirəm.

- Hörmətli Rafiq müəllim, söhbətə görə sizə dərin minnətdarlığımızı bildiririk. Dəyərli vaxtınızdan bizə ayırdığınız üçün təşəkkür edirik.

- Çox sag olun! Dəvət etdiyinizə görə, mən də sizə təşəkkür edirəm!

Söhbəti yazdılar: Şamil Sabiroğlu,

Nübar İslamqızı.




Baxış sayı: 2 169
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak ediblər Bu gün, 16:00 Xəzərin səviyyə tərəddüdləri və Günəş fəallığı, yeni tədqiqatlar Bu gün, 14:30 "Zəfərin səsi, qürurun nəğməsi” adlı videoçarx hazırlanıb Bu gün, 10:00 Qazaxıstanın Aktau şəhərində Zəfər Günü qeyd olunub Bu gün, 09:30 Zelenski: Ukrayna və Rusiya genişmiqyaslı əsir mübadiləsini müzakirə edib Bu gün, 09:30 Prezident İlham Əliyev Ərdoğana başsağlığı verib Bu gün, 08:30 Əxlaqın ağırlığı Dünən, 21:00 Prezidentin sosial media hesablarında Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı videoçarx paylaşılıb Dünən, 12:00 Zəfərin işığında ucalan ömür Dünən, 11:30 Xankəndi şəhər stadionunda yenidənqurmadan sonra keçiriləcək ilk rəsmi oyunun vaxtı açıqlanıb Dünən, 11:00 Gəncə Dövlət Filarmoniyasının səhnəsindən iki gün 9-11-2026, 19:30 Londonda 8 Noyabr – Zəfər Günü münasibətilə konsert proqramı təşkil olunub 9-11-2026, 10:30 Türkiyənin ev sahibliyi etdiyi COP31 bu gün Antalyada öz işinə başlayır 9-11-2026, 10:00 Xarici media Azərbaycan-Türkiyə prezidentlərinin görüşünə geniş yer ayırıb 9-11-2026, 10:00 Mehriban Əliyeva sosial şəbəkə hesabında Bayraq Günü münasibətilə paylaşım edib 9-11-2026, 10:00 Azərbaycan XİN: 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının dövlətçilik tarixinin ən şanlı səhifələrindəndir 8-11-2026, 10:30 Oljas Süleymenov: Azərbaycanla bağlı əsl qürur hissi keçirirəm 8-11-2026, 10:00 Azərbaycan Zəfər Gününü qeyd edir 8-11-2026, 10:00 "Turan Elləri" Diasporaya Dəstək İctimai Birliyi adından 8 Noyabr - Zəfər Günü münasibətilə Təbrik 7-11-2026, 16:00 44GUNSAVASH.az Saytının Kollektivi Adından 8 Noyabr - Zəfər Günü Təbriki 7-11-2026, 15:30 Azərbaycan, ABŞ və Ermənistan TRIPP layihəsi üzrə üçtərəfli işçi qrup yaradıb 7-11-2026, 11:30 Qarabağ Universitetinin Kitabxanasının və İnnovasiya Mərkəzinin binalarının təməli qoyulub 7-11-2026, 11:30 Müstəqilliyimiz qədər dəyərli olan əmanət 7-11-2026, 11:30 Prezident İlham Əliyev: Biz cəmi altı ilə 100 minə yaxın insanı Qarabağa və Şərqi Zəngəzura qaytarmışıq 6-11-2026, 19:30 “Zəfər Salnaməsi” adlı tədbir keçirilib 6-11-2026, 18:00 Prezident: Köçkünlərin doğma torpaqlara qayıtması hər bir vətəndaşımızın böyük arzusu idi 6-11-2026, 18:00 Prezident və birinci xanım Zəngilan Şəhər Təhsil Kompleksinin açılışında iştirak ediblər 6-11-2026, 14:30 Zəfərimiz çağdaş tarixşünaslıqda öyrəniləsi və qürur duyulası məqamdır 6-11-2026, 14:00 Ermənistan Aİİ-dən məhdudiyyətlərin qaldırılmasını tələb edir 6-11-2026, 12:30 Xankəndidə “Zəfər zəngi” filmi nümayiş olunub 6-11-2026, 12:30
Köşə yazarları
Təqvim
«    Noyabr 2026    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30