FACT-INFO.AZ » TƏDQİQATLAR-ANALITIKA » Avropa İttifaqının iki mühüm sənədi: suverenlik və sərhədlərin toxunulmazlığının önəmi
4-05-2019, 10:20 | TƏDQİQATLAR-ANALITIKA
Avropa İttifaqının iki mühüm sənədi: suverenlik və sərhədlərin toxunulmazlığının önəmi

Çünki hər iki sənəddə mövcud təhlükələr geniş ifadə edilir. Onların ümumi təbiəti və dağıdıcılıq rolu konkret verilir. Belə görünür ki, Avropa İttifaqı əsas olaraq informasiya müharibələrini təhlükə kimi görür. Burada hərbi element də iştirak edir. Faktiki olaraq, həm Aİ-yə üzv olan dövlətlər, həm də müstəqilliyini əldə etmiş gənc ölkələr üçün ortaq təhlükə meydana gəlir. Bu vəziyyət dövlətlərin suverenliyi və sərhədlərin toxunulmazlığını ciddi təhlükələrə atır. Bütün bunlarla mübarizə aparmaq üçün Brüssel konkret fəaliyyət prinsiplərini müəyyən edib və həmin istiqamətdə addımlar atmağa qərar verib. Həmin kontekstdə Aİ-Azərbaycan münasibətlərinin geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac vardır.

Bakı-Brüssel xətti: strateji tərəfdaşlığa maraq

Azərbaycan-Avropa İttifaqı münasibətlərini korlamağa çalışan qüvvələr mövcuddur. Zaman-zaman onlar fəallaşır və tərəflər arasında süni anlaşılmazlıqlar yaratmağa cəhdlər göstərirlər. Təəssüf ki, onların sırasında Aİ-nin müxtəlif təsisatları da vardır. Məsələn, Avropa Şurasında bu kimi hallara rast gəlinir. Lakin Azərbaycan diplomatiyasının güclü fəallığı sayəsində real vəziyyət bir qədər fərqlidir. Konkret desək, Aİ getdikcə daha böyük əminliklə başa düşür ki, Azərbaycan Cənubi Qafqazın lider dövlətidir və regionun təhlükəsizliyinin təminində açar rolunu oynayır.

Bunlara Avropa Parlamentinin plenar iclasında böyük səs çoxluğu ilə qəbul etdiyi iki sənəd də əlavə olunub. Onlar "Avropa İttifaqına üzv ölkələrə və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinə Avropa əleyhinə təbliğata strateji cavab tədbirləri" haqqında və "Avropa Komissiyasına və Avropa İttifaqının xarici nümayəndələrinin fəaliyyəti ilə bağlı Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali nümayəndəsinə tövsiyələr" adlı qətnamələrdir.

Bu sənədlər Aİ-nin təhlükəsizlik, xarici siyasət, təbliğat, informasiya müharibəsi kimi müxtəlif sahələrdə qarşısında dayanan vəzifələri konkretləşdirir. Qətnamələr geniş hazırlanıb və maddələrdə Aİ-nin aktual hesab etdiyi məsələlər yer alıb. Əgər onları ümumiləşdirsək, Avropa üçün informasiya müharibələri, strateji kommunikasiya vasitələrinin inkişafı və kənardan olan kiberhücumlara müqavimət məsələlərinin daha çox önəm kəsb etməyə başladığını deyə bilərik. Bu istiqamətlərin hər biri üzrə təşkilat qarşısında duran vəzifələr də konkret ifadə edilib.

Belə görünür ki, Brüssel Rusiya, İran, Şimali Koreya və terror təşkilatlarının təhdidlərinə ciddi yanaşır. Xüsusilə sənədlərdə Rusiyanın kiberhücumları, Aİ-dəki seçkilərə müdaxiləni ifadə edən informasiya müharibələrinin aparılması və bu təşkilatla "Şərq tərəfdaşlığı" proqramı, "Yeni qonşuluq siyasəti" layihəsi çərçivəsində əməkdaşlıq edən ölkələrə qarşı yarana biləcək təhdidlərlə mübarizə geniş yer alıb.

"Üçüncü ölkələr dezinformasiyası" ifadəsi altında Aİ özünə və tərəfdaşlarına yönəlik dağıdıcı fəaliyyətlərin mövcudluğunu təsdiq etmiş olur. Bunun nəticəsində dövlətçilik və ərazi bütövlüyünün təmini baxımından ciddi problemlər meydana gələ bilər. Həmin səbəbdən də AP "ondan çıxış edir ki, indi yayılan və gələcək təhlükələr "Şərq tərəfdaşlığı" ölkələrinin hamısının müstəqilliyi və suverenliyini pozmaq məqsədini güdməklə onların beynəlxalq tanınmış sərhədlərini təhdid etməyə yönəlib".

Bununla da Aİ tarixində çox əhəmiyyətli bir qərara imza atmış olur. Brüssel faktiki olaraq özünə qarşı təhdidlərin mərkəzində kiberhücumların və "hibrid-informasiya müharibələri"nin dayandığını qəbul edir. Bu təhlükələr isə birbaşa strateji kommunikasiya vasitələrinin fəaliyyəti ilə bağlıdır. "Strateji kommunikasiya vasitələri" dedikdə, burada inkişaf etmiş ölkələrin istifadə etdiyi ən müasir informasiya-kommunikasiya texnologiyaları nəzərdə tutulur. Konkret olaraq, AP vurğulayır ki, hərbi-informasiya və kommunikasiya texnologiyalarını Aİ ölkələrinin suverenliyinə qarşı istifadə edən ölkələr var. Bu təhlükələr müxtəlif formalar alır. Bunlara qarşı Aİ xarici siyasət üzrə qlobal strategiyanı önə çəkir. Həmin strategiyaya görə, Aİ "üzv olan və olmayan ölkələrin hamısının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığını Avropa təhlükəsizliyinin açar elementi kimi müəyyən edir".

Sərhədlərin toxunulmazlığı: başlıca prinsiplərdən biri

Deməli, bu qətnamələr göstərir ki, Aİ üzv dövlətlərlə yanaşı onunla əməkdaşlıq edən hər bir ölkənin ərazi bütövlüyü və suverenliyinin təmin olunması qayğısına qalır. Bu prizmadan Azərbaycana Aİ-nin münasibəti ilə bağlı maraqlı nəticələr çıxarmaq olar. Qətnamələrdən görünür ki, bir sıra dairələrin Azərbaycana qarşı "qara piar" kampaniyası aparmasına baxmayaraq, Avropa İttifaqı reallığı görməyə başlayıb. Brüssel Cənubi Qafqazın lider dövləti ilə əməkdaşlığın zəruriliyini dərk edərək, Bakı ilə münasibətlərə çox həssaslıqla yanaşır. Bunun təməl prinsiplərindən biri isə Azərbaycanın ərazi bütövlüyünü tanımaq və sərhədlərinin toxunulmazlığını qəbul etməkdən ibarətdir.

Onu vurğulayaq ki, Ermənistanın rəsmi dairələri və marginal KİV orqanları belə bir fikir yaratmağa çalışırdılar ki, guya Aİ Ukrayna və Gürcüstanın ərazi bütövlüyünün təminindən danışır, ancaq Azərbaycandan danışmır. Bu qətnamələr isə həmin fikrin tam əsassız olduğunu nümayiş etdirir. Aİ bütün müstəqil dövlətlər kimi, Azərbaycanın da suverenliyini və ərazi bütövlüyünü tam qəbul edir. Hətta onlara qarşı mümkün təhlükələrin qarşısının alınmasında da maraqlı olduğunu təsdiqləyir.

Belə çıxır ki, Avropa üçün Azərbaycan geosiyasi baxımdan çox qiymətli ölkədir. Bu müstəvidə Ermənistanın təcavüzkarlığının qəbuledilməz olduğu aydındır. Erməni silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən çıxarılmasından başqa yol yoxdur. Maraqlıdır ki, AP yuxarıda vurğulanan qətnamələri N.Paşinyanın Brüsselə səfərindən bir həftə sonra qəbul edib. Deməli, Brüssel Ermənistan baş nazirinin söylədiklərinə əhəmiyyət vermir. Aİ-nin Azərbaycanla ən yaxın əməkdaşlıqda maraqlı olduğuna şübhə yoxdur.

Bu məsələ Azərbaycanın təklif etdiyi əməkdaşlıq strategiyası çərçivəsində tərəflər arasında əlaqələrin qurulması prosesində özünü göstərir. Brüssel Bakını qane edən şərtlər daxilində strateji əməkdaşlığa razıdır. Bu istiqamətdə Brüssel-Bakı əlaqələrinin inkişaf edəcəyinə şübhə yoxdur.

Qəbul edilən qətnamələrin geosiyasi əhəmiyyəti böyükdür. Aydın olur ki, Avropa İttifaqı öz maraqlarını daha güclü şəkildə qorumağa qərar verib. O cümlədən postsovet məkanında dövlətlərin suverenliyi və təhlükəsizliyi üçün ciddi addımlar atmaq fikrindədir. Təbii ki, bu, Aİ-Rusiya münasibətlərinə əlavə gərginlik gətirə bilər. Bunu Cənubi Qafqazda da hiss etmək mümkündür. Digər tərəfdən, bu regionda ABŞ-Rusiya münasibətlərinin kəskinləşdiyi məlumdur. Bütövlükdə bu cür geosiyasi mənzərə region üçün yeni risklərin meydana gəlməsinə gətirib çıxara bilər.

Ancaq önəmlisi odur ki, Aİ region ölkələrinin suverenliyi və ərazi bütövlüyü məsələsini ön plana çıxarır. Deməli, Brüsselin fəaliyyətində həmin məqamlar özünü daha çox göstərməlidir. Məntiqi olaraq, bu prinsiplərə qarşı çıxan hər bir qüvvə ilə Aİ mübarizə aparmalıdır. Daha açıq ifadə etsək, AP-nin qəbul etdiyi qətnamələrə görə, Brüssel Ermənistanın təcavüzkarlığına son qoyulması istiqamətində daha fəal mövqe tutmalıdır. Avropa İttifaqı bunu edəcəkmi? Bu suala birmənalı cavab vermək çətindir. Çünki təəssüflə demək lazımdır ki, dünyanın digər güc mərkəzləri kimi Aİ də özünün məhdud maraqları naminə bəzən ikili standartlar siyasətinə əl atır.

Eyni zamanda, artıq geosiyasi reallığın dəyişdiyi faktdır. Bunun fonunda ikili standart oyununun sonunun olmadığı bilinməlidir. Əgər Brüssel qəbul etdiyi sənədlərə uyğun davranmasa, onların heç bir dəyəri olmayacaq. Bu isə o deməkdir ki, Azərbaycanla real strateji tərəfdaşlıq niyyəti reallaşmamış qala bilər.

Bütün bunları nəzərə alsaq, Avropa Parlamentinin qəbul etdiyi qətnamələrin Brüssel üçün tarixi bir şans olduğunu deyə bilərik. Həmin sənədlərdə açıq bildirilir ki, təşkilat ciddi təhlükələrlə üz-üzədir. Onlara qarşı mübarizə həyat əhəmiyyətli məsələdir. Mübarizənin mühüm komponentlərindən biri də ölkələrin suverenliyinə və ərazi bütövlüyünə olan təhdidlərin aradan qaldırılmasıdır. Bəlkə, bu prosesə Ermənistanın təcavüzkarlığının aradan qaldırılması ilə başlanılsın? Niyə də yox?!

Newtimes.az




Baxış sayı: 1 707
Türk Mədəniyyəti və İrsi Fondu növbəti nəşrini təqdim edir Bu gün, 11:00 Azərbaycanlı itkinlərdən qalmış xatirə əşyaları Brüsseldə nümayiş olunub Bu gün, 10:30 Avropa şəhərlərində Ermənistanın mina müharibəsinə qarşı silsilə aksiyalar keçirilir Bu gün, 08:30 NAZİM MUSTAFA AĞBABANIN FƏXRİ, TARİXİMİZİN VƏFALI QƏLƏMİ Bu gün, 08:00 Çin Azərbaycanın enerji layihəsini və Orta Dəhlizin əhəmiyyətini xüsusi vurğulayıb Dünən, 20:30 Ərdoğan prezident İlham Əliyevə zəng edib Dünən, 20:00 В Баку начала работу XII международная книжная выставка Dünən, 17:30 TÜRK-AY Təşkilatının nümayəndə heyəti Xankəndidə səfərdədir Dünən, 16:30 Leyla Aliyeva highlights importance of international cooperation in fight against childhood cancer Dünən, 16:00 Dövlət əleyhinə açıq çağırışlar yayan 7 nəfər beynəlxalq axtarışa verilib - Baş Prokurorluq Dünən, 12:00 Avropa İttifaqı Cənubi Qafqazda infrastruktur layihələrinə 2 milyard avro investisiya cəlbini planlaşdırır Dünən, 11:53 Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı İspaniyada nəşr olunub Dünən, 11:00 İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi Azərbaycan üçün əsas prioritetlərdən biridir Dünən, 10:30 Azərbaycanın etnik-mədəni zənginliyi: “Oğuz-Qəbələ bölgəsinin ləzgi folkloru” kitabı çapdan çıxıb Dünən, 10:00 Azərbaycanlı itkin ailələri Avropa Parlamenti qarşısında etiraz aksiyası keçirib 20-10-2026, 18:00 Prezident İlham Əliyev Qarabağ Milli Parkının yaradılması haqqında Sərəncam imzalayıb 20-10-2026, 17:30 “İrəvan tarixi sənədlərin dili ilə” ingilis dilində nəşr olunmuş kitabın Vaşinqtonda təqdimatı olub 20-10-2026, 16:30 Şəfa verən əllər – Kamil Bəkirov 20-10-2026, 13:30 Beynəlxalq güclərin sövdələşməsi hansı təhlükəli tendensiyalara yol açar? 20-10-2026, 13:30 Süni intellekt sahəsində biliklərin inkişaf etdirilməsi vacibdir 20-10-2026, 10:30 Orta Dəhliz sabit və etibarlı bağlantılar üçün mühüm əhəmiyyət daşıyır 20-10-2026, 10:30 Zəngilana köçürülmüş sakinlərdən 800-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib 20-10-2026, 09:00 “Qərbi Azərbaycan folkloru” çoxcildliyinin VI cildi nəşr olunub 20-10-2026, 09:00 Azərbaycan filmi Haaqa Beynəlxalq Film Festivalında nümayiş olunacaq 20-10-2026, 08:30 Mətbuat Şurası Türkiyə mediasını Azərbaycana qarşı qərəzli məlumatlar yaymamağa çağırıb 19-10-2026, 21:00 Ölkəmizə gətirilmiş ukraynalı uşaqlar üçün ekskursiyalar təşkil olunub 19-10-2026, 18:30 Anar Bayramov səhiyyə naziri təyin edilib 19-10-2026, 18:30 Qarabağ və Şərqi Zəngəzurda DOST xidmətləri şəbəkəsi genişlənir 19-10-2026, 17:00 “Müstəqilliyin bərpasının 35-ci ilində”: Anadolu Universitetində beynəlxalq konfrans 19-10-2026, 15:30 Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram 19-10-2026, 09:30
Köşə yazarları
Təqvim
«    Oktyabr 2026    »
BeÇaÇCaCŞB
 1234
567891011
12131415161718
19202122232425
262728293031